Almaniyanın Hermefkeil şəhərində yaşayan, 34 yaşlı Bağırov Emil Əliş oğlu, özünə qəsd edib. O, 2017-ci ilin yanvar ayında Almaniyaya gəlib və sığınacaq üçün müraciət edib. 11 sentiyabır 2019-cu ildə saat 17 radilərində vətənə qayıtmaq haqqında xəbərdarlıq məktubu ilə sosialın binasına girib, mübahisədən sonra isə üzərinə benzin tökməklə özünü yandırıb. Ağır yanğından koma vəziyyətinə düşüb və hadisə yerinə gələn helikopterlə xəstəxanaya aparılıb.

Bundan öncədə, iyulun 20-sində Almaniyanın Deggendorf şəhərində qaçqınlar düşərgəsində yaşayan Məmmədova Humay, dərman içməklə intihar edib.

Dinimizə görə, özünə qəsd etmək haram əməldir və Allahın vəd etdiyi cəhənnəmə atılacaq. Görünür Azərbaycana dönmək, cəhənnəmə düşməkdən daha faciəlidir.

Qeyd edim ki, vətəndaşlarımız bir neçə səbəbə görə ölkəni tərk edirlər. Onlardan ən əsası rejimin qanunsuz təqibləri və təzyiqləridir. Əliyev ailəhakimiyyəti dövründə minlərlə azərbaycanlı mühacirət həyatı seçib, elə o qədər də siyasi məhbus həyatı yaşayıb və yaşayır. Son 10 ildə siyasi məhbusların sayı 100-dən aşağı düşməyib. İnsanlar həbs və işgəncədən qaçır, xarici ölkələrə sığınırlar. Lakin rejimin təhdid və təzyiqləri davam edir.

Hakimiyyət onu tənqid edənləri susdurmaq üçün hər cür çirkin vasitəyə əl atır. Avropada əli çatmadığı şəxslərin Azərbaycanda yaşayan qohumlarını incidir. Onları təhdid edir, polisə aparır, həbsə atır, qohumluqdan imtinaya məcbur edir və sair. Amma unudurlar ki, bu metod bumeranq effekti verir. Yalanla uzağa getməyin mümkün olmadığını isə rejim anlamır.

Düşünürəm ki, Azərbaycanda müxalifətçi olmaq böyük təhlükə ilə üz-üzə dayanmaqdır. Bu təhlükələri Avropa cəmiyyətinə çatdırmaq isə biz mühacirlərin birinci vəzifəsidir. Avropada işgəncə və şiddət olmadığı üçün hökumətin davranışı anlaşılmır.

Cənablar, biz kefdən deyil, məcburiyyətdən ölkəni tərk etmişik. Lütfən, anlayışla qəbul edin və insanların qürbətdə intihara cəhd etmələrini hökumətin gətirdiyi faciə kimi qiymətləndirin!

Valeh Hüseynli

Almaniya

“Bu adamlar dəli kimi hərəkət edirlər, mənə çatmır, niyə hamını özlərinə düşmən etmək üçün dəlicəsinə çalışırlar ki?”

Xural layihələrinin müəllifi, tanınmış jurnalist Əvəz Zeynallı Milli Şuranın üzvü Cəmil Həsənli barədə yazıb.

Musavat.com xəbər verir ki, jurnalist Fərman Dəmirqoldan götürdüyü müsahibəyə görə Cəmil Həsənlinin ittiham və iddialarına məruz qalmasına cavab verib. Sitat: “Mən Fərman Dəmirqolu ilk dəfə görür, danışırdım. Söhbətimiz boyu da incik tonunu hiss etdim. Ona müsahibə təklif etdim, "mən Azərbaycan mətbuatına müsahibə vermərəm" dedi. Səbəbini soruşdum, "çox müsahibə vermişəm, amma verməyiblər" dedi. O zaman canlı yayın təklif etdim. "Buyurun, canlı çıxın danışın, dediyiniz hər sözün getdiyinə əmin olun" dedim. Vəssalam. Belə oldu müsahibənin tarixi. Doğurduğu rezonans böyük olduğu üçün yaranan suallara cavab vermək məqsədi ilə təkrar müsahibə götürdüm. Rekord baxış oldu. Bir həftəyə 1-ci müsahibəyə 65.000, 2-ci müsahibəyə 13.000 adam baxıb. Bu, bizim kanal üçün böyük göstəricidir. Təbii ki, gələnə qədər ehtiyac olsa, 3-cü müsahibəni də edə bilərəm.

Bir neçə gün əvvəl Cəmil Həsənlinin dəstəsinə aid olan və Amerikada fəaliyyət göstərən bir kanalda da bu haqda danışmışdılar. Elçibəyin "elə edin ki, gözüm bu adamı görməsin", dediyi bir adam nəfəsi tıncıxa-tıncıxa mənim hansı pullarla İstanbula gəldiyimdən və Mehriban Əliyevanın piarına dəstək verdiyimdən danışırdı. Fikir vermədim. Bir cümlə cavabla kifayətləndim. Amma Cəmil Həsənlinin dolayısı yolla bu cəfəngiyatı təkrar etməyi mənim üçün ona görə cavaba layiqdir ki, deməli, tezis ya Cəmil Həsənlinindir, ya da Cəmil bəy deyilənlərə şərikdir. Olsun, bu da Cəmil müəllimin haqqıdır”.

Ə.Zeynallı bildirib ki, C.Həsənli onun barəsində belə fikir yaratmaqda haqlı deyil: “Anlamıram, onsuz da bu adamlar dəli kimi hərəkət edirlər, mənə çatmır, niyə hamını özlərinə düşmən etmək üçün dəlicəsinə çalışırlar ki? Etsinlər, can onların, cənnət Tanrının, amma mən belə şeylərdən qorxmuram axı. Mənim bütün ömrüm savaşlarda keçib və bu, indi də davam edir, bunu bilməlidirlər”...

Əvəz Zeynallı Cəmil Həsənlinin həyatındakı bir fraqmenti - hakimiyyətlə işbirliyi içərisində olmasını detalları ilə xatırladıb: “Bunlar Əliyevlərin stolunun başında oturanda mən Əliyevlərin zindanlarında oturmuşam. Mən zindanda olanda, Cəmil Həsənli Əlimərdan Topçubaşovun kitabını - Anar Məmmədlinin həbs olunduğu gün nəşrə verib. Bilirsinizmi, kimin patronajlığında və aranjimanında - Hafiz Paşayevin! Ön sözü də Hafiz Paşayev yazıb - Cəmil Həsənlinin Əliyevlərə necə xidmət etdiyini bəlağətlə təsvir edib...”

Əvəz Zeynallı özü üçün çıxartdığı qənaəti də yazısında ifadə edib: “Allah göstərməsin, sizmi hakimiyyətə gəlib demokratik cəmiyyət quracaqsınız?! İnanmıram, belə hərəkətlərinizdən sonra isə sizi Azərbaycan üçün təhlükəli görürəm”.

Baş redaktor yazıb ki, C. Həsənlinin onu hədəf göstərib səhifəsində söydürməsini tam ona yaraşdırıb: “Bir neçəsini də tanıdım. Allah qollarına qüvvət versin. Kim mənə nə deyir, nə yazırsa, iki mislini özünə qaytarıram, kim mənə nə arzulayırsa elə onun da iki misli özünə qismət olsun. Cəmil Həsənli isə narahat olmasın, Bakıya qayıdan kimi onu "Qaynar Qazan"a dəvət edəcəyəm. Bir neçə dəfə etmişəm, gəlməyib, bu dəfə də edəcəyəm. Ona çoxlu suallarım var mənim də... Hə, başda yazmışdım - insan obyektivlik hissini itirəndə ölür. Allah hamının ölənlərinə rəhmət eləsin!”

Qeyd ed'k ki, C.Həsənli statusunda Ə.Zeynallının bu müsahibəsində F.Dəmirqolun indiyə qədər olmadığı qədər qarayaxma, yalan və böhtan danışdığını yazıb. O, sətiraltı bu müsahibənin məqsədli götürüldüyünü və hakimiyyətə xidmət etdiyini bildirib.

O, deyib ki, Əvəz Zeynallının Ferman Demirkolla müsahibəsinin bir sıra mühüm məqsədi var. Sitat: “...Mühüm hadisələr ərəfəsində müxalifəti aşağılamaq, ...Əli Kərimlini hədəfə almaq, Xalq Cəbhəsinə qarşı istifadə edilmiş "Nardaran işi" və cəbhəçiləri şiə radikalizminə bağlamaq, "Gülən hizmət imamı" fonunda Əli Kərimlini sünni devrimçiləri ilə iş birliyində suçlamaq, Gözəl Bayramlı və Əfqan Muxtarlının şəxsində Kərimlini Qərbdən maliyyə dəstəyi almaqla konstitusiya qurluşunu zor gücünə devirməkdə günahlandırmaq; Saleh Rüstəmli olayında Kərimlini guya çirkli pulların yuyulmasının ortağı kimi təqdim etmək, indi isə Ferman Demirqolun ifasında və Əvəz Zeynallının aranjımanında Elçibəyin olmayan məktubunu müzakirəyə çıxarıb Xalq Cəbhəsini 25 il bundan öncənin darbesinə "ortaq" etmək və Əli Kərimliyə qarşı əvvəlcə təbliğat hazırlığı görüb ardınca Zakir Qaralov və Vilayət Eyvazovun birgə "hüquqi" bəyanatı ilə hakimiyyət üçün baş ağrısına çevrilmiş cəbhəçiləri "devrimçi" kimi təhdid etmək...”

On minlərlə uşağın ehtiyac içində yaşadığı Azərbaycanda uşaqpulu yoxdur, verilmir, yenicə haradansa bu yardımın adını eşidib müzakirəyə çıxarıblar. Uzun müddətdir prosesi, gedən müzakirələri izləyirəm. Hakim partiyanın şərəfsiz yetkililəri, abırdan, tərbiyədən kənar məmur və deputatlar düşünürlər ki, uşaqpuluna ehtiyac yoxdur, hərə öz uşağının dərdini çəksin, hökuməti ziyana salmasınlar.

Siyavuş Novruzov uşaqpulunun uşaq dünyaya gəlməyən, demoqrafik vəziyyətin yaxşı olmadığı ölkələrdə verildiyini bildirib. “Uşaqpulunu o ölkələrdə verirlər ki, orada uşaq dünyaya gəlmir”,- deyən deputat əslində ağzına gələni danışdığını və əslində həqiqətin necə olduğunu hamıdan yaxşı bilir. Tez-tez müzakirə etdikləri Avropa ölkələrində insanların iqtisadi durumu Azərbaycanla müqayisə edilməyəcək dərəcədə yüksək olsa da, dövlət hər doğulan uşağa yardım, yəni uşaqpulu ayırır və uşaq 18 yaşadək bundan yararlanır. Bu ölkələrdə isə hörmətsiz deputatın dediyindən fərqli olaraq, uşaq doğulur. Təkcə yaşadığım Almaniyadan misal çəksəm, son illər buradakı mühacirlərin hesabına demoqrafik vəziyyət yüksəlib. Bu, mənim qənaətimdir. Alman qəzetləri miqrant məsələsini önə çəkməsələr də, son illər doğulan uşaq sayının artdığını vurğulayırlar. Məsələn, 2018-ci ildə bu ölkədə doğum nisbəti əvvəlki ildən yüksək olub. Federal Statistika İdarəsinin məlumatına görə, 2016-cı ildə doğuş sayı əvvəlki ilə nisbətən yeddi faiz çox olub. Doğum nisbəti 2011-ci ildən artmağa başlayıb. İdarədən verilən məlumata görə, Almaniya vətəndaşı olan qadınlar digər millətlərin qadınları ilə müqayisədə üç faiz çox uşaq sahibi olublar. 2018-ci ildə də əvvəlki illə müqayisədə daha çox körpə dünyaya gəlib- təxminən 788 min uşaq. Normal maaşı, yaşayışı, maddi, iqtisadi vəziyyəti olan alman uşaqlara isə səfalət içində olan Azərbaycandan fərqli olaraq uşaqpulu verilir. Bu, ayda təxminən 200 avro civarındadır və 18 yaşadək uşaq bu pulu alır. Həmçinin işləyən və dövlətdən yardım almayan miqrantlar da uşağa görə təxminən bu qədər yardım alırlar. Buradakı əyalətlərdə bir az fərqlidir, amma hamısında uşaq üçün yardım verilir.
Həmçinin miqrantların uşaqlarına hökumət bir neçə formada dəstək verir. Belə ki, miqrant qadın hamiləliyin 3-cü ayından uşağa görə yardım alır, bu, onun vitaminlə təminatı üçündür. Məbləğ ayda 60 avrodur və hamiləliyin sonunadək verilir. Uşaq doğulandan sonra da təxminən 200 avro hər ay üçün pul verilir. Həmçinin dövlət miqrantlara uşaq doğulmadan da yardım edir, uşaq arabası, hamiləlik geyimi, uşağın geyimi və gigiyenik məhsullar, şampun-filan üçün təxminən 450-500 avro civarında birdəfəlik yardım edir. Buradakı xeyriyyə, yardım təşkilatları da hamiləliyə dəstək verir, təxminən 1000 avroluq birdəfəlik yardım uşağa yataq, çarpayı və digər ehtiyacı olan şeyləri almaq üçündür. Yəni hökumət təkcə öz vətəndaşlarını deyil, qaçqın körpələri də düşünür. Mənəviyyatsız Azərbaycan hökuməti isə öz vətəndaşlarını, ölkənin gələcəyi olacaq körpələri səfalət içində yaşadır.
Siyavuş Novruzova baş nazirin müavini Əli Əhmədov da dəstək verib və deyib ki, Azərbaycanda ailələrin uşaqpuluna ehtiyacı yoxdur. “Düşünmürəm ki, bu ailələrin “uşaqpulu”na ehtiyacı var… Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq”. Xoruz baba ölkədə minlərlə uşağın aylarla ət yemədiyindən, məktəb ləvazimatı almağa pul tapmadığından, xəstələndikdə həkim pulu tapa bilmədiyindən xəbərsizdir yəqin. Çünki o, övladını harın, limitsiz pul xərcləməyə öyrədən, bir saatı belə dünya mediasında xəbər olan zümrədəndir, kimində balasının nimdaş geyimdə məktəbə getməyi onu maraqlandırmır. Onun kimilər Avropanın, xüsusən Almaniyanın dağıldığı barədə cümlələri telekanalizasiyalardan banlamaqla işlərini bitmiş hesab edirlər. Amma xatırladım ki, dağılan Almaniyada qaçqın uşaqlara hər yeni dərs ili başlananda da yardım verilir. Əvvəlki illərdə rəqəm yüz avro idi, bu il 150 avroya qaldırılıb. Bu, qaçqın uşağın məktəb ləvazimatlarını ala bilməsi üçündür.
Siyavuşun və digərlərinin fikirləri əslində hökumətin mövqeyidir və təkrar-təkrar cəmiyyətə çatdırılır. Tanınmış yaltaq jurnalist Mirşahin Ağayev də onlara qoşulub banlayıb ki, bəs uşaqpulu söhbətini bağlayaq, əhalinin pula ehtiyacı yoxdur. Axmaqcasına məsələyə yanaşan Mirşahin bildirib ki, uşaqpulu kasıb ailələrə verilməlidir və Azərbaycanda zatən kasıb ailələrə sosial yardım verilir. Əslində sosial yardımın ölkədə necə verilməsi bir başqa problemdir. Amma bu sarsaq adam jurnalist olduğundan bilməlidir ki, normal ölkələrdə uşaqpulu kasıb ailələrə yox, bütün ailələrə verilir, bütün uşaqlara aiddir. Həmçinin o, deyib ki, uşaqpulu verilən ölkələrdə bu, doğulan uşaqların sayını artırmağa təşviq üçündür. Guya ayda bir neçə min avro maaş alan alman məhz 200 avroya görə uşaq dünyaya gətirir. Axmaqlar!... Normal ölkələrdə uşaq pulu doğulan uşaqların sayını artırmağa təşviq üçün deyil, uşağın minimum yaşayışını təmin etmək üçündür... Bir alman o iki yüz avro olmasa da, istədikdə uşaq dünyaya gətirəcək, bu pul sadəcə uşağa dövlətin dəstəyidir. Çünki Almaniya və onun kimi normal ölkələrdə uşaq dövlətin gücüdür, sabahıdır, Azərbaycanda isə…

Röya Rəfiyeva 

Almaniya

Sumqayıtın 70 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirilməsi, şəhərdə abadlıq və təmir işlərinin görülməsi üçün tenderin nəticələri elan edilib. 
 
Artıq Sumqayıt Şəhər İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi məlum olub. 
 
Bu, "Ximekspress 2000” firmasıdır. Firma ümumi dəyəri 11 milyon 938 min 400 manat olan eyni adlı 4 lot (Sumqayıt şəhərinin 70 illik yubiley tədbirlərinin keçirilməsi, şəhərdə abadlıq və təmir işləri) üzrə qalib elan edilib və artıq onunla müqavilə imzalanıb.
 
"Ximekspress 2000” firması 25 may 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Reyester məlumatlarında firmanın nizamnamə kapitalının 40 manat olduğu qeyd edilib. Firmanın qanuni təmsilçisi isə Nuriyev İlqar Cəllad oğludur.
 
"Ximekspress-2000”-də baş direktor vəzifəsi daşıyan İlqar Nuriyev 2009-cu ildə hakim Yeni Azərbaycan Partiyasının (YAP) xəttilə Sumqayıt bələdiyyəsinin üzvü seçilib. 
 İlqar Nuriyevin rəhbərlik etdiyi firma bəzi rayonlarda təhsil ocaqlarının təmirini də həyata keçirib. 
 Bu ilin avqust ayında isə mediada Qusar rayonu Quxuroba kənd orta məktəbinin müəllimlərinin "Ximekspress 2000” firması barədə şikayəti tirajlanıb. 
 Şikayətdən aydın olur ki,  firma məktəb binasını təmir üçün söküb. Amma dərs ilinin başlanmasına  az vaxt qalsa da, təmir işlərinə başlamayıb.
 "Ximekspress 2000” haqqında daha bir məlumat bundan ibarətdir ki, firma Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi ilə məhkəmə çəkişməsi yaşayıb. 
 Hər iki məhkəmədə "Ximekspress 2000” qalib gəlib.
 
Qusar rayon Quxuroba kənd orta məktəbinin direktoru Rəşid Tahirov Xeberinfo.de-ə bildirdi ki, məktəbdə təmir işləri başlayıb. 

Hacıyev Hafizi davakar olduğu üçün dəvət etmədiyini boynuna aldı, Fəzail əmi

Elçibəy hakimiyyətinin nazir vəzifəsini icra edən, Ana Vətən Partiyasının sahibi, 5 qat deputat Fəzail bəy Ağamalinin “təşkilatçılığı“ ilə keçirilən tədbirin nə adı, nə də özü anlaşıldı. Əslində rejim tərəfindən belə tədbirlərin keçirilməsinə əvvəllər də təşəbbüs olub. Hətta bir neçə dəfə müxtəlif formatlarda hökumətə sərf edəcəyi qədər toplantılara şahid olmuşuq.

Hamı yaxşı bilir ki, “ölkə siyasətinə xaricdən müdaxilə“ adıyla, tədbir təşkil etmək məsələnin görünən paslı tərəfidir. Hamı onu da yaxşı başa düşür k, xaricdən heç bir müdaxilə filan yoxdur. Hansı müdaxilə, müdaxiləni edənlər kim? Bax bu suallar açıq qalır. Ümumi hay-küy salmaq izi itirməkdən başqa bir şey deyil. Yaxşı, deyək ki, müdaxilə var, bunun qarşısını kim almalıdır?! Hökumətin qazanından daşanları yalamaq üçün növbəyə duran “müxalif“lər?

Məlum toplantıda Fəzail müəllimin fəzilətini şübhə altına alan bəzi məqamlar da oldu. Məsələn, Azər Həsrətin üzünə durdu ki, şəxsən özü dəvət üçün zəng edib. Azər mandata həsrət də sona qədər dirəndi ki, əşşiii dəvət, zad boş şeydi, Cənabın başı sağ olsun..!
Hacıyev Hafizi isə davakar olduğu üçün dəvət etmədiyini boynuna aldı, Ağamalı əmi. Guya İlqar Məmmədov telefonu açmayıb, Əflatun Amaşov tədbirdə imiş, Fərəc Quliyevin gəlməməsi də bərk qəzəbləndirib, təşkilatçını. Fəzail müəllimin etirafına görə, yeganə çağırmadığı təşkilat AXCP, siyasətçi də Əli Kərimli olub.

Sən demə, Əli Kərimli siyasi mühacirlərin yanında imiş, onlara dəstək verirmiş. Rejimin məntiqi ilə desək, ölkəsindən didərgin salınan, qovulan mühacirlərin yanında dayanan yeganə lider Əli Kərimlidir. Elə bu məntiqlə düşünsək, hökumət bilərəkdən, ya Fəzailin məsləhətinə qulaq asdığı üçün narazı kütləni Əli Kərimlinin ətrafına toplayır, AXCP-nı gücləndirir.

Və nəhayət!

Hökumət mühacirlərdən niyə qorxur? Hansısa dövlət və beynəlxalq təşkilat hökumətin siyasətinə müdaxilə eləmir. Bu, tam aydındır. Çünki rejim Azərbaycanın sərvətindən xalq ixtisna olmaqla, bütün dünyaya paylayır. Lap elə götürək Almaniyanı, Merkel xala niyə gizli yolla İlhamın siyasətinə müdaxilə eləsin, lazım gələndə istədiyini açıq şəkildə alırsa? Yoxsa, Trump, ya Putin İlhamdan narazıdır?! Bəlkə Tayyib yaxud Ruhani İlahmın şahlığına qarşı çıxır? Lukaşenkonun bir zəngi ilə 900 milyonu büdcədən götürüb, dədəsinin malı kimi göndərən oliqarxdan hansı xarici qüvvə narazı qalar?

Şahənşahı narahat edən Avropanın müxtəlif şəhərlərində təşkil olunan aksiyalardır. Demokratik dəyərlərin kölgəsində gizlənən ölkələr belə tədbirlərə biganə qala bilmirlər. Məcbur olurlar ki, Avropanın küçələrinə səpələnmiş azərbaycanlıları dinləsinlər. Bax o zaman, vaveyla başlayır. Dünya İlham “hünkar“dan demokratiya tələb edir, o, da yarıyuxulu Fəzailə tapşırı ki, xarici müdaxilədən danış. Əlfatihə!!

Cavid Cabbarlı

Almaniya

Xəbər verdiyimiz kimi, tanınmış hüquqşünas Adil İsmayılov 1 il müddətinə vəkillik fəaliyyətindən məhrum edilib. JAMAZ.İNFO xəbər verir ki, Adil İsmayılovdan şikayəti onun həmkarı edib və müvafiq qərar Vəkillər Kollegiyası tərəfindən qəbul edilib.  

Adil İsmayılov sosial şəbəkədə yazdığı statusda rəsmi qərar açıqlanmayınca danışmaq istəmədiyini bildirib.

O deyib ki, məsələ ilə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırova rəsmi müraciət göndərib: "Baş verənlərlə bağlı sədr Anar Bağırovun rəsmi açıqlamasını gözləyirəm, inanıram ki, cəsarət tapıb bunu edəcək. Ondan sonra mən də məsələyə münasibət bildirəcəyəm".

Bundan əlavə, o, şikayət verən həmkarının da adını deməyib.

Artıq digər vəkil həmkarları onun müdafiəsinə qalxıblar. Tanınmış vəkil Elçin Sadıqov bununla bağlı Facebook hesabında Adil İsmayılova köməklik etməyə hazır olduğunu bildirib. “Dəyərli vəkil həmkarım Adil Ismayilovdan şikayət edənlərin yəqin ki, yeganə uğurları Adil İsmayılovun fəaliyyətinin bir illik dayandırlmasına nail olmaqdır. Güman ki, bunu özlərinin qələbəsi kimi sırımağa çalışacaqlar. Təəsüf edirəm”.

Sadıqov bildirib ki, Adil müəllim ifadə azadlığına müdaxilənin qurbanı olub. “Bu müdaxilənin demokratik cəmiyyətdə zəruri olmadığını, müdaxilənin qeyri-proporsional olduğunu və müdaxilənin Konstitusiya və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın prinsipiləri nəzərə alınmaqla qarşıya qoyulmuş məqsədə zidd olduğunu bildirirəm”.

Tanınmış vəkil mövqeyini də açıqlayıb: “Mövqeyim odur ki, VK RH bu məsələni yenidən müzakirə etməli, Adil İsmayılovun vəkillik fəaliyyətini bərpa etməlidir. Yenidən müzakirə edilərsə bu işlə bağlı “amicus curae” hazırlamağa hazıram”.

Neftçala sakini: “Ayrı-ayrı rəhmli adamların ümidinə qalmışıq”

Neftçalanın Xol Qaraqaşlı kəndinin 5 yaşlı sakini Fatimə Məcidova iki il əvvəl qan xərçənginə (leykoz) tutulub. Ailəsi onu həyatda saxlamaq üçün İrana üz tutub, Ərdəbildə kirayədə yaşayır.

“Camaat Milli Onkologiya Mərkəzindən, Talassemiya Mərkəzindən İrana ölü vəziyyətində gəlir”

Fatimənin atası Cəlal Məcidov danışır ki, xəstəlikdən təsadüfən xəbər tutublar. Uşaq çox yorulduğunu, halının olmadığını deyib. Ardıcıl bir neçə gün belə davam etdiyindən, üstəlik, qanı kəskin düşdüyündən Fatiməni Talassemiya Mərkəzinə gətiriblər. Diaqnoz da orada qoyulub. Məcidovlar ailəsi araşdırıb Azərbaycanda müalicənin baha başa gəldiyini anlayandan sonra İrana yola düşüb.

“Bir analizə 90 manat istəmişdilər. Ərdəbili qohumlar məsləhət gördü. Vaxt itirmədən yola düşdük. Gedən kimi qan vuruldu, kimyaterapiyaya başladılar. 26-27 gün çəkdi”, - Cəlal Məcidov həmin günləri belə xatırlayır.

Fatimənin atası deyir ki, Ərdəbilin Sərçeşmə meydanındakı xəstəxanada azərbaycanlı əlindən tərpənmək olmur: “Camaat Milli Onkologiya Mərkəzindən, Talassemiya Mərkəzindən İrana ölü vəziyyətində gəlir. Orada ayağa qaldırırlar. Bu dəqiqə Ərdəbil doludu azərbaycanlı xəstələrlə”.

“Uşağın iki dəfə saçı tökülüb”

Fatimə İranda həyatda qalmaq uğrunda mübarizə aparır. Vəziyyəti gah çox yaxşılaşır, gah da ölümün bir addımlığından qayıdır. Cəlal “uşağın iki dəfə saçı tökülüb” ifadəsini işlədəndə nə qədər böyük kədərə büründüyü hiss olunur: “İrandan gecə gəlmişəm. Bir az yaxşılaşmışdı. Altı gün əvvəl analizlər yenə pis göstərdi. Bizi Təbrizə göndərdilər. İndi də Tehrana yazıblar, 12-16 gün radioterapiya keçməlidir. On gündən bir kimyaterapiya olur, aparıb-gətirmək mümkün deyil. Uşaq yollarda qalır, vəziyyəti lap pisləşir. Zülmdəyik. Allah heç kimə belə dərd verməsin”.

Fatimənin hər iki nənəsi nəvəni görmək, uşağın qayğısına qalmaq üçün növbə ilə İrana gedir. Cəlal deyir ki, ailəsi Ərdəbildə qalmaq məcburiyyətindədir. Azərbaycanda müalicə xərcləri çox böyükdür, İran rialı xeyli dəyər itirdiyindən, orada birtəhər mübarizə aparırlar. Yaşadıqları evin kirayəsi təxminən 80 manatdır.

“İndi manatın İranda məzənnəsi yaxşıdı, az pul ödəyirəm. Bir dəfəyə 14800 manatı tümənə çevirdiyim vaxt olub. Almaniyadan dərman gətizdirirdik, 1200-1300 manat ödəyirdim. Fatiməni həyatda saxlamaqdan başqa heç nə haqda düşünmürük”, - Cəlal Məcidov danışır.

 neftçala sakini

“Ayrı-ayrı rəhmli adamların ümidinə qalmışıq”

Cəlal deyir ki, ailənin maddi gücü tamamilə tükənib. Müraciət etmədiyi yer qalmayıb. Televiziya verilişlərinə çıxmaq istəyiblər, qeydiyyata düşüblər, 9 aydır xəbər yoxdur. Neftçala Rayon İcra Hakimiyyətinə gedib dərdini danışıb, kənd bələdiyyəsinin üstünə göndəriblər: “Bələdiyyə deyir ki, dükanlara uşağın şəkillərini yapışdır, camaat kömək eləsin. Camaat özü ağır vəziyyətdədir, nə kömək eləyəcəklər?! Dövlət qurumları kömək eləyə bilər. Nəyimiz varsa satmışıq. Həyətdə mal-qara da qalmayıb. Anamın pensiyası ilə dolanırıq. 193 manat alır, onun da bir hissəsini bizə görə götürdüyü kreditə verir”.

Cəlal bu xəstəliyə qədər Rusiyanın Kazan şəhərində işləyirmiş. Ailəsini də yanına aparmağa hazırlaşırmış. Sənədlər yığanda Fatimə halsız olduğunu, çox yorulduğunu deyib. Bundan sonra xəstəliyindən xəbər tutublar. Cəlal iki avtomobilini, Mehdiabad qəsəbəsindəki 11 sot torpağını, həyat yoldaşının zinət əşyalarını satıb. Satmağa daha heç nə qalmayıb.

O, keçən il 10 ay Neftçala Maşınqayırma Zavodunda işləyib. Deyir ki, üst-üstə ona cəmi 400 manat maaş veriblər. Dekabrda Fatimənin vəziyyəti lap ağırlaşanda işdən çıxmağa məcbur olub. İndi yollarda qalıb. Hər dəfə ölkəyə kiminsə yardım edəcəyi ümidi ilə gəlir: “Biləsuvarda bir seyid var, deyib ki, gəlsin, kömək eləyərəm. Ayrı-ayrı rəhmli adamların ümidinə qalmışıq. Tamam tükənmişik”.

Xatırlatma…

Dövlət Statistika Komitəsinin 2018-ci ilə olan məlumatına görə, Azərbaycanda 18 yaşadək olan 36.596 şəxs qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlardan əziyyət çəkir. Qan dövranı sisteminin xəstəliklərinə görə 15.049 nəfər qeydiyyatdadır. 18 yaşadək uşaqların hər 10 000 nəfərinə düşən xəstəliklərin sayına gəldikdə;

- qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar - 139,8;

- qan dövranı sisteminin xəstəlikləri - 57,5

Talassemiya Mərkəzi ötən ildən publik şəxs kimi fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə və mediada tənqidi fikirlər səsləndirilir. Ötən il mərkəzin fəaliyyətindən narazı qalan bir qrup valideyn Birinci vitse prezident Mehriban Əliyevaya da müraciət etmişdi.

Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun və oğlunun Cexiyada yeni milyonluq biznes şəbəkəsi aşkarlayaraq sosial şəbəkələrdə paylaşıb. 
Milyonlarla qiymətləndirilən bu biznes şəbəkəsinin bir gömrük məmurunun hansı qazancla qurduğu sosial şəbəkələrdə suallar doğurub.
Cavanşir Həsənli yazır: "Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev necə demişdir? "Gömrükdə rüşvət olarsa, istefa verəcəm” Səfər Mehdiyevin diqqətinə rüşvət, monopoliya və korrupsiyadan uzaq bir gömrük məmurunun Avropa ölkələrinin birində tikdirdiyi 4 mərtbəli binadan ibarət 34 mənzili kompleksin, 10 dükandan ibarət 850 kvadrat metrlik ticarət mərkəzinin və 300 kvadrat metrlik restoranın çertyojlarını çatdırmaq istəyirəm. "Belə aydan arı, sudan duru" generalı olan gömrük şefi heç vaxt istefa verməz. Bilirsiniz o kimdir? Sumqayıt baş gömrük idarəsinin rəisi həmin Vəzir Həsənov. Azərbaycanda gömrük generalı, Çexiyada məşhur biznesmen. Bəlkə, Dövlət Gömrük Komitəsinin rəhbəri buna inanmayacaq. Ona görə cənab Həsənovun şirkətinin linkini də əlavə edirəm ki, özü də baxsı: http://hasansons.eu/rajhrad.html".
Xatırladaq ki, bir müddət öncə də arqument.az Cavanşir Həsənlinin yaydığı sənədlərə istinadən Vəzir Həsənovun Çexiyadakı sərvəti barədə araşdırma yaymışdı.








Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi narkoz, narkotik və psixotrop dərman preparatlarının alınmasına dair müqavilə imzalayıb. Ümumi məbləği 7 milyon 970,6 min manat (4 milyon 688 min ABŞ dolları) olan bu dərmanların tədarükü "Azərtibbtəchizat" MMC tərəfindən həyata keçiriləcək.
Yenisabah.az sözügedən MMC ilə bağlı araşdırma aparıb. Məlum olub ki, "Azərtibbtəchizat” MMC 2006-cı il fevralın 8-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı 34-dür. "Azərtibbtəchizat”ın qanuni təmsilçisi isə Rzabəyov İbrahim İdris oğludur. 
İbrahim Rzabəyovun atasının adı və soyadı uzun müddət müxtəlif vəzifələrdə işləmiş, prezident təqaüdçüsü İdris Rzabəyovun adı və soyadı ilə üst-üstə düşür. 
MSK-nın seçicilər siyahısında İdris Rzabəyovun qeydiyyatda olduğu ünvanda İbrahim Rzabəyovun adına da rast gəlinir. Bu, İbrahim Rzabəyovun məhz keçmiş məmur İdris Rzabəyovun oğlu olduğuna dair gümanları artırır. Həmçinin, keçmiş məmurun oğlunun Tibbi Universitetinin məzunu olması, tibb sahəsində fəaliyyəti də bu ehtimalı qətiləşdirir. 
Məlumat üçün deyək ki, İdris Rzabəyov 2002-2011-ci illərdə yeni yaranan Yanacaq-Energetika Nazirliyində (Energetika Nazirliyi) Aparat rəhbəri vəzifəsinin icraçısı, Yanacaq-Energetika Əməliyyatları Baş İdarəsinin rəisi, daha sonra nazirliyin neft və qaz şöbəsinin müdiri vəzifələrində işləyib.
Yaşına görə dövlət qulluğuna xitam verilməsinə baxmayaraq, indiyədək Energetika Nazirliyində  ictimai əsaslarla baş məsləhətçi-ekspert kimi fəaliyyət göstərir.
Onu da xatırladaq ki, İbrahim Rzabəyov tanınmış teleaparıcı Kamilə Babayevanın həyat yoldaşıdır.
Cümə axşamı, 12 Sentyabr 2019 00:48

Polis jurnalistlərə təzyiq göstərir - VİDEO

Yazan
Sentyabrın 11-də AXCP fəalı Ruslan Əmirli Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs cəzası alıb. 
O, xuliqanlıqda və polisin əmrinə tabe olmamaqda təqsirləndirilib.
Məhkəmənin qarşısında "Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə və jurnalistlərə zor tətbiq edilib.
Hazırladı: Vüqar Mirzəbəy
2 -dən səhifə 227

Günün videosu