Çərşənbə, 18 Sentyabr 2019 12:10

“Leş mafiyası” ilə bağlı yeni detallar – Güclü himayədarları var

Yazan Javid Jabbarli

“Leş mafiyası” ilə bağlı yeni məlumatlar daxil olub. Bildirilir ki, bu mafiyanın rəhbərlərindən biri Əlifxan Şahverdiyev uzun müddət Sabirabadın Xəlfəli kəndində qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin toplanması, tədarükü və emalı ilə məşğul olub. Bu səbəbdən onu “Leş Əli” adlandırırlar.  

Əlifxan Şahverdiyev bir neçə gün əvvəl DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşları tərəfindən həbs edilib. Onunla birgə “leş mafiyası”nın başqa bir “tanınmış siması” olan “Leş Tofiq” ləqəbilə tanınan Alıbəy Rzaxanov da tutulub. Əlifxan Şahverdiyev Xəlfəlidə, Alıbəy Rzaxanov isə Bakının Güzdək qəsəbəsində leş ətlərinin tədarükü və satışı ilə məşğul olub. 

Əldə etdiyimiz yeni məlumatlarda bildirilir ki, bu Əlifxan Şahverdiyevin birinci həbsi deyil. O, bundan əvvəl də həbs edilib. Məsələn, 2017-ci ildə Əlifxan Şahverdiyevin Xəlfəli kəndindəki evinin həyətindən ümumi çəkisi 600 kiloqram olan leş ət aşkar edilib. Həmin ətlərdən baytarlıq laboratoriyasında müayinə üçün nümunələr götürülüb.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən 24 nümunə ət və 1 nümunə daxili orqanda (qaraciyərdə) bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən nümunələrin hamsının aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətləri (leş əti) olması müəyyənləşdirilib. Müayinə zamanı bütün nümunələrin keyfiyyətsiz, qida üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Həmçinin aparılan müayinə zamanı 24 ət nümunəsindən 1 nümunənin at, 3 nümunənin xırdabuynuzlu heyvan və 20 nümunənin iribuynuzlu heyvan əti olması müəyyən edilib.

Bu barədə hətta mediada məlumat dərc edilib. Lakin qısa müddətdən sonra Əlifxan Şahverdiyev azadlığa buraxılıb və yenidən bu işlə məşğul olub. Məlumatlarda bildirilir ki, Əlifxan Şahverdiyevin yaratdığı dəstənin üzvləri əsasən qohumlarından ibarətdir. Onun bu işlə məşğul olduğu isə bütün rayon camaatına bəllidir. “Onu hər dəfə tutub buraxırlar. Uzun illərdir bu işlə məşğul olur. Rayonda bunu hamı bilir. Amma onun vecinə də deyildi”, - deyə rayon sakinləri “Yeni Sabah”a bildirib.

Görünür, “leş mafiyası”nın güclü himayədarları var. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da saytımıza açıqlamasında bu mafiyanın “uzun əllərə” sahib olduğunu bildirmişdi. Hətta bir neçə il əvvəl “leş mafiyası”nin Bakının 3-cü mikrorayon ərazisindəki tədarük məntəqəsini deşifrə edərkən DİN-dən Eyyub Hüseynova təhlükəsizliyini təmin etmək təklifi gəlib.(Yenisabah.az)

Çərşənbə, 18 Sentyabr 2019 11:36

Aşura günü qan verәn 169 nәfәrdә tәhlükәli xәstәlik aşkarlandı

Yazan Javid Jabbarli
Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.
 
Nazirlikdən bildirilib ki, Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5809 nəfər könüllü olaraq qan verib. 
 
Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.
 
Dörd infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkarlanıb.
 
HİV1/2 (QİÇS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (hepatit B), 76 nəfərdə HCV (hepatit C), 49 nəfərdə isə sifilis aşkar olunub. 
 
Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uygun olarag zərsizləşdirilib.
Çərşənbə axşamı, 17 Sentyabr 2019 00:26

Hüquqşünas: “Vəkillər Kollegiyasının qərarı ifadə azadlığına ziddir”

Yazan Javid Jabbarli
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən toplantısında vəkil Adil İsmayılovun vəkillik fəaliyyəti 1 il dayandırılıb.
 
Əvvəlcə xəbər haqqında Vəkillər Kollegiyası (VK) tərəfindən rəsmi olaraq məlumat verilməyib. 
 
Daha sonra Adil İsmayılov barəsində şikayət edən vəkil Sahil Quliyev feysbuk üzərindən VK-nin qərarını yayıb. 
 
Məsələ ilə bağlı Toplum Tv-yə danışan Adil İsmayılov VK sədri Anar Bağırovun  mövqeyini gözlədiyini deyib: "Artıq Sahil Quliyev bu haqda bəyanat yayıb. Amma VK sədri çıxsın desin ki, niyə görə belə edib? Anar Bağırovun indi Türkiyədə olduğu deyilir. Yəqin ki, qısa vaxtda qayıdacaq. Əgər o, Bakıya gəldikdən sonra məsələ ilə bağlı danışmasa, ondan sonra mən danışacağam. Erkin Qədirli demişkən, tələsən yerimiz yoxdur”. 
Vəkilin fəaliyyətinin dayandırılmasına səbəb kimi  kollegiyanın üzvü Sahil Quliyevin şikayəti göstərilib. 
 
İddiaya görə, kollegiya rəhbərliyinə yaxın olan Sahil Quliyev ərizəsində Adil İsmayılovun onu təhqir etdiyini göstərib. 
 
Adil İsmayılov bu ittihamla razılaşmadığını, ona böhtan atıldığını desə də, buna məhəl qoyulmayıb.
 
Hüquqşunas Ələsgər Məmmədli Toplum Tv-nin sualarını cavablandırarkən, məsələni ifadə azadlığının pozuntusu kimi qiymətləndirib:
"Vəkillər Kollegiyasının əsasnaməsində belə bir imkan var ki, guya vəkil vəkili tənqid edə bilməz. Azərbaycan Avropa Şurasının üzvü olduğu üçün bu, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə ziddir. Ayrıca, bizim Konstitusiyamızın 47-ci maddəsində göstərilir ki, hər kəsin özünü ifadə etmək hüququ var. Belə bir müddəanın Vəkillər Kollegiyasının sənədində olması qurumun antidemokratik bir struktur olmasının göstəricisidir. Orada açıq şəkildə yazılır ki, "tənqid edə bilməz”. "Tənqid edə bilməz” ifadəsini öz sənədinə yazan bir vəkillik institutu başqalarının hüquqlarını qoruyarkən nəyə istinad edəcək?” 
 
Hüquqşunas məsələnin çox gülünc olduğunu deyib: "Adil İsmayılovu o şəxs şikayət edib ki, həmin şəxs daha öncə işgəncəyə məruz qalaraq cinayəti boynuna götürmüş birini müdafiə edib. Müvəkkilinə "izahat sonrasında baxarıq” deyib. Daha sonra Adil İsmayılov həmin şəxsin işini götürüb və günahsız olduğunu sübut edib. Həmin şəxs məhkəmədən azadlığa çıxıb. Belə bir vəkilə bütün keyfiyyətsiz kriteryalar göstərilə bilər. Bu kriteriyalar onun başqalarının əmrini qorxaqcasına icra etməsi və ya köləlik ola bilər. Bu, əslində həmin əmələ verilən qiymətdir, həmin şəxsin şəxsiyyətinə yönəlik deyil”.
 
Ələsgər Məmmədli qeyd edir ki, şəxsi hüquqlar qanuna görə ancaq məhkəmə qaydasında müdafiə olunur: "Yəni şərəf və ləyaqətin qorunması üçün yeganə yer məhkəmədir. Şəxs əgər düşünürsə ki, Adil İsmayılov  onu təhqir edib, o zaman onu məhkəməyə verməli idi. Xüsusi ittiham qaydasında və ya reputasiyasına zərər gəldiyini düşünürsə, Mülki Məcəllənin 23-cü maddəsi ilə məhkəməyə verməli idi. Bu hal olmadan VK özü təqsirsizlik prezumpsiyası hüququnu ciddi şəkildə pozub. Konstitusiyanın 63-cü maddəsi deyir ki, məhkəmə qərarı olmadan heç kimsə təqsirli elan oluna bilməz. Amma konkret olaraq Adil İsmayılov heç bir məhkəmə qərarı olmadan şəxsi təhqir etdiyinə dair iddia ilə cəmiyyətə təqdim olunub. Baş verən hadisə birmənalı olaraq Adil İsmayılovun təqib olunmasıdır. VK ciddi şəkildə xətaya yol verib.  Adil İsmayılov tez bir zamanda VK-ya bərpa olunmalıdır”.
 
Adil İsmayılov son zamanlar sosial şəbəkələrdə Vəkillər Kollegiyasını tənqib edib. Həmçinin o, Baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubovla bağlı bir neçə tənqidi yazı yazıb. Adil İsmayılovun vəkillik fəaliyyətinin dayandırlımasının həmin yazılara görə olduğu deyilir.
Çərşənbə axşamı, 17 Sentyabr 2019 00:15

Ölkəni dərmanla zəhərləyən mafiya (ARAŞDIRMA)

Yazan Javid Jabbarli
Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırılıb. 
 
Respublika ərazisində əczaçılıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şirkətlərin keyfiyyətsiz, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin qanunsuz dövriyyəsini həyata keçirmələri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.2 (dərman vasitələrinin qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. 
 
Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, aparılmış istintaqla "Sanimed” MMC-nin faktiki rəhbəri Müşfiq Nağıyevin şirkətin fəaliyyətini vergi ödəyicisi kimi Vergilər Nazirliyində dayandırmasına baxmayaraq, həmin şirkətin faktiki olaraq satış şöbəsinin müdiri Hafiz Orucov və Satış təmsilçilərinin qrup rəhbəri Asim Kərimov ilə qabaqcadan əlbir olaraq birlikdə qanunsuz əczaçılıq fəaliyyəti ilə məşğul olmaqda davam etməsinə, ölkəyə "Epidbiomed”, "Loğman Farm” və "Gömrük Hospitalı” vasitəsilə dövlət qeydiyyatından keçməyən və uyğunluq sertifikatları olmayan dərman vasitələrinin idxal edilməsinə, habelə ölkə ərazisində istehsal olunan müvafiq normativ sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan keyfiyyətsiz dərman preparatlarının satışını həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
 
Bu məqsədlə adları qeyd edilən şəxslərin respublika ərazisində fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrində işləyən ayrı-ayrı həkimlərə və digər tibb işçilərinə əvvəlcədən müəyyən edilmiş məbləğlərdə pul və qiymətli hədiyyələrin verilməsi müqabilində müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunmasına nail olmalarına, bu yolla dərmanları Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında yerləşən dərman satışı nöqtələrinə paylayaraq dərman vasitələrinin qanunsuz dövriyyəsini təşkil etmələri diqqət çəkib.
 
Baş prokurorluğun məlumatına görə, göstərilən cinayətkar niyyətlərə nail olmaq üçün Müşfiq Nağıyevin, Hafiz Orucov və Asim Kərimov "Epidbiomed” şirkətinin təsisçisi və faktiki rəhbəri Namiq Əliyev, direktoru Surxay Mustafayev, direktor müavini Kamal Məmmədov, həmin şirkətdə həkim işləməklə gömrük sənədləşdirilməsi işlərinin icrası həvalə edilmiş Zaur Mustafayev, habelə "Loğman Farm” şirkətinin direktoru Hamlet Mehdizadə, direktor müavini Elnur İsgəndərov və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət idarəsinin rəis müavini Fərman Məmmədli ilə qabaqcadan əlbir olub aralarında əldə olunmuş razılığa uyğun olaraq mərhələli şəkildə müxtəlif vaxtlarda ölkə ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli qaçaqmalçılıq yolu ilə külli miqdarda – 340 min manat dəyərində dövlət qeydiyyatından keçməyən dərman vasitələrini idxal etmələrinə, eləcə də həmin dərman vasitələri daxil olmaqla ölkə ərazisində istehsal edilmiş digər dərman preparatları ilə birlikdə ümumilikdə 289 adda 64 min qutu və 50 min flakondan ibarət cəmi 353 min manat dəyərində keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən dərman vasitələrini Bakı şəhəri Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 12 saylı ünvanda yerləşən "Sanimed” MMC-nin icarəyə götürdüyü anbarlarda, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 6/8 saylı ünvanında yerləşən apteklərində, "Loğman Farm” MMC-nin Bakı şəhəri Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 15 A, "Epidbiomed” MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivi, Nəsimi küçəsi 5 saylı ünvanlarda yerləşən anbarlarında saxlayaraq satışını həyata keçirmələri haqda siqnallar daxil olub.
 
 
Hətta Baş Prokurorluq ictimaiyyətə müraciət edərək, bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan, məlumatlı şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri barədə xəbərdarlıq da etdi.
 
Nəticə olaraq, qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və bununla da cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edildiyindən Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev, Kamal Məmmədov, Elnur İsgəndərov, Surxay Mustafayev, Zaur Mustafayev və Hamlet Mehdizadəyə Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 206.3.3 və 308.2-ci maddələri ilə ittiham elan edilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün keçən ilin noyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Fərman Məmmədli barəsində isə Dövlət Təhlükəsizlik Xidmətində eyni xarakterli cinayət işinin istintaqı aparıldığına görə, onun Cinayət Məcəlləsinin eyni maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrılaraq istintaqının davam etdirilməsi üçün həmin dövlət qurumuna göndərildi.
 
Maraqlıdır ki, respublikanın böyük bir hissəsini əhatə edərək, cəmiyyətə saxta dərman satmaq ittihamı ilə təqsirli bilinib, hakim qarşısına çıxarılan bu şirkətin son aqibəti barədə heç bir məlumat əldə etmək olmur. Hətta ölkə mətbuatı da bu məsələdə nədənsə böyük susqunluq nümayiş etdirib.
 
Araşdırmalar zamanı məlum olub ki, 2010-2017-ci illər ərzində "Epidbiomed” MMC xeyli sayda dövlət satınalmaları üzrə keçirilən müsabiqələrin qalibi olaraq, 29 müxtəlif rayon mərkəzi xəstəxanalarına, həmçinin başda Səhiyyə Nazirliyi olmaqla, müxtəlif nazirliklərə də dərman satışını həyata keçirib.
 
 
Buna görə də barəsində bu məzmunda ittihamın irəli sürüldüyü şirkətin fəaliyyətini, daha doğrusu, kimlərin bu şirkətlə dərman alqı-satqısında iştirak etdiyinin maraqlı və vacib olduğunu düşünərək, "Epidbiomed” MMC-nin qalib elan olunduğu dövlət satınalmalarını araşdırmağı özümüzə borc bildik. 
 
Məntiqlə düşünsək, əgər bir şirkətin bir çox epizodlarda tamah məqsədilə həkimlərlə razılaşıb, müxtəlif maliyyə və ticarət fırıldaqlarını həyata keçirdiyi məlumdursa, onda bu rəsmi ittiham, onların tender və kotirovkalarda da hansı üsullarla qalib gəldiyi haqqında ciddi suallar doğurur.
 
"Epidbiomed” MMC (VÖEN 1500338941) 2004-cü ilin noyabr ayının 19-da, hüquqi ünvanı, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6 göstərilməklə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində dövlət qeydiyyatına alınıb. 
 
Qurumun qeydiyyat sənədlərindən, qanuni təmsilçisinin Əliyev Məmmədəli Sabir oğlunun olduğu görünür. Təşkilatın Yasamal rayonu, Zivər bəy Əhmədbəyov, 19-da fəaliyyət göstərdiyi bildirilir.
 
"Epidbiomed” MMC 2010-2014-cü illər ərzində müxtəlif rayonların mərkəzi xəstəxana və polikilinikaları tərəfindən keçirilən dövlət satınalmaları müsabiqələrində (tender və kotirovka) 104 dəfə qalib olub. (?!) Müsabiqələrin ümumi dəyəri 17 382 860, 15 manatdır.
 
Şirkətin idxal etdiyi dərman vasitələri arasında vaksinlər və zərdablar, insulin və diabetik dərmanlar, eləcə də digər (Albumin 20% 100 ML, Albumin 20% 50 ml, Striasan (pre), Striasan (post), Cathejell-Montavit, Kalsiy glukonat, Ampisilin, Riboksin kimi dərmanlar) dərman preparatları üstünlük təşkil edib.
 
"Epidbiomed” MMC 2010-2014-cü illər ərzində müxtəlif rayonların mərkəzi xəstəxana və poliklinikaları tərəfindən elan olunan dövlət satınalmaları müsabiqələrində qalib gələrək, 29 xəstəxana ilə dərman preparatları satışını həyata keçirib.
 
 
Astara rayon Mərkəzi Xəstəxanası – 279 000 (iki yüz yetmiş doqquz min) manat
 
QISA ARAYIŞ: Astara rayon mərkəzi xəstəxanası 1 RMX, 4 kənd sahə xəstəxanası, 11 kənd həkim məntəqəsi, 21 tibb məntəqəsi ilə Astara rayon əhalisinə tibbi xidmət göstərir.
 
Astara rayon mərkəzi xəstəxanası 126 çarpayılıqdır. Cəmi rayon üzrə 186 çarpayılıq stasionar hissə vardır.
 
Rayon mərkəzi xəstəxanasında Cərrahiyyə şöbəsi 30 çarpayılıq, Terapiya şöbəsi 30 çarpayılıq, Mama ginekoloji şöbə 30 çarpayılıq, Uşaq şöbəsi 20 çarpayılıq, İnfeksion şöbə 10 çarpayılıq, Reanimasiya şöbəsi 6 çarpayılıqdır. Bundan əlavə Pəlikəş kəndində 15 çarpayılıq, Kijəbə qəsəbəsində 15 çarpayılıq, Pensər kəndində 15 çarpayılıq və Asxanakəran kəndində 15 çarpayılıq sahə xəstəxanaları fəaliyyət göstərir.
 
Astara rayon mərkəzi Xəstəxanasında 108 nəfər həkim çalışır. Onun 68 nəfəri kişi, 40 nəfəri qadındır. 455 nəfər orta tibb işçisinin 17-si laborant, 42 nəfəri mama, 396 nəfəri isə tibb bacısıdır. 366 nəfər kiçik tibb işçisi çalışır.
 
"Epidbiomed” MMC 2010-2012-ci illər ərzində Astara Mərkəzi Rayon Xəstəxanasının keçirdiyi dövlət satınalmalarında – dərman və sarğı materiallarının satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub. Beləki, şirkət 2010-cu ildə 89 500 (səksən doqquz min beş yüz) manatlıq, 2011-ci ildə 89 500 (səksən doqquz min beş yüz) manatlıq, 2012-ci ildə isə 100 000 (yüz min) manatlıq satınalamaların qalibidir.
 
 
Abşeron Mərkəzi Rayon Xəstəxanası
 
Saxta dərmanların satışında ittiham olunan "Epidbiomed” MMC Abşeron MRX-nın 2011-2013-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında "dərman preparatları və sarğı materiallarının” satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub.
 
Belə ki, şirkət 2011-ci ildə iki dəfə, hərəsi 269 987 (iki yüz altmış doqquz min doqquz yüz səksən yeddi) manat, 2012-ci ildə 280 400 (iki yüz səksən min dörd yüz) manat, 2013-cü ildə isə 666 990 (altı yüz altmış altı min doqquz yüz doxsan doqquz) manat dəyərində tenderlərin qalibi olub.
 
Bu illər ərzində "Epidbiomed” MMC ilə Abşeron MRX-nın birgə həyata keçirdikləri satınalmaların ümumi məbləği 1 487 364 (bir milyon dörd yüz səksən yeddi min üç yüz altmış dörd) manat təşkil edib.
 
Ağdaş Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC Ağdaş MRX-nın 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında "dərman preparatlarının və sarğı materiallarının” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub.
 
Belə ki, şirkət 2011-ci ildə 390 998, 71 (üç yüz doxsan min doqquz yüz doxsan səkkiz manat, yetmiş bir qəpik), 2013-cü ildə 405 000, 1 (dörd yüz beş min manat, on qəpik), 2014-cü ildə isə 402 994, 76 (dörd yüz iki min, doqquz yüz doxsan dörd manat, yetmiş altı qəpik) dəyərində tenderlərin qalibi olub.
 
Bu illər ərzində "Epidbiomed” MMC ilə Ağdaş MRX-nın birgə həyata keçirdikləri satınalmaların məbləği 1 198 993, 57 (bir milyon yüz doxsan səkkiz min doqquz yüz doxsan üç manat, əlli yeddi qəpik) manat təşkil edib.
 
Biləsuvar Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC Biləsuvar MRX-nın 2011-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında "rentgen və flüoqrafiyada işlənən materialların” və "zərdab və vaksinlərin” satınalınması maddəsi üzrə 7 dəfə qalib elan olunub.
 
Şirkət 2011-ci ildə 18 388 (on səkkiz min üç yüz səksən səkkiz) manatlıq, 2012-ci ildə 20 054,3 (iyirmi min əlli dörd manat, otuz qəpik), 2013-cü ildə 20 106, 6 (iyirmi min yüz altı manat, altmış qəpik), 2014-cü ildə 18 053,6 (on səkkiz min əlli üç manat, altmış qəpik) dəyərində tenderlərin qalibi olub.
 
Bu illər ərzində "Epidbiomed” MMC ilə Biləsuvar MRX-nın birgə həyata keçirdikləri satınalmaların məbləği 76 602, 68 (yetmiş altı min altı yüz iki manat, altmış səkkiz qəpik) manat təşkil edib.
 
 
Bərdə Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC Bərdə MRX-nın 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında "şəkərli və şəkərsiz diabet və imtiyazlı qrup üçün dərman preparatlarının”, "ümumi qrup dərman preparatlarının və sarğı ləvazimatlarının”, "rentgen-plyonka və reaktivlərin” satın alınması maddəsi üzrə 5 dəfə qalib elan olunub.
 
Belə ki, şirkət 2012-ci ildə 273 274, 96 (iki yüz yetmiş üç min iki yüz yetmiş dörd manat, doxsan altı qəpik) manat, 2013-cü ildə 516 603, 84 (beş yüz on altı min altı yüz üç manat səksən dörd qəpik) manat, 2014-cü ildə isə 409 802, 72 (dörd yüz doqquz min səkkiz yüz iki manat, yetmiş iki qəpik) manat dəyərində tenderlərin qalibi olub.
 
Bu illər ərzində "Epidbiomed” MMC ilə Bərdə MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 1 202 681, 52 (bir milyon iki yüz iki min altı yüz səksən bir manat, əlli iki qəpik) manat təşkil edib.
 
Beyləqan Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC Beyləqan MRX-nın 2013-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında "psixotrop, zərdab, vaksin, rentgen və flüoqrafiyada işlənən mallların” satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub.
 
Belə ki, şirkət 2013-cü ildə 36 877, 95 (otuz altı min səkkiz yetmiş yeddi manat, doxsan beş qəpik) manat, 2014-cü ildə isə 39 976,3 (otuz doqquz min doqquz yüz yetmiş altı manat, otuz qəpik) manat dəyərində tenderlərin qalibi olub.
 
Bu illər ərzində "Epidbiomed” MMC ilə Beyləqan MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 76 854, 25 (yetmiş altı min səkkiz yüz əlli dörd manat, iyirmi qəpik) manat təşkil edib.
 
Hacıqabul Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC Hacıqəbul MRX-nın 2011-2013-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında "vaksinlərin, zərdabların və şprislərin”, "dərman preparatları və sarğı ləvazimatlarının” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub.
 
Belə ki, şirkət 2011-cü ildə 5 985 (beş min doqquz yüz səksən beş) manat, 2013-cü ildə isə 199 345,88 (yüz doxsan doqquz min üç yüz qırx beş manat, səksən səkkiz qəpik) manat dəyərində tenderlərin qalibi olub.
 
Bu illər ərzində "Epidbiomed” MMC ilə Hacıqabul MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 205 330, 88 (iki yüz beş min üç yüz otuz manat, səksən səkkiz qəpik) manat təşkil edib.
 
 
İmişli Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC İmişli MRX-nın 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında "dərman preparatlarının və sarğı ləvazimatlarının ”satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub.
 
Belə ki, şirkət 2012-ci ildə 153 959 (yüz əlli üç min doqquz yüz əlli doqquz)manat, 2013-cü ildə 950 847, 6 (doqquz yüz əlli min səkkiz yüz qırx yeddi manat altmış qəpik) manat,2014-cü ildə isə 475 944, 42 (dörd yüz yetmiş beş min doqquz yüz qırx dörd manat, qırx iki qəpik) dəyərində tenderlərin qalibi olub.
 
Bu illər ərzində "Epidbiomed” MMC ilə İmişli MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 1 580 751, 02 (bir milyon beş yüz səksən min yeddi yüz əlli bir manat, iki qəpik) manat təşkil edib.
 
Kürdəmir Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC Kürdəmir MRX-nın 2010-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında "vaksin və zərdabların, rentgen-plyonka və reaktivlərin” satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub.
 
Belə ki, şirkət 2010-cu ildə 60 985,6 (altmış min doqquz yüz yetmiş beş manat, altmış qəpik) manat, 2012-ci ildə isə 16 948,17 (on altı min doqquz yüz qırx səkkiz manat, on yeddi qəpik) manat, 2013-cü ildə 21 406, 49 (iyirmi bir min dörd yüz altı manat qırx doqquz qəpik) manat, 2014-cü ildə isə 22 000 (iyirmi iki min) manat dəyərində tenderlərin qalibi olub.
 
Bu illər ərzində "Epidbiomed” MMC ilə Kürdəmir MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 121 340, 26 (yüz iyirmi bir min üç yüz qırx manat, iyirmi altı qəpik) manat təşkil edib.
 
Kəlbəcər Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC Kəlbəcər MRX-nın 2014-cü ildə həyata keçirdiyi dövlət satılmalarında "dərman preparatları və sarğı materiallarının” satın alınması maddəsi üzrə 1 dəfə qalib elan olunub.
 
Belə ki, şirkət 2014-cü ildə 105 989, 89 (yüz beş min doqquz yüz səksən doqquz manat, səksən doqquz qəpik) manat dəyərində tenderin qalibi olub.
 
Qax Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC Qax MRX-nın 2010-2011-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında "ümumi təyinatlı dərman preparatları və sarğı ləvazimatlarının” satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub.
 
Belə ki, şirkət 2010-cu ildə 174 995 (yüz yetmiş dörd min doqquz yüz doxsan beş) manat, 2011-cü ildə isə 174 995 (yüz yetmiş dörd min doqquz yüz doxsan beş) manat dəyərində tenderlərin qalibi olub.
 
Bu illər ərzində "Epidbiomed” MMC ilə Qax MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 349 990 (üç yüz qırx doqquz min doqquz yüz doxsan) manat təşkil edib.
 
 
Quba Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC Quba MRX-nin 2011-2012-ci illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında "dərman preparatlarının və sarğı ləvazimatlarının” satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub.
 
Belə ki, şirkət 2011-ci ildə 288 498 (iki yüz səksən səkkiz min dörd yüz doxsan səkkiz) manat, 2012-ci ildə isə 52 822 (əlli iki min səkkiz yüz iyirmi iki) manat dəyərində tenderlərin qalibi olub.
 
Bu illər ərzində "Epidbiomed” MMC ilə Quba MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 341 320 (üç yüz qırx bir min üç yüz iyirmi) manat təşkil edib.
 
Qusar Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC Qusar MRX-nin 2011-2013-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında "dərman preparatlarının və sarğı ləvazimatlarının”, "rentgen, plyonkalar, reaktivlər, tikiş və sarğı materiallarının”, "diabet əleyhinə dərman preparatları və zərdabların”, "I tip diabet xəstələri üçün dərman preparatlarının”, "stamatoloji kabinet üçün lazım olan ləvazimatların”, "II tip xəstələr üçün dərman preparatlarının” satın alınması maddəsi üzrə 9 dəfə qalib elan olunub.
 
Belə ki, şirkət 2011-ci ildə 142 056, 84 (yüz qırx iki min əlli altı manat, səksən dörd qəpik) manat, 2012-ci ildə isə 112 314,88 (yüz on iki min üç yüz on dörd manat, səksən səkkiz qəpik) manat, 2013-cü ildə isə 387 510,72 (üç yüz səksən yeddi min beş yüz on manat, yetmiş iki qəpik) manat dəyərində tenderlərin qalibi olub.
 
Bu illər ərzində "Epidbiomed” MMC ilə Qusar MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 641 882,44 (altı yüz qırx bir min səkkiz yüz səksən iki manat, qırx dörd qəpik) manat təşkil edib.
 
Masallı Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC Masallı MRX-nin 2012-ci ildə ərzində həyata keçirdiyi dövlət satınalmalarında  "dərman preparatlarının” satın alınması maddəsi üzrə 1 dəfə qalib elan olunub.
 
Beləki, şirkət 2012-ci ildə 188 244 ( yüz səksən səkkiz min iki yüz qırx dörd) manat dəyərində tenderlərin qalibi olub.
 
Mingəçevir Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC Mingəçevir MRX-nin 2013-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında "dərman preparatları və sarğı ləvazimatlarının” satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub.
 
Şirkət 2013-cü ildə 341 407 (üç yüz qırx bir min dörd yüz yeddi) manat, 2014-cü ildə isə 379 998, 47 (üç yüz yetmiş doqquz min doqquz yüz doxsan səkkiz manat, qırx yeddi qəpik) manat dəyərində tenderlərin qalibi olub.
 
Bu illər ərzində "Epidbiomed” MMC ilə Mingəçevir MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 721 405,47 (yeddi yüz iyirmi bir min dörd yüz beş manat, qırx yeddi qəpik) manat təşkil edib.
 
Sabirabad Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC Sabirabad MRX-nin 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında  "dərman preparatlarının və sarğı ləvazimatlarının”satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub.
 
Şirkət 2012-ci ildə  512 200 (beş yüz on iki min iki yüz) manat, 2014-ci ildə isə 740 352,5 (yeddi yüz qırx min üç yüz əlli iki manat, əlli qəpik)manat dəyərində tenderlərin qalibi olub.
 
Bu illər ərzində "Epidbiomed” MMC ilə MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 1 252 552,5 (bir milyon iki yüz əlli iki min beş yüz əlli iki manat, əlli qəpik) manat təşkil edib.
 
 
Salyan Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC Salyan MRX-nin 2011-ci il ərzində həyata keçirdiyi dövlət satınalmalarında "dərman preparatlarının və sarğı materiallarının” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub.
 
İl ərzində "Epidbiomed” MMC ilə Salyan MRX-nın həyata keçirdiyi satınalmaların məbləği  371 209, 75 (üç yüz yütmiş bir miniki yüz doqquz manat, yetmiş beş qəpik) manat təşkil edib.
 
Siyəzən Mərkəzi Rayon Xəstəxanası
 
"Epidbiomed” MMC Siyəzən MRX-nin 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında  "dərman preparatlarının”, "psixotrop dərman preparatlarının”, "şəkərli və şəkərsiz dərman preparatlarının” satın alınması maddəsi üzrə 8 dəfə qalib elan olunub.
 
Belə ki, şirkət 2012-ci ildə 61 536 (altmış bir min beş yüz otuz altı) manat, 2013-cü ildə 184 989, 52 (yüz səksən dörd min doqquz yüz səksən doqquz manat, əlli iki qəpik) manat, 2014-cü ildə isə 25 875 (iyirmi beş min səkkiz yüz yetmiş beş) manat dəyərində tenderlərin qalibi olub.
 
Bu illər ərzində "Epidbiomed” MMC ilə Siyəzən MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 272 400, 52 (iki yüz yetmiş iki min dörd yüz manat, əlli iki qəpik) manat təşkil edib.
 
Qaynar.info
Bazar ertəsi, 16 Sentyabr 2019 18:23

Aşura Konfransından təəssüratlarım – Almaniya, Leverkusen

Yazan Javid Jabbarli

Həl min nasirin yənsuruni - Bir nəfər varmı mənə yardım etsin? Bu, İmam Hüseynin (ə) insanlığa ünvanladığı son çağırışlardan biridir. Bu günə qədər gəlib çatan, dünyanın sonuna kimi ucalan səsin hikməti və dəyəri bilirsinizmi nədir? Birincisi, bu çağırış bir din mənsublarına deyil, bütün dinlərin daşıyıcılarına və azad insanlara ünvanlanıb. İkincisi, İslam dininin mahiyyətini bu nidada çox asanlıqla anlamaq olur. Üçüncüsü, azad yaşamağı və şərəfli ölməyi hədəfləyənlər üçün bu cümlə bəs edir ki, müsbət cavab verməklə məqsədlərinə çata bilsinlər. Dördüncüsü, bu nida Kərbəlada səslənsə də, təkcə o məkana və o zaman sığmadı, dünyanın hər tərəfinə yayıldı, nə ZAMAN geyindi, nə MƏKANa ram oldu. Əlqərəz, Həzrət Hüseynin özü, sözü, hərəkatı, qiyamı, Aşurası zamandan və məkandan xalidir və çox yüksəklikdə dayanır. Bunun ən aşkar nümunəsinə dünən şahid oldum…

15.09.2019, bu tarix dini baxışlarımda mükəmməl dönüşə səbəb oldu, Aşuranın əzəmətini bir daha dərk etməyə yardım etdi. Xristian ölkəsində, İslama qarşı fitnələrin planlaşdırıldığı məkanda Hüseyn çırağının şölələrini seyr etmək, möhtəşəm olmaqla yanaşı, həm də ilahinin vədəsinin mütləq həqiqət olduğunu isbat edirdi.

Bir mömin dostum Avropanın müxtəlif şəhərlərindən dəstə-dəstə Aşura Konfransına tərəf hərəkətin səmadan görünüşünü təsəvvür etməyimi istədi. Və sonra davam etdi: “Fransadan, Belçikadan, Hollandiyadan, Almaniyadan və digər ölkələrdən sübh namazından sonra karvanlar yola düşüb. Avropanın yuxuda olduğu zaman qruplar Leverkusen şəhərinə tərəf “Ya Hüseyn” fəryadı ilə hərəkət edir və nəhayət gəlib bir nöqtədə birlişərlər. Səmadan müşahidə olunan görüntü nicat gəmisi, səmaya yüksələn “Ya Hüseyn” fəryadı hidayət çırağıdır”.

Çox ədalətli müqayisədən sonra, minlərlə insanın toplaşdığı salona daxil olanda qiyaməti təsəvvür etməmək olmurdu. Həmin qruplar bir-bir mərsiyə oxuyaraq içəri daxil olurdular. Xətiblərin qəlbləri oyadan çıxışları, məddahların qəlbləri paçalayan mərsiyyələri fəth iləhəsi kimi qulaqları deşirdi. Bəli, məhz fəth ilahəsi kimi. İslamın, Əhli-beyt məktəbinin, İmam Hüseynin (ə) zəfər yürüşü idi. Bu yürüş azad yaşayanlar üçün qələbə, azad yaşamaq istəyənlər üçün ən gözəl nümunədir.

Aşura xilas olmaq istəyənlər üçün mayakdır. Ona tərəf yürümək nicat yoluyla xilasımıza tərəf yürüməkdir. Kərbəla elə bir mayakdır ki, dünyanın hər yerindən hər zaman görmək mümkündür. Yetər ki, onu görmək istəyək. Aşuranı dərk etmək həm də özümüzü tanımaq və dərdlərimizi anlamaqdır.

Sonda təbii ki, ən böyük təşəkkür Aşura Konfransını təşkil edənlərə düşür. Var olun, dəyərli təşkilatçılar..!

Cavid Cabbarlı

Leverkusen ashuraleverkusen ashura2

Bazar ertəsi, 16 Sentyabr 2019 13:19

“NOBEL OIL”un rəhbərinin oğlu ilə bağlı iddia - ONDAN ŞİKAYƏT VAR

Yazan Javid Jabbarli

Bakıda ofisi olan, Avropada böyük layihələrə sərmayə yatıran, Britaniyada qeydiyyatdan keçsə də, Azərbaycan şirkəti olan və Azərbaycan neftinin satışında önəmli rol oynayan müəmmalı “Nobel Oil” şirkəti ilə bağlı Azərbaycan və dünya mətbuatında tez-tez ziddiyyətli məqalələr dərc olunur.
Ölkə mətbuatında bu şirkəti daha çox ARDNŞ-nin vitse-prezidenti Mikayıl İsmayılovun çirkli pullarını yuyan bir müəssisə adlandıranlar da az deyil.
“Nobel Oil”in rəhbəri Nəsib Həsənovun da adı qalmaqallı beynəlxalq araşdırmalarda tez-tez hallanır.
Bütün bunlar bir informasiya agentliyi olaraq bizim müzakirə mövzumuz deyil.
Bunları sadəcə “Qafqaz Xəbər”ə daxil olan bir məlumata görə xatırlatma üçün yada saldıq.
Daxil olan məlumata görə, “Nobel Oil”in rəhbəri Nəsib Həsənovun “Roma” ləqəbli oğlu Ramiz bu gün (dünən-red.) səhər saat 4-00 radələrində “Merci” restoranında xuliqanlıq hərəkəti edərək gənc qızı külqabı ilə vurub.
Xoşbəxtlikdən insident ölümlə nəticələnməyib. Adının hələ ki, çəkilməsini istəməyən gənc qız hüquqi yardımla bağlı “Qafqaz Hüquq Mərkəzi”nə müraciət edib.
“Qafqaz Hüquq Mərkəzi” Merci restoranı ilə əlaqə saxlayıb. Restoranın administratoru Orxan Həsənov səhər saatlarında restoranda nə baş verdiyindən xəbərsiz olduğunu söyləyib.
Qafqaz Hüquq Mərkəzindən saytına bildiriblər ki, onlara müraciət edən gənc xanım Nobel Oil şirkətinin rəhbəri Nəsib Həsənovun oğlu Ramizin ona qarşı etdiyi bu hərəkətlərin hüquq müstəvisində həlli üçün Qafqaz Hüquq Mərkəzinə müraciət edib.
Biz redaksiya olaraq ölkə başçısı İlham Əliyev cənablarının qudurğan məmur balalarına müraciətini Nəsib Həsənovun yadına salmaq istəyirik: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq… Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir”.

Cənab Nəsib Həsənov! Bu sözlər sizə aid deyil..?

Bazar ertəsi, 16 Sentyabr 2019 10:19

Milli Şuranın mitinq qərarına mühacirdən dəstək

Yazan Javid Jabbarli

Valeh Hüseynli: “28 sentyabra təyin olunmuş mitinqlə bağlı, hamını real qüvvə ətrafında birləşməyə çağırıram“

Milli Şura bu ayın sonuna növbəti etiraz aksiyasının anonsunu verib. Xeberinfo.de- in məlumatına görə, Almaniyada yaşayan mühacir Valeh Hüseynli aksiya qərarını dəstəklədiyini bildirir: “ 28 sentyabra təyin olunmuş mitinqlə bağlı, hamını real qüvvə ətrafında birləşməyə çağırıram. O qüvvə ki, sovet ordusunu Azərbaycandan çıxarmağa nail olmuş, Azərbaycan tarixində ilk dəfə demokratik seçki yolu ilə hakimiyətə gəlmiş və bu gün də rejimin açıq hədəfindədir. Bu qüvvə Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. O düşüncədəyəm ki, bu partiyanın yeritdiyi siyasət doğrudur. Məsələn, Azərbaycandakı bütün kəsimləri açıq şəkildə müdafiə edir, bu da xalqın bir nöktəyə hədəflənməsini saxlaya bilər. Çünki AXCP öz mövqeyin heç zaman dəyişməyib. Bununla da xalqın böyük əksəriyətinin rəğbətini qazanıb“.

V.Hüseynli çağırış da edib: “Əziz həmvətənlər, vətəndaşın istedad və qabiliyyətlərinin inkişafına imkan verməyən hakimiyətə tabe olmamaq hüququ var. Bu da o anlama gəlir ki, vətandaşlar hakimiyəti mitinq, küçə yürüşləri ilə, həmçinin inqlab (düşüncə inqilabı. redaktor) yolu ilə dəyişmə hüququ var. Biz xalq olaraq bu hüququmuzdan istifadə edərək, dinc yolla hakimiyəti dəyişməliyik. Çünki bu hakimiyət xalqın bütün hüquqlarını məhdudlaşdırıb,

Qəsbkar hakimiyyəti durdurmaq xalqın birliyindən və davamlı mübarizəsindən keçir. Eyni hədəf uğrunda birləşməli, eyni zindanı çəkicləməliyik. Əks halda bizi bütün yollar uçuruma aparacaq“.

Şənbə, 14 Sentyabr 2019 01:17

Vəkilin qatili sabiq nazir müavininin və generalın qohumudur

Yazan Javid Jabbarli

Tovuzda baş vermiş qətl hadisəsilə bağlı yeni məlumatlar yayılıb.

Lent.az xəbər verir ki, Firudin Ələkbərli "Makarov” markalı tapançadan qarın nahiyəsindən 4 güllə yarası alıb. Mənbə bildirir ki, qətlə yetirilən şəxsin Tovuzda fəaliyyət göstərən bəzi iş adamları, o cümlədən Əli Şəmiyevlə münaqişəsi olub. Həmçinin qətl hadisəsi də bu münaqişələrlə bağlıdır.

Mənbə əlavə edir ki, Əli Şəmiyev Tovuz rayonunun keçmiş icra başçısı Tofiq Zeynalovun (BDYPİ-nin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı) qudasıdır.

Ümumiyyətlə, Tovuz rayon məhkəməsinin sabiq sədri Firudin Ələkbərlini odlu silahdan acdığı atəşlə qətlə yetirən Əli Şəmiyev bir neçə məmurla yaxın qohumdur.

O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun müavini Arif Əsgərovun qudasıdır. Vaxtilə Tovuzda nəqliyyat idarələrində rəis vəzifələrində çalışıb. Rusiyada yaşayan Əli Şəmiyev Tovuzun dağ kəndlərindən birində kəndi su ilə təmin edən bulağı həyətinə yönləndirib və orada özünə göl düzəldibmiş. Yerli sakinlərin dövlət qurumlarına şikayətlərini də eşidən olmayıb.

Qətldən sonra Firudin Ələkbərli haqda yayılan məlumatlarda onun hakimliyinə vaxtından əvvəl xitam verilməsi qeyd olunur.

Vəkil Osman Kazımov deyib ki, 1995-ci ildə Firudin Ələkbərli sifariş icra etmədiyinə görə onu qanunsuz olaraq vəzifəsindən kənarlaşdırıblar. Vəkilin sözlərinə görə, Firudin Ələkbərli ilə 1984-89-cu illərdə Bakı Dövlət Universitetində birgə təhsil alıblar. O, Firudin Ələkbərlinin fəaliyyətinə xitam verilməsi ilə bağlı bunları deyib:

"Tələbəlik illərində yataqxanada bir otaqda qalmışıq. Xalq hərəkatı başlayandan Firudin hərəkatda idi. Firudin prinsipial, vicdanlı, cəsarətli insan idi. Xalq Cəbhəsi hakimiyyəti dövründə Tovuz Rayon Məhkəməsinin sədri olmuşdu. Hakimiyyət dəyişikliyindən sonra ona verilən sifarişi icra etmədiyinə görə, işdən qanunsuzluqlar üstündə qovulmuş birini işinə bərpa etmədiyi üçün özünü qanunsuz olaraq vəzifəsindən kənarlaşdırdılar. Bundan sonra nümayəndə kimi fəaliyyət göstərirdi”.

Firudin Ələkbərli milli azadlıq hərəkatının fəal üzvlərindən, Azərbaycan Xalq Cəbhəsinin Tovuz rayon şöbəsinin qurucu rəhbərlərindən biri olub. Hər zaman ictimai-siyasi fəallığı ilə seçilib, son vaxtlar "Azərifridom” kanalında müxtəlif materiallarla çıxış edib.

Firudin Ələkbərli və Əli Şəmiyev arasında mübahisə rayon ərazisində fəaliyyət göstərən, Ə.Şəmiyevə məxsus restoranda natəmizliyin olması və restoranın çirkab sularının çaya axıdılmasına qarşı F.Ələkbərlinin sərt münasibət göstərməsi olub.

Belə ki, F.Ələkbərli dəfələrlə restorandakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına və adiyyəti idarələrə şikayət məktubu ünvanlayıb. Bundan başqa, F.Ələkbərli restorandakı vəziyyətlə bağlı Ə.Şəmiyev barəsində Tovuz Rayon Məhkəməsinə də müraciət edib. Məhkəmədə keçirilən prosses zamanı hakim Ə.Şəmiyevin xeyirinə qərar çıxarıb. Bundan sonra sonra tərəflər arasında münasibətlər daha da gərginləşməyə başlayıb və onlar bir neçə dəfə mübahisə ediblər. Sonuncu görüş zamanı tərəflər yenidən mübahisə ediblər. Hadisə şahidləri "Report"un yerli bürosuna bildiriblər ki, Ə.Şəmiyev F.Ələkbərlidən bir daha onun barəsində şikayət etməməyi tələb edib. F.Ələkbərli isə ölənə qədər ondan əl çəkməyəcəyini deyib. Bu zaman Ə.Şəmiyev üstündə gəzdirdiyi "TT" markalı tapança ilə F.Ələkbərliyə tərəf bir neçə dəfə atəş açıb. Güllələrdən 3-ü ona dəyib. Ağır xəsarət alan F.Ələkbərli xəstəxanada ölüb.

Qeyd edək ki, Əli Şəmiyev rayonda tanınmış iş adamıdır. Onun rayon ərazisində restoran, otel və bir neçə biznes obyektlərinin olduğu bildirilir.

70604903 2323611724560089 830793176380866560 n

Bu gün (13.09.2019) Almaniyanın Giesen şəhərində "Giessener Allgemeine" qəzetinin qarşısında "Siyasi məhbuslara azadlıq kampaniyasına siz də qoşulun" şuarıyla aksiya keçirilib. Bu barədə Xeberinfo.de-ə aksiyanın təşkilatçısı Ramil İsgəndərli məlumat verib.

R.İsgəndərlinin sözlərinə görə, aksiyada siyasi məhbuslar və diktator ailə hakimiyyəti haqqında şuarlar səsləndirilib, çıxışlar olub.

Aksiyanın keçirilməsindən məqsəd, alman mətbuatının diqqətini Azərbaycanda baş verən hadisələrə yönəltmək olub. 

1 -dən səhifə 227

Günün videosu