Avropada yaşayan azərbaycanlı siyasi mühacirlər Azərbaycan Hökumətinə və XİN-ə müraciət ediblər. Xeberinfo.de müraciəti olduğu kimi təqdim edir:

"Avropada yaşayan siyasi mühacirlər tərəfindən Azərbaycan Hökumətinə və Xarici İşlər Nazirliyinə MÜRACİƏT

XX əsrin ən dəhşətli soyqırım aktlarından birinin – Xocalı Soyqırımının 27 yaşı oldu. Lakin çox təəssüflə qeyd edirik ki, hələ də bu faciəyə siyasi və hüquqi qiymət verilməyib. Azərbaycan hakimiyyətinin yanlış xarici siyasəti nəticəsində ölkəmiz bütün beynəlxalq dəstəklərini itirir, Ermənistan isə haqsız mövqeyini möhkəmləndirməkdə davam edir. Hər il olduğu kimi bu il də Xocalı Soyqırımının dünyaya tanıdılması məqsədilə Azərbaycan Diaspor Təşkilatının Avropa ölkələrində təşkil etdiyi mərasimlər çox uğursuz oldu və hökumətin Qarabağ məsələsində biganəliyini, düşmən qarşısında təslimçi siyasət aparmasını ortaya qoydu.

26.02.2019-cu il tarixdə bizi məyus edən, təhdid olaraq və ən yaxşı halda ərazi bütövlüyümüzə hörmətsizlik kimi qəbul etdiyimiz bir hadisə cənub qonşumuz, çətin anımızda arxalanacağımızı düşündüyümüz İranda baş verdi. Soyqırıma məruz qalan, qız-gəlini əsirlikdə olan xalq olaraq, Xocalı Soyqırımının ildönümünü qeyd etdiyimiz gün, İran işğalçı ölkənin baş nazirinə təntənəli qarşılanma törəni hazırladı. Bu səfəri bir gün gec, ya tez etmək mümkün olduğu halda, məhz Xocalının yerləyeksan edildi günə salınması İran tərəfindən siyasi möve kimi qiymətləndirilməlidir.

İşğalçı ölkənin baş nazirinin, soyqırım günü ən ali səviyyədə qəbul olunması, o demək deyilmi İran Azərbaycanın ərazibütövlüyünü tanımır?! Belə bir sual məhz həmin səfərdə baş verən bir hadisəyə görə yaranıb. Səfər çərçivəsində Nikol Paşinyanın ermənilərlə (bəzi iddialara görə, qondarma DQR-nın bayrağı altında) görüşdüyü zalda erməni dilində “Qarabağ Ermənistandır“ şuarının asılması Azərbaycana qarşı təhdiddir və ərazibütövlüyünü şübhə altına almaqdır.

Biz, Avropada yaşayan siyasi mühacirlər tələb edirik:

1. Azərbaycan hökuməti Qarabağın işğaldan azad edilməsi istiqamətində apardığı danışıqları ictimaiyyətə açıqlasın;

2. Azərbaycan hökuməti dərhal bu hadisəyə mövqeyini bildirsin;

3. Azərbaycan Xarici İşlər Nazirliyi İran İslam Respublikasının Bakıdakı səfirliyindən izahat tələb etsin.

Mart 2019 Almaniya

1. Cavid Cabbarlı

2. Rafiq Təmrazov

3. Ziya Cəbiyev

4. Elçin Əskərov

5. Vüqar Zeynalov

6. Əsmər İsmayılova

7. Aqil Hüseynov

8. ... ...

9. Röya Rəfiyeva

10. Rüstəm Quliyev

11. Babək Allahverdiyev

12. Natiq Həziquliyev

13. Emil Quliyev

14. Amil Heydərov

15. Fuad Əkbərov

16. Orxan Ağayev

17. Ələmdar Bünyatov

18. Mənzərə Xəlilova

19. Rüstəm Quliyev

20. Rauf Babayev

21. Samir Mustafazadə

22. Mübariz Kərim

23. Malik Rzayev

Qeyd edək ki, istənilən mühacir qoşula bilər".

İkram Eyvazov ölkə başçısına müraciət edib

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Ə.Şirvani küç, dalan 2, ev 35-də yaşayan İkram İslam oğlu Eyvazov “TBC Kredit” MMC və yerli məhkəmədən şikayətçidir.

İkram Eyvazov deyir ki, Abşeron Rayon Məhkəməsinin 9 sentyabr 2016-cı il tarixli, iş N-2(012)-5201/2016 saylı və Abşeron Rayon İcra Şöbəsinin 18.12.2018-ci il tarixli, 17/75-81186 nömrəli sifariş məktubunun əsassız və qanunsuz olması barədə prezident İlham Əliyevə və Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət edib.

“Qərarı vermədiər ki, apelyasiya şikayəti verək”

Nəticənin olmadığını deyən Abşeron sakini yenidən ölkə başçısına üz tutub:

""TBC Kredit” bank olmayan kredit təşkilatı MMC-dən 14 aprel 2015-ci ildə BAKU-21821-11212/2 saylı kredit müqaviləsinə əsasən evimin təmiri üçün 25000 dollar kredit götürmüşəm. Bankdan götürdüyüm 25000 dollar pulun bir hissəsini - 2000 dollarını qaytarmışam. Qalıq əsas borc 23000 dollar olmalı idi. Həm işsiz və xəstəliyimlə bağlı, həm 2-ci devalvasiya, həm də 2 uşaq öhdəmdə olduğuna görə aylıq ödəmələri vaxtında həyata keçirə bilmədim. Nəticədə bank məni aradan 1 il 2 ay keçdikdən sonra məhkəməyə verdi".

"Söz verdim ki, vəziyyətim düzələnə qədər hələlik hər ay 50-60 manat pul tapıb hissə-hissə banka ödəyəcəyəm. “TBC Kredit” bank olmayan kredit təşkilatı MMC- bu öhdəliyə razılıq vermədi və dərhal Abşeron Rayon Məhkəməsinə müraciət etdi. Biz cəmi bir dəfə məhkəmədə iştirak etdik. Sonradan məhkəmə 2016-cı ilin sentyabrında yekunlaşsa da, nəticədən xəbərimiz olmadı. Dəfələrlə yerli məhkəməyə gedib qətnaməni istəsək də, göndərəcəklərini bildirdilər. Amma göndərmədilər ki, apelyasiya şikayəti verək. Məhkəmə burada hüquqlarımızı kobud surətdə pozdu", - o deyir.

“Dedim ki, evi satıb pulu ödəyərəm”

Eyvazov deyir ki, 2017-ci ilin əvvəlindən məhkəmə qətnaməsi icra vərəqilə birgə Abşeron Rayon İcra Şöbəsinə göndərilib: "Abşeron Rayon İcra Şöbəsinin məmuru sonuncu dəfə 5-6 ay əvvəl məni çağırıb ödəniş etməyi tapşırdı. Mən də borc-xərc yığıb 2000 manat ödədim. Onlara dedim ki, indi işsizəm. Nəzərdə tutdum ki, yaşadığım evi satıb borcu ödəyim, sonra da kirayədə qalım. Əvvəl razılaşdılar. Bu ayın əvvəlində mənə bildiriş gəldi ki, ipotekaya qoyulmuş fərdi yaşayış eviniz hərracın təşkilatçısı olan “Hidayətoğlu Şirkətlər Qrupu” MMC tərəfindən təşkil olunacaq hərracda 27 fevral 2019-cu il, saat 11:00-da satılacaq. Hərracda 3,57 sot həyət və onun üzərindəki 163.5 kv m ümumi, 95 kv m. yaşayışı 69 kv.m yardımçı sahədən ibarət olan 6 otaqlı fərdi yaşayış evimiz 22 950 ABŞ dollar qiymətləndirilməklə açıq hərraca çıxarılıb. Hərracın tez-bazar təşkil edilməsində maraqlı tərəf, əlbəttə ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı MMC-dir".

Hələlik həracın necə keçməsi barədə məlumat yoxdur.

“Düşdüyüm ağır vəziyyətdən sui-istifadə edirlər”

O deyir ki, “TBC Kredit” MMC-nin məqsədi evi ucuz qiymətə satmaqla onun əlindən almağa çalışır:

"Hərracda 60 min ABŞ dollar olan evimə aşağı qiymət qoyub satışa çıxarmaqda da məqsədləri bu yolla azca ödəniş edib əmlakı öz nümayəndələrinin adına almaq və sonra baha qiymətə satmaqdır. Axı mən borcun ödənilməsindən heç vaxt imtina etməmişəm. Əvvəl də ödəniş etmişəm. İcraata veriləndə də 2000 manat ödəniş etdim ki, evimi özüm satıb, borcu tam bağlayım. Görünür, qarşı tərəfə bu variant sərf etmədiyinə görə İcra Şöbəsi məmuru ilə gizli sövdələşərək ailəmin yaşadığı olan – qalan bir evimizi “ su qiyməti”nə ələ keçirmək istəyirlər. Bu, ədalətsiz yanaşmadır. Belə olan halda yenə də üstümə yazılmış və şişirdilmiş rəqəmlər olan 8000 ABŞ dollar borum qalacaq. O zaman nəyi satıb ödəyəcəyəm? Düşdüyüm ağır vəziyyətdən sui-istifadə edən “TBC Kredit” MMC son ümid yerim olan yaşayış evimi əlimdən almaq istəyir".

“Qanuna görə vətəndaşın mülkü əlindən alına bilməz”

Səhhətinin ağır olduğunu deyən İkram Eyvazov işdən də çxarıldığını deyir:

"2018-ci ilin dekabr ayınadək “Xaliq Faiqoğlu” MMC-nin 114 saylı marşrut avtobusunda sürücü işləmişəm. Ürək-damar xəstəliyimə görə işdən kənarlaşdırdılar. Ona görə istəyirdim ki, evimi satıb borcumu ödəyim. Amma imkan vermirlər. Axı qanunvericilikdə qəti qadağan olunur ki, vətəndaşın son və yeganə yaşayış evi girov qoyulsa belə, girov predmeti borcun ödənilməsi üçün satıla və əlindən alına bilməz. Qanunsuzluğun baş alıb getdiyi indiki məqamda dövlət başçısına müraciət etməkdən başqa çarəm qalmayıb".

Vətəndaşın problemi ilə bağlı "TBC Kredit” MMC-yə sorğu göndərsək də, məsələyə münasibət bildirmədilər.

Fevralın 28-də Prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı Fərman imzalayıb.

İkram Eyvazov bu fərmanın ona da şamil edilib-edilməyəcəyini bilmir.

Xəbərdarlıq

Dövlət Təhlükəsizliyi Xidməti Rusiyada Azərbaycanın sorğusu ilə saxlanılan Fəxrəddin Abbasovun ekstradisiya edilərək, Bakı hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığı barədə məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.

DTX xatırladıb ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

“Hazırda Azərbaycan Respblikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistan Respublikasına səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistan Respublikasında keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir”.

“Amnesty İnternational” təşkilatı bəyanat yayaraq Fəxrəddin Abbasovun Lyuberetsk şəhər istintaq təcridxanasından yoxa çıxması ilə bağlı məlumat yaymışdı.

Rəsmi məlumatlara görə, 1956-cı il təvəllüdlü, Fəxrəddin Abbaszadə 1993-cü ildə separatçı “Talış Muğan Respublikası”nın parlament sədri olub. 1994-cü ildə Azərbaycanı tərk edib.

2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın müvafiq qurmlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib.

Müxtəlif vaxtlarda Rusiya və Ermənistan televiziyalarında Azərbaycana qarşı çıxışları ilə yadda qalıb.

Gədəbəy rayonunun keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımında ittiham olunan Saleh Rüstəmlinin bacı-qardaşlarına məxsus xeyli əmlak müsadirə olunub. Müsadirə edilənlər arasında onların Gədəbəydə ata yurdu olan ev də var. Bu barədə Meydan TV-yə S.Rüstəmli və daha dörd nəfərin - qardaşı oğlu Vidadi Rüstəmli, AXCP-nin Nərimanov şöbəsinin sədri Babək Həsənov, Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və Gənclər Komitəsinin üzvü Ruslan Nəsirlinin işi üzrə müdafiə prosesində iştirak etmiş vəkillərdən biri məlumat verib.

Vəkil bildirib ki, məhkəmənin hökmüylə S.Rüstəmlinin bacı və qardaşları, onların ailələri evləri, ticarət obyektləri əllərindən alınıb:

“Həmin əmlakların üzərinə S.Rüstəmlinin həbsindən az sonra - Nəsimi Rayon Məhkəməsinin 7 iyun 2018-ci il tarixli qərarı ilə həbs qoyulmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsi o əmlakların hamısını müsadirə elədi”.

Əmlakların müsadirəsi barədə qərarın absurd olduğunu deyən vəkilin sözlərinə görə, hökmdə Bakıda Zahid Xəlilov küçəsi 125 ünvanındakı, 39 saylı mənzil Saleh Rüstəmlinin əmlakı kimi qələmə verilərək, müsadirə olunub: “Amma o mənzilin Saleh Rüstəmliyə aidiyyəti yoxdur. Yaxud da adamların Gədəbəydə ata-baba mülkləri olan evlərini müsadirə ediblər. Gədəbəydə Nizami küçəsi 71 ünvanındakı ev onların ata evidir, onu da müsadirə eləyiblər. Saleh Rüstəmlinin bacısının, onun qızının, qardaşlarının, onların həyat yoldaşlarının mülkiyyətində, istifadəsində olan bütün əmlakları müsadirə ediblər. Adamları faktiki ev-eşiksiz qoyublar”.

Vəkil bildirib ki, qanuna görə, ancaq cinayət yolu ilə əldə edilmiş vəsait hesabına alınan, yaxud cinayət predmeti olan əmlaklar müsadirə edilə bilər. Bu işdə isə bu halların heç biri yoxdur: “Bu, mülkiyyətin toxunulmazlığı hüququnu ayaqlar altına atmaqdır. Lap tutaq ki, Saleh Rüstəmli Əli Kərimliyə pul göndərib və onu buna görə cəzaladırırlar. Bunun onun bacı-qardaşına, onların övladlarına nə aidiyyəti var ki, bu günahsız adamları küçədə, heç nəsiz qoyurlar? Bunun adı repressiyadır”.

Müdafiəçinin sözlərinə görə, hökmdə müsadirə məsələsi əksini tapsa da, həmin əmlakların hansı əsasla müsadirə olunması barədə heç nə yoxdur: “Bu iş Avropa Məhkəməsinə gedib çıxacaq, biabırçılıq olacaq. Əminliklə deyirəm ki, Avropa Məhkəməsi bu işə baxanda o əmlakların pulunu mütləq bu hökumətə ödətdirəcək. Hələ mən o tərəfini demirəm ki, bu hokm oxuyanlar Azərbaycanın məhkəmə sistemi barədə nə düşünəcək”.

Müsadirə olunan əmlaklar:

Bakı şəhəri, Z.Xəlilov küçəsi 125 ünvanındakı 39 saylı mənzil.

S.Rüstəmlinin qardaşı Taleh Məhərrəm oğlu Rüstəmova məxsus olanlar:

Gədəbəy şəhəri, M.Quliyev 7 ünvanında fərdi yaşayış evi;

Bakı şəhəri, Zərdabi prospekti, 7 saylı evin 13-ümənzili;

Bakı şəhəri, Xətai rayonu, V.Tau küçəsindəki 11a saylı evin 22-ci mənzili.

Taleh Rüstəmovun həyat yoldaşı Rəsmiyyə Nəriman qızı Rüstəmovaya məxsus olanlar:

Gədəbəy şəhəri, 7 C ünvanında ikimərtəbəli qeyri-yaşayış sahəsi;

Gədəbəy-Novosaratovka şossesinin kənarında 0.50 hektar torpaq sahəsi.

S.Rüstəmlinin digər qardaşı Valeh Rüstəmova məxsus olanları:

Gədəbəy şəhəri, 0.5 hektar torpaq sahəsi və üzərində qeyri-yaşayış sahəsi;

Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi, “Köhnə bazar” adlanan ərazidə 70 kvadrat metrlik qeyri-yaşayış sahəsi;

Gədəbəy şəhəri, Nizami küçəsi 71 ünvanında fərdi yaşayış evi;

Gədəbəy şəhəri, Q.Əhmədli küçəsində 0,6 hektar torpaq sahəsi;

Gədəbəy şəhərində 0,5 hektar torpaq sahəsi.

S.Rüstəmlinin bacısı Yeganə Məhərrəm qızı Rüstəmovaya məxsus olan əmlaklar:

Abşeron rayonu, Novxanı kəndində 0.1 hektar torpaq sahəsi;

Abşeron rayonu, Qobu qəsəbəsində 0.08 hektar torpaq sahəsi.

S.Rüstəmlinin bacısının qızı Rüxsarə Polad qızı Rüstəmovaya məxsus olan əmlaklar:

Gədəbəy rayonu, Qumlu massivində 0.1 hektar torpaq sahəsi;

Gədəbəy şəhərində 0,2454 hektar həyətyanı torpaq sahəsi.

Xatırladırıq

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmli 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrum edilib.

S.Rüstəmlinin qardaşı oğlu Vidadı Rüstəmli və Ruslan Nəsirli hər biri 6,8 il olmaqla, Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkumetmə) tətbiq edilməklə 3 il sınaq müddəti şərtilə azadlığa buraxılıblar.

S.Rüstəmli AXCP sədri Əli Kərimlini maliyyələşdirməkdə ittiham edilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələrilə təqsirli bilinirlər.

Lakin S.Rüstəmli də, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Qubad İbadoğlu: ''Fərman daha çox bankları böhrandan çıxartmağa yönələn sənəddir''

Demokratiya və Rifah Hərəkatının lideri, iqtisadçı Qubad İbadoğlu Prezidentin fevralın 28-də imzaladığı problemli kreditlərlə bağlı fərmanının doğurduğu bəzi sualları Meydan TV-yə izah edib.

- Qubad bəy, dövlət başçısının problemli kreditlərlə fərmanın necə qiymətləndirirsiniz?

- Təbii ki, fərman bankların durumuna müsbət təsir göstərəcək. Çünki banklar mərkəzləşdirilmiş qaydada güzəştli kreditlərə çıxış imkanları qazanırlar. Bu güzəştli kredit illik 0,1 faizlə verilir, demək olar ki, heç bir faiz hesablanmır. Eyni zamanda, banklara verilmiş 682 milyon manat və əlavə olaraq da 215 milyon dollarlıq qiymətli kağızlar veriləcək. Yəni banklar əlavə vəsait alacaqlar, əgər əlavə vəsait ödənilən borclardan çox olacaqsa, bankların maliyyə vəsaiti daha da yaxşılaşacaq. Silinən borclar qədər olacaqsa, banklar üçün əhəmiyyətli dəyişiklik olmayacaq, amma istənilən halda banklar borcları geri almaqla daha yaxşı maliyyə imkanlarına malik olacaqlar.

- Araşdırmalar göstərir ki, problemli kreditlər daha çox bu banklardadır: Azərbaycan Beynəlxalq Bankı, Xalq Bank, Kapital Bank, Paşa Bank və AccesBank. Bu baxımdan durumu necə qiymətləndirirsiniz?

- Hansı bankların vaxtı keçmiş kredit borcu çox olduğunu bilmirəm. Təbii ki, Beynəlxalq Bank, Paşa Bank daha çox kredit verən banklardır və onların daha çox vəsait almaq imkanı olacaq. O cümlədən Xalq Bank, Kapital Bank.

- Sizə elə gəlmir ki, bu fərman hakim elitaya yaxın bankları böhrandan çıxarmaq üçündür?

- İstənilən halda fərmandan hakimiyyətə yaxın bankların bəhrələnməsi şübhə doğurmur. Amma fiziki şəxs olaraq kimlərsə faydalanırsa, o halda fərmanı müsbət dəyərləndirmək olar. Baxmayaraq ki, fərman çox mürəkkəb hazırlanıb, onu izah etmək üçün xüsusi şərhlərə ehtiyac var. Bütövlükdə gözlədiyim qədər də bu fərman problemi həll etməyə yönəlmədi. Çünki sahibkarlar prosesdən kənarda qaldı, həm də aztəminatlı təbəqənin ehtiyacları nəzərə alınmadı. Fərman daha çox bankları böhrandan çıxartmağa yönələn sənəddir. Baxmayaraq ki, müəyyən qədər də fiziki şəxslər də bundan bəhrələnəcək.

- Fərmandan vətəndaşların və sahibkarların qazancı nə olacaq?

- Bu fərmandan sahibkarların heç bir uduşu yoxdur, sənəd ancaq fiziki şəxslər üçündür və 2012-ci ilin 1 yanvarından 2015-ci ilin fevralın 21-nə qədər kredit müqaviləsi olan, yəni kredit müqaviləsi 10 min dollar və manat ekvivalenti ilə uyğunlaşdırılmış borclular bəhrələnəcək. Həmin müddətdə kredit müqaviləsi olanlar 10 min dollar üçün 1500, 8 min dollar üçün 1200, 6 min dollar üçün 900 dollar borc silinəcək. Əgər kredit müqaviləsi 2015-ci ilin fevralın 21-dən dekabrın 21-nə qədər dövrü əhatə edirsə, o zaman 10 min dollar üçün vəsaitlər 3500 dollar, 8 min dollara qədər olan vəsaitlər 2800, 6 min dollara qədər olan vəsaitlər isə 2100 dollar silinəcək. Bu silinmə prosesi devalvasiyadan yaranmış xərcləri əhatə edir. Ona görə silinmə prosesi yalnız dollarla götürmüş kreditlərə şamil olunacaq, manatla kredit götürülübsə, sadəcə, dollar ekvivalenti ilə ödənilibsə, ona şamil ediləcək. Ola bilər bir fiziki şəxs bir neçə bankla müqavilə bağlayıb kredit borcuna malikdir, 5 min dollar onun ekvivalenti ilə manatdan çox ola bilməz.

Dünən (28.02.2019) Berlində BMT-nin ofisi qarşısında bir qrup siyasi mühacirin təşkilatçılığı ilə "Siyasi məhbuslara azadlıq və demokratiyaya dəstək" adlı mitinq keçirilib. Bu barədə siyasi mühacir Rafiq Təmrəzov məlumat verib: "BMT-nin Berlin ofisinin qarşısında təşkil etdiyimiz aksiyanın əsas məqsədi, siyasi məhbusların azadlığını tələb etmək idi. Tələblərimizi bildirmək üçün Qətnaməmizi rəsmi qaydada təqdim etdik. Sənədlə tanış olduqdan sonra bizə bildirdilər ki, sıxışıdırılan və işgəncə alan siyasi məhbuslar barəsində rəsmi məlumat hazırlayın ki, Azərbaycan hökumətilə bu mövzuda danışaq. Aksiyaya qatılanlara təşəkkür edirəm".

Səbəb kimi aksiya keçirilən məkana yaxın yerdə yaşayanların narazı olması göstərilib
 Milli Şuranın martın 2-ə planlaşdırdığı mitinqin keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti rədd cavabı verib.
 Bunu Meydan TV-ə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn deyib.
 Onun sözlərinə görə, icra hakimiyyəti cavabını onunla əsaslandırıb ki, Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqində qanunvericiliyin tələbləri pozulub. Bundan başqa bildirilib ki, aksiya keçirilən məkana yaxın ərazilərdə yaşayan vətəndaşlar, orada fəaliyyət göstərən sahibkarlar narazılıq edirlər.
 Milli Şura mitinqi siyasi məhbuslara azadlıq, Azərbaycandan kənara çıxarılan vəsaitlərin ölkəyə qaytarılması, 2015-ci il devalvasiyalarından sonra əhalinin yaranmış kredit borclarının silinməsi, tələblərin xaricidə təhsilinə dövlət dəstəyinin artırılması tələbi ilə keçirmək istəyirdi.
 Yanvarın 19-da keçirilən aksiyadan sonra bu Milli Şuraya icazə verilməyən üçüncü mitinqdir.
 Bundan əvvəl Milli Şura Bakı Şəhəri İcra Hakimiyyətinə yanvarın 26-da, fevralın 23-də mitinq keçirmək üçün müraciət etmişdi.

Dünən (26.02.2019) Xocalı Soyqırımının 27-ci ildönümü idi. Azərbaycanda və müxtəlif ölkələrdə Xocalı Soyqırımı ilə bağlı tədbirlər keçirildi. Eyni zamanda dünən bizim üçün maraqdoğuran daha bir hadisə baş verib. Ermənisanın baş naziri Paşinyan İranda səfərdə olub. 
Mövzu ilə bağlı mühacirətdə yaşayan ilahiyyatçı, jurnalist Cavid Cabbarlı facebook səhifəsində münasibət bildirib. Xeberinfo.de jurnalistin statusunu olduğu kimi təqdim edir:

“Əksər vaxt İranın haqlı mövqeyini dəstəkləmişəm. Amma bu dəfə işğalçı ölkənin baş nazirinin işğal günü İranda qarşılanması çox böyük yanlışlıqdır, düşünürəm. Kimin harda kiminlə görüşməsi bizi ilgiləndirməz. Lakin XX əsrin ən böyük soyqırımlarından biri kimi qiymətləndirilən Xocalı Soyqırımı günü məhz İranda işğalçı ölkənin baş nazirinin poz verməsi, təntənəli qarşılanması Azərbaycana qarşı çox ciddi haqsızlıqdır. Qonşuluq, məzhəb və bu kimi amilləri nəzərə almadan da deyə bilərəm ki, işğal günü işğalçını qəbul etmək siyasi baxımdan mövqe sərgiləməkdir. Bu səfər bir gün tez, ya gec baş tutsaydı, (tuta bilərdi) təbii ki, bu fikirləri yazmaq zorunda qalmazdım. 
Əlqərəz, İran daha bir yanlış addımı ilə bizi xəyalqırıqlığına uğratdı..!“

pashinyan rohani

Hindistan hökuməti ölkənin hava qüvvələrini səfərbər edib Pakistan sərhədini keçərək, “terror kamplarına” hava əməliyyatı təşkil etdiyini açıqlayıb, - BBC xəbər verir.

Pakistan fevralın 26-da bəyan edib ki, Hindistan onun ərazisində militanları vurduqdan sonra, o da "öz seçdiyi zaman və yerə" görə cavab verəcək.

Hindistan çox sayda militan öldürüldüyünü söyləsə də, Pakistan bu iddianı "ağılsızlıq" adlandırıb.

Nüvə silahlı iki qonşu dövlət arasında gərginlik Kəşmirdə Hindistan hərbçilərinə hücumdan sonra yüksəlib.

Hücumu Pakistanda yerləşən Jaish-e-Mohammad (JeM) adlı qrup üstlənib. Hindistan isə qarşı tərəfə cavab verəcəyini bildirib.

Hindistan Pakistanı öz ərazisində militanların fəaliyyətinə şərait yaratmaqda ittiham edir. Pakistan isə bu ittihamları rədd edir.

Həm Pakistan, həm də Hindistan müsəlmanların çoxluqda yaşadığı Kəşmirə iddia edir, ancaq bu ərazinin bəzi hissələrinə nəzarət edə bilirlər. İki ölkə 1947-ci ildə Britaniyadan ayrılıb, müstəqillik əldə etdikdən sonra üç müharibə aparıblar və bəzi münaqişələr yaşayıblar. Bu müharibələrdən biri Kəşmirlə əlaqəlidir.

Hindistan 1971-ci ildən bu yana ilk dəfədir ki, Pakistanın hava sahəsinə girərək, belə bir əməliyyat həyata keçirir.

Hər iki tərəf insidentlə bağlı fərqli fikirlər söyləyir. Hindistan hökuməti hücumun şimal qərbi Pakistanda yerləşən Balakot ərazisindəki bir düşərgəyə hesablandığını qeyd edir.

Hindistanın xarici işlər naziri Vicay Qokheyl (Vijay Gokhale) deyib ki, çox sayda militan öldürülüb. O, bu əməliyyatı qarşı tərəfdən gələcək olan növbəti hava hücumlarını dayandırmaq üçün önləyici hücum kimi müdafiə edib.

Balakot sakinləri BBC-ə deyiblər ki, onlar partlayış səslərinə oyanıblar. Ölüm və yaralılar haqda heç bir məlumat yoxdur. Pakistan ordusu bu haqda məlumatı rədd edib. Rəsmi Pakistan deyib ki, onun təyyarələri hind təyyarələrini geriyə çəkib.

Milli Məclisin daha bir deputatının sahib olduğu iddia edilən sərvətlərin siyahısı yayılıb. 
 Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan siyahlıda sözügedən əmlakların Milli Məclisin 78 saylı Lerik seçki dairəsindən seçilmiş deputatı İqbal Məmmədova məxsus olduğu iddia olunur.  
 Sözügedən iddialarla bağlı dəqiqləşdirmə aparmaq üçün millət vəkilinin özü ilə əlaqə saxlamağa çalışdıq. İqbal Məmmədovun mobil telefon nömrəsini dəfələrlə zəng etsək də, zəngimizə cavab vermədi. 
 Həmin siyahını təqdim edirik:
 1. "Kaspi Yıldız" şirkətlər qrupu (otellər, restoranlar),
2. "Relax" şirkətlər qrupu (Lerikdə "Relax" İstirahət Mərkəzi də bura daxildir),
3. Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma,
4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi,
5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən zorla aldığı 60 sot torpaq,
6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil (oğlu Mirhəmid Məmmədov da Türkiyədə təhsil alır),
7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil, 
8. Yanğınsöndürmə balonlarının biznesi ("Azərtürkmm" şirkəti),
9. Tibbi yardım çantalarının ("apteçka") biznesi (Azərtürkmm" şirkəti), 
10. Lerik rayonunda donuz ferması,
11. Lerik rayonunda dəvəquşu ferması, 
12. "Piran broyler" şirkəti (qardaşı Çingiz idarə edir), 
13. Piran kənində şebel və kərpic fabrikləri, 
14. Şüvəlan və Novxanıda villa,
15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər, 
16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektkləri və mənzillər, 
17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,
18. Lerik rayonunda villalar və sairə...
10 -dən səhifə 220