Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. 
 
Arqument.Az xəbər verir ki, atışma nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub. Həmçinin 12 əsgərimiz şəhid olub. 
 
Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
 
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
 
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
 
Qeyd edək ki, Seysulan — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənddir. Seysulan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Seysulan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Seysulan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşdiyinə görə burada əhali yaşamır.
 
Seysulan kəndi Azərbaycan Ordusunun 2 aprel 2016-cı il tarixdə erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı ermənilərdən tam təmizlənib.
 
Arqument.Az xəbər verir ki, hadisədən dərhal sonra "vikipediya"da Seysulanla bağlı dəyişiklik edilib. Belə ki, vikipediya yenilənərək məlumat bazasına, "Seysulan kəndi Azərbaycan Ordusunun 2 aprel 2016-cı il tarixdə erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı ermənilərdən tam təmizlənib" cümləsi də əlavə edilib. 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının strukturu, iş fəaliyyəti  və əsasən qrant ayrılan QHT-lərin sayı ilə bağlı ciddi dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.

Bizimxeber.az-a daxil olan məlumata görə, qrant alan QHT-lərin fəaliyyəti və ayrılan pulun aidiyyatı üzrə xərclənmədiyi və onlara nəzarətin olunmadığı müəyyən hökümət dairələrində ciddi müzakirə mövzusuna cevirilib. 

Ölkənin çətin maliyyə problemləri ilə üzləşdiyi bir zamanda QHT-lərə ayrılan qrantların hara xərcləndiyi və qrantları hansı QHT-lərin aldığı araşdırlmalıdır. Bizimxeber.az-a daxil olan məlumatda həmşçinin bildirilir ki, əksər QHT-lərin yalnız kağız üzərində adı var onlar ildə iki dəfə külli miqdarda qrant alır. Bu faktlar ciddi şəkildə araşdırılacaq.

 

Qeyd edək ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri millət vəkili Azay Quliyevdir.

İkili vətəndaşlığı olan Qulam Ələkbərov ölkədən qaçmalı olub, onun hüquqlarını Aleksandr Karapetyan qoruya bilər

Nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamlarından biri kimi tanınan Qulam Ələkbərovun həbsi gündəmə gəlib. Mötəbər mənbələrdən AZERiNEWS.ORG -a daxil olan məlumata görə, nəqliyyat nazirinin "sağ əli" kimi tanınan Ələkbərovun ikili vətəndaşlığı və kriminal aləmlə əlaqələrinin üzə çıxması onun "bitirilməsi"nə rəvac verib. 

Beləki, həm Azərbaycanın, həm də Ukraynanın vətəndaşlığını daşıyan, qanunvericiliyə zidd olaraq, ölkədə bizneslə məşğul olan bu şəxsin fəaliyyəti son günlər mediada təsadüfən gündəmə gəlməyib. Dövlət qurumlarında yaxın adamlarını yüksək vəzifələrə təyin etdirərək, onlara "krişa"lıq edən Ələkbərovla bağlı sensasion məlumatlar yayılıb. Bundan başqa Qulam Ələkbərovun erməni əsilli iş adamı ilə ortaq olması barədə iddialar da mediada yer alan xəbərlər sırasındadır. 

Dneprepetrovskda tikinti və montaj işləri ilə məşğul olan K.A.S. LTD firmasının əsl sahibi Azərbaycan vətəndaşı Q.Ələkbərovdur. Dnepropetrovsk.glo.ua saytında göstərilir ki, firma Lenin rayonu, L.Şmidt küçəsi, 13-də yerləşir. Həmin firmaya hüquq xidmətini isə Kiyevdə, Lesi Ukrainki bulvarı, ev 34-də yerləşən “Tsentralnıe BTI” hüquq firması göstərir. Bu firmanın sahibi erməni Aleksandr Karapetyandır. Bu, Qulam Ələkbərovun Ukraynada erməni tərəfdaşları ilə bağlı ilk fakt deyil. Onunla bağlı daha ilginc məlumatlar yayılmaqdadır. 

Azerinews.org-a verilən informasiyada oda bildirilir ki, onun biznes-partnyoru “Omeqa İnvestkom” şirkətinin rəhbəri Eduard Bağdasaryandır. Bağdasaryan, həm də Dneprepetrovsk şəhər sovetinin deputatıdır. O, Dneprepetrovsk şəhər sovetində “erməni soyqırımı”nı tanıyan qətnaməyə dəstək verənlərdən biridir. 

Bundan başqa, Ələkbərovun Ukraynda xeyli sayda kriminal aləmlə əlaqəsi olan şəxslə əlaqəsi var. Bütün bunlar isə Ziya Məmmədova yaxın olan Ələkbərovun sonunu yaxınlaşdırıb. Məhz bu üzdən də Ələkbərov həbs təhlükəsindən yayınmaq üçün bir müddət ölkəni tərk etmək məcburiyyətində qalıb.

Mənbə onuda bildirir ki, yaxın günlərdə Qulam Əlkəbərovu ciddi sürprizlər gözləyir. Onun vəzifədə olan yaxın adamlarının da sıradan çıxarılması qaçılmazdır. 

Qarşı tərəfin də mövqeyni dərc etməyə hazırıq.

Azərbaycan xalqından oğurlanmış milyonlar hesabına SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev və dayısı oğlu, SOCAR Trading SA şirkətinnin rəhbəri Anar Əliyevin İngiltərədə bir neçə dəbdəbəli mülk aldıqları iddia olunur.

Ötən gün 37 Azərbaycan vətəndaşlarının London şəhərində mülk sahibi olması ilə bağlı virtualaz.org saytında məlumat dərc olunmuşdu. Həmin məlumatda qeyd olunurdu ki, Britaniya hökümətinin antikorrupsiya fəallarının apardığı kampaniyanının nəticəsində Londonda xarici ölkə vətəndaşları tərəfindən ofşor şirkətlər vasitəsilə alınmış 100 minə yaxın mülkün kimlərə məxsus olması açıqlanıb. Britaniya mediası yazır ki, mülkləri açıqlananlar arasında keçmiş sovet respubilkalarından da çoxsaylı oliqarxların və zənginlərin adları yer alıb. Hesablamalara görə həmin mülklərin alınması üçün cəmi 40 mindən yuxarı offşor şirkətdən istifadə olunub və 200 milyard funt-sterlinqdən çox vəsait xərclənib. Mülk alan oliqarxların içərisində 37 Azərbaycan vətəndaşının olması isə o qədərdə təəccüblü deyil. Çünki ölkə mətbuatında dəfələrlə verilən məlumatlarda qeyd olunub ki, Azərbaycanlı məmur-oliqarxlar Londonda övladlarının, ailə üzvülərinin adlarına qiyməti milyonlarıa ölçülən mal-mülk alıblar.

Özəl mənbələrdən daxil olan məlumata görə London şəhərində mülk alan 37 Azərbaycanlı arasındakı şəxslərdən biri SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev və ARDNŞ prezidentinin, dayısı oğlu Azərbaycan neftinin Amerikada makleri rolunda çıxış edən, əslində isə Azərbaycan neftinin ikinci əldən satışını həyata keçirib Azərbaycan dövlətinin külli miqdarda ziyan görməsinə səbəb olmaqla yanaşı Rövnəq Abdullyevə və özünə milyonlar qazanan, həmçinin Rövnəq Abdullayevin ofşor şirkətlərinin nəzarətçisi, onlara rəhbərlik edən Anar Əliyevdir. Qeyd edək ki, SOCAR Trading SA şirkətinnin Anar Əlieyvə məxsus olması və bu şirkət vasitəsi ilə Azərbaycan neftini ikinci əldən sataraq milyonlarla dollar qazanc əldə olunması barədə mediada dəfələrlə məlumatlar yer verilib.

Bildirək ki, Anar Əliyevin adı uzun müddətdir ki, Azərbaycan neft pullarının xaricdə silinməsi, Rövnəq Abdullayevin biznesini idarə etməsi adı ilə mətbuatın gündəmindədir. Onun Rövnəq Abdulayevin dayısı oğlu olduğu və SOCAR-da qardaşının, qohumlaırnın yüksək vəzifə sahibi olduğu deyilir. Saytıfmıza daxil olan məlumatda qeyd olunur ki, Anar Əliyevlə Rəşad Abdullayev London şəhərində aldıqlaırı mülklərə milyonlarla dollar xər çəkiblər. Və bu milyonlar təbii ki, Azərbaycan xalqından oğurlanmış milyonlardır.(azfakt)

Məsələ ilə bağlı araşıdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Yardımlı rayonu 1930-cu il rayon statusu alıb, 88 yaşayış məntəqəsindən ibarətdir, 62387 nəfər əhalisi var. Ölkənin ən ucqar və dağ rayonlarından biridir. Dağlarla əhatələnmiş Yardımlının yeganə çıxışı Masallı rayonudur. Yardımlını qonşu İranla tikanlı sərhəd məftilləri qoruyur.
 
Bu rayonda əhalinin sosial rifah və yaşayış səviyyəsi ən aşağı həddədir. Zəngin təbiəti olsa da, ən baxımsız rayon hesab etmək olar. İnsanları çox əzab və çətinlik içində yaşayır. Əhalinin böyük əksəriyyəti ölkənin digər rayonlarında, xüsusən paytaxt Bakıda və Rusiyanın müxtəlif şəhərlərində fəhləlik edir.
 
Yardımlıda əhalini bir çox çətinliklə süni şəkildə üz-üzə qoyurlar. Belə çətinliklərdən ən böyüyü isə rayonda notarial kontorun olmamasıdır. Bu barədə Yardımlı rayon sakini Xeber.İnfo-a məlumat verib. Əhali bu xidmətdən istifadə etmək üçün Masallıya getməlidir. Əvvəl həftənin birinci günü Yardımlıda notarus xidməti göstərilirdi. İndi bir günü də çox gördülər.
 
Şikayətçi deyir ki, Yardımlının ən ucqar kəndində yaşayırıq. Şəxsiyyət vəsiqəmin kopyasını təsdiqləmək üçün deyirlər mütləq Masallıya (ən yaxın rayon kimi) getməlisən. Çox çətin yaşayan və sosial problemləri boğaza qədər olan rayonda bu hal ciddi problemə çevilib. Bu qədər əhalisi olan rayonda niyə notarial kontor yoxdur? 
 Xeber.İnfo şikayət əsasında internet üzərindən araşdırma aparıb. www.justice.gov.az saytında rayon notarial kontorlarının siyahısı verilib.

Həmin siyahıda belə bir bölmə də var. Lakin qeyd olunan nömrə heç təyin olunmayıb.

YARDIMLI RAYONU DÖVLƏT NOTARİAT KONTORU
Dövlət notariusu vəzifəsini icra edən: Mircavadov Cavid Fəxrəddin oğlu;
Telefon: (02520) 5-28-76;
Ünvan: Azərbaycan küçəsi 100;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 10:00-19:00;
Fasilə: 14:00-15:00;
İstirahət günləri: VI-VII

Yardımlı sakini on minlərlə yardımlılıların adından müvafiq orqanlardan bu məsələnin araşdırılmasını və problemin aradan qaldırılmasını istəyir.

Xeber.İnfo

 

Xeber.İnfo-nun müsahibi ictimai-siyasi həyatında fəal Rəşad Hüseynovdur

-         Son zamanlar ölkədə müxtəlif peşə sahiblərinin həbs edilməsinə şahid oluruq. Nə baş verir?

-         Hər kəsə aydındır ki, bu həsblərin əsas motivi saxta ittihamlardır. Hətta hüquq müdafiəçilərinin də saxta ittahamlarla həbsə salındığının şahidi oluruq. Bu məhbusların arasında ağır xəstələr, şəkər xəstəliyindən əziyyət çəkən şəxslər də var. Bu cür insanların təcridxanada saxlanılması Azərbaycanın heç bir  qanununa, Azərbaycanın qoşulduğu  İnsan Haqları Konvensiyasına uyğun deyil. Azərbaycanda söz azadlığı, insan haqqları o qədər sürətlə tənəzüllə uğrayır ki, bu sahədə tanınmış və peşəkar vəkil İntiqam Əliyev də həbsə salınıb. İntiqam Əliyev Azərbaycanın ən yaxşı hüquqşünasıdır, ən yaxşı vəkilidir. Onun vəkilliyi ilə Azərbaycandan çoxsaylı işlər Avropa Məhkəməsinə göndərilib. İntiqam Əliyev o qədər peşəkar vəkildir ki, o qədər əsaslandırılmış işlər hazırlayır ki,  onların hamısı Avropa Məhkəməsi tərəfindən qəbul olunur.

-         Hazırda Azərbaycanda neçə siyasi məhbus var?

-         Siyasi məhbusların sayını həbslərindən öncə Leyla Yunus və Rəsul Cəfərov siyahıları birləşdirərək müəyyən edib. Birləşdirilmiş siyahıda 98 nəfər barədə razılığa gəlinmişdi. Amma onların razılığından sonra özləri tutuldu bu siyahı 100 oldu. Sonra İntiqam bəy tutuldu 101 oldu, sonra Müsavat rayon təşkilatının sədri tutuldu 102 oldu, sonra narkotik ittihamı ilə Sabirabadda Murad Ədilov tutuldu və 103 oldu. Görürsünüz, son on gün ərzində siyahı şişə-şişə gedir. Azərbaycan hökumətinin məqsədi cəmiyyəti susdurmaqdır.

-         Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsi ilə bağlı müraciətlərə əhəmiyyət vermir. Bunu necə qiymətləndirirsiniz?

-         Bu adamların həbsi o qədər açıq xarakter daşıyır ki, buna hər hansı don geyindirmək mümkün deyil. Haradasa vergi yayınması varsa, bu təşkilatlar on illərlə hesabatlar veriblər. Gərək onlar hesabat verəndə nöqsanlar göstəriləydi ki, problem var. Təşkilatlara xəbərdarlıq edilməli idi, bunların heç biri olmayıb. Məni narahat edən məsələ ondan ibarətdir ki, bu günləri prokurorluğun, Milli Təhlükəsizlik, Daxili İşlər Nazirlilərinin tərkibinə daha bir güc strukturu əlavə olunub, bu da Vergilər Nazirliyidir. Adamların, qeyri hökumət sektorunun Vergilər Nazirliyinin əli ilə boğulması  elə də yaxşı əlamət deyil.

                   Xeber.İnfo,

"Artıq 4 gündür Biləcəridə qaz yoxdur. Aidiyyatı qurumlar limitin bitdiyini deyir”. Bu sözləri Binəqədi rayonu Biləcəri qəsəbəsi Fizuli küçəsinin sakinləri Xeber.İnfo-a bildiriblər. Sakinlər 4 gündür qaz olmadığını deyirlər: “İcra hakimiyyətinə, qaz idarəsinə zəng vururuq, lakin normal cavab verən yoxdu. Bizə deyirlər ki, qazın verilməməsi, yaxud təzyiqin çox aşağı olması bizlik deyil, “Azərqaz”ın verdiyi limit budur”.

 

İş vaxtı bitdiyi üçün qaz idarəsi ilə əlaqə saxlaya bilmədik, lakin mövzunu diqqətdə saxlayacağıq.

Xeber.İnfo

"Demokratiya uçün Avrointeqrasiyaya Dəstək” İctimai Birliyinin sədri Mətləb Balakişiyev: təşkilatların mövcud siyasi-ictimai durumuyla bağlı suallarımızı cabaladırdı.

 - Mətləb bəy, Azərbaycanda sosial-ictimai təşkilatların durumunu necə analiz edirsiniz?

– Çox təəssüflə qeyd etmək lazımdır ki, ölkədə vətəndaş cəmiyyətinin durumu olduqca ağırdır. Yəni, faktiki olaraq hökumət vətəndaş cəmiyyətinə, xüsusilə Qeyri-Hökumət Təşkilatlarına siyasi rəqib kimi baxır. Həm yerli, həm də beynəlxalq ictimaiyyətə məlumdur ki, Azərbaycanda siyasi müxalifət sıradan çıxarılmış vəziyyətdədir. Buna görə də hökumət Vətəndaş Cəmiyyəti İnstitutlarının güclənməsindən qorxaraq onları zəiflətmək üçün öz rıçaqlarından istifadə etməyə qərar vermişdir. Buna görə də 2014-cü ildən başlayan vergi yoxlamaları, açılan cinayət işləri, həbslər və s. təşkilatları bir anda qeyri-müəyyən vəziyyətə saldı. Bundan sonar artıq QHT-lər sözün əsl mənasında müstəqil fəaliyyət göstərməkdə çətinlik çəkməyə başladılar. Bir qrup QHT-lər isə öz fəaliyyətlərini dövlətin dəstəklədiyi layihələri çərçivəsində reallaşdırmağa çalışırlar. Bu isə birmənalı qəbul edilmir. Belə ki, dövlət büdcəsindən ayrılan vəsaitlə fəaliyyət göstərən hər hansı təşkilatın ictimai maraqları müdafiə edəcəyi şübhə doğurur. Hökümətin vətəndaş cəmiyyətinə qarşı son illərdə apardığı siyasətin bir adı var. Alternativ fikir olmamalıdır.  “Alternativ fikir” olmayan cəmiyyətlər sürətlə uğursuzluga dögru gedir..

- Zəhmət olmasa deyin görək əsas çətinliyi nədə görürsünüz, çünki, hökumət tərəfi də iddia edir ki, QHT-lərin bir çoxu vergidən yayınırdı, siyasi dəstək alırdı və s.?

Əslində bu iddialar atılan addımlara haqq qazandıran bəhanələrdir. Çünki, QHT-lər faktiki olaraq öz fəaliyyətləri barəsində vergi, maliyyə, statistika hesabatları verirlər. Digər tərəfdən də, əgər siyasi fəalyyətlə məşğul olan QHT varsa, o təşkilata görə digərlərini sıradan çıxarmaq nəyə lazımdır? Belə ki, sıxışdırma ayrı-ayrı şəxslərlə yekunlaşmamış, bütövlkdə QHT-lərin fəaliyyəti haqqında qanunvericilik dəyişdirilmişdir. Yəni hökumət öz iddiasında əslində özünü gücsüz göstərir. Hansısa “siyasi fəaliyyətin” qarşısını alaq məqsədilə  dövlət lazımi şəxsləri cəzalandırmaq əvəzinə bütün vətəndaş cəmiyyətini sıradan çıxarır. Qanunların bu fomada olması QHT-lərin fəaliyyətini əslində tam məhdudlaşdırmış edir.

 

- Vətəndaş cəmiyyətinin bir üzvü kimi sizin fəaliyyətiniz hansı səviyyədədir və nə kimi addımlar atmaq olar ki, vəziyyət dəyişilsin?

– Bizim Demokratiya uçün Avrointeqrasiyaya Dəstək İctimai Birliyinə dəfələrlə Ədliyyə Nazirliyi imtina cavabı verib. Qeyd edim ki, bu qanunauyğun olmamaqla yanaşı, həm də, Azərbaycanda QHT-lər üçün çoxdankı problemdir. Biz təşkilatımızın qeydiyyatı üçün artıq məhkəməyə müraciət etmişik. Əslində hökumət iradə nümayiş etdirərək tez bir zamanda problem aradan qaldıra bilər. Digər tərəfdən vətəndaş cəmiyyəti öz mübarizəsindən çəkinməyərək müqavimət göstərməlidir. 

Xeber.İnfo

Rövşən Bəşirov: "Ölkənin gələcəyi qaranlıq səma ilə əhatələnib..."

Xeber.İnfo-nun müsahibi ictimai-siyasi fəal Rövşən Bəşirovdur.

-         Avropadan Azərbaycan nece görnür,  ilkin diqqəti cəlb edən nələrdir?

-         Azərbaycanı hər hansı bir Avropa ölkəsi ilə müqayisə eləmək mümkün deyil. Arada çöx böyük fərq var. Oxşarlığa gəldikdə isə, nəsə oxşar cəhət tapmaq xeyli çətinləşir. Kifayət qədər, gözəgirəcək səviyyədə fərqlər mövcuddur. Azərbaycan iqtisadiyyatı (iqtisadiyyatsızlığı) ilə Avropnın  inkişaf etməkdə olan iqtisadiyyatını necə müqayisə eləmək olar? Azərbaycanda yumurta yığmaq üçün karton belə istehsal olunmur, neftin pulları sayəsində yol çəkilirsə, buna iqtisadiyyat demək olar?  Əmək haqqlarına baxaq. Avropada 2000 evrodan aşağı əmək haqqı yoxdu. Bu da təqribəm 4000 manata yaxın məbləğ deməkdir. Azərbaycanda isə minimum əmək haqqı 123 manat civarındadır. Ölkə başçısı iddia edir ki, iqtisadiyyatımız 500 faiz inkişaf edib 4, 5 dəfə artıb. Lakin fakt göstərir ki, Azərbaycan vətəndaşı avropalıdan təqribəm 40 dəfə az əmək haqqı alır. Azərbaycan heç bir təbii sərvəti olmayan Ermənistandan geridə qalır. Tibbi sogortanı nümunə göstərə bilərik. Azərbaycan vətəndaşı xəstələnirsə, pulu olmadığı halda ölməlidir. Bu kimi hallar vətəndaşla dövlət və xüsusən hakimiyyət arasında güvənsizlik yaradır. Vətəndaş heç bir halda dövlətə və hakimiyyətə etibar eləmir. Avropa insanı isə bütün halda vətəndaşı olduğu dövlətinə inanır. Birsözlə avropalı ilə dövlətini güclü, qırılmaz güvənc telləri bağlayır. Bu mənada avropalı ilə azərbaycanlının ümidləri fərqlidir. Azərbaycan vətəndaşı sabaha çörək tapa biləcəyinə, övladının qarnını doyurda biləcəyinə ümidsiz olduğu halda, avropalı ən uzaq arzusunu, xəyallarını reallaşdıracağına ümidlidir. Avropalı bütün mənada istədiyini alır, azərbaycanlı isə uşağı üçün ən ucuz oyuncağı almaq iqtidarında deyil. Buna görə də Çin istehsalı olan yararsız şeylər Azərbaycan bazarlarını “bəzəyir” .  Avropalı istədiyinə nail ola bilər, Azərbaycanda isə insanlar istedadlarını göstərməyə belə acizdirlər.

-          Avropa ilə Azərabcyanı fərqləndirən əsas cəhtələr nədir?

-         Azərbaycan neft ölkəsidir, neftin hesabına ölkəyə milyonlar gəlir. Lakin Azərbaycan vətəndaşının həyat səviyyəsi çox aşağıdır. İnsanlar yaşamaq üçün ölüm-dirim mübarizəsi aparırlar. Bir parça çörək üçün Rusiyanın müxtəlif şəhərlərinə və digər ölkələrə səpələniblər. Ölkənin gələcəyi qaranlıq səma ilə əhatələnib, ümidsizlik höküm sürür, vətəndaşlar xilas yolunu başqa yerlərdə arayırlar.

-         İnsanların fərqli cəhətləri nədir?

-         Dediklərim hamısı insanların düşüncə və dünyagörüşlərinə təsir edir. Bu qədər fərqlilikdə əlbəttə ki, avropalı ilə azərbaycanlının düşüncəsi eyni ola bilməz. Yaşayış səviyyəsi və həyata baxış tərzi tam fərqlidir

-         Sizcə Avropa dəyərlərinin əsas üstünlüyü nədir?

-         İnsanlar sözün əsil mənasında azaddır. Bütün hüquqlar dövlət tərəfindən qorunur, azadlıqlar təmin edilir. Yüksək iqtisadi potensial və sabitlik mövcuddur. Təbii ki, yüksək həyat tərzi göz önündədir. Bütün bunların fonunda işlək qanuni mexanizm dayanır. Qanunun aliliyi tam mənada təmin edilib. Avropanı inkişaf edən xətt üzrə qabağa aparan əsas səbəb qanunun hamı üçün eyni olması və aliliyidir. 

Xeber.İnfo

“QHT-lər hakimiyyətin yarıtmaz siyasətinə həqiqət donu geyindirməklə məşğul olurlar ”

Xeber.İnfo-nun müsahibi ictimai-siyasi fəal Mətləb Balakişiyevdir 

-         İnkişaf eləmiş ölkələrdə vətəndaş cəmiyyətinin ayrı-ayrı nümayəndələri hökumətə nəzarət edir. Azərbaycanda isə sanki vətəndaş cəmiyyəti mövcud deyil.

 -          Azərbaycanda mövcud hakimiyyət digər sahələr kimi vətəndaş cəmiyyətinin formalaşmasını da iflic edib. Vətəndaş cəmiyyəti deyəndə Qeyri Hökumət Təşkilatları (QHT) nəzərə gəlir. QHT-lər cəmiyyətin inkişafına və hökumətin siyasətinə ictimai nəzarəti təşkil etməlidirlər. Lakin Azərbaycanda tam əksini müşahidə edirk.  Büdcədən ayrılan milyonların silinməsində əhəmiyyətli rola sahib olan QHT-lər var, bir də hər şeydən məhrum edilmiş və həbslərə atılmış yaxud ölkədən didərgin düşmüş QHT-lər. Ancaq hökumətin yanlış siyasətini dəstəkləyən vətəndaş cəmiyyəti kimə lazımdı? Bunlar sanki sabun köpuyünü xatırladırlar. Hökumətə lazım olanda köpüklənirlər, sonra tez bir zamanda yoxa çıxırlar.

 -         Vətəndaş cəmiyyətinin inkişafı üçün nələr edilməlidir?

 -         Bu sahədə bütün maneələr aradan qaldırılmalıdır. Dövlət qeydiyyatından tutmuş ən xırda əngəllərə qədər sərbəstlik yaradılmalıdır. QHT-in dövlət qeydiyyatından keçməsi çox ciddi problemə çevrilib. Qeydiyyat siyasi filtir rolunu oynayır. Hakimiyyəti tənqid edəcək, yaxud sifarişlə işləməyəcək ehtimalı olan şəxslər təqib olunur, təşkilatlar qeydiyyata alınmır və qanunsuz təzyiqlərlə üzləşirlər. Elə təşkilat var ki, 10 ildir dövlət qeydiyyatından keçə bilmir. Cavabı isə çox sadədir - hakimiyyətdən hansısa formada öhdəlik götürmür.  Hakimiyyət bezdirici cavablarla cəmiyyətin aktiv fərdlərini uzaqlaşdırır, əks halda həbslərə qərəd təhdid edir. Vətəndaş cəmiyyətinin inkişafı üçün düşünən beyinlər üzə çıxmalı və heç bir sünii əngəllə rastlaşmamalıdırlar.   Hakimiyyət mütəqil QHT-lərə qarşı məhduiyyətləri “dövlət prinsiplərinə çevirlib”.  Hakimiyət müstəqil vətədaş cəmiyyətini “ciddi təhlükə” hesab edir.

 -         QHT sahəsində dövlətin xüsusi proqramı var və bu sahəyə kifayət qədər vəsait ayrılır.

 -         Bəli, bir qədər əvvəl dediyim kimi hökumət bu sahəni tam nəzarətə götürüb və büdcədən milyonlar xərcləyir ki, vətəndaş cəmiyyəti inkişaf eləməsin. QHT sektoru siyasi hakimiyyətin təbliğatını həyata keçirir. Kiçik araşdırma aparsaq hər şey aydın olar. Azı ildə iki dəfə büdcədən vəsait ayrılır və qrant müsabiqəsi keçirilir. Müsabiqədə qalib layihələrin əksəriyyəti beynəlxalq layihələrdir. Bu layihələr hansı effekti verib? Ancaq hakimiyyətin yarıtmaz siyasətinə həqiqət donu geyindirməklə məşğul olublar.  Bir faktı deyim, layihələri qalib olan QHT-lərin böyük əksəriyyəti 2015-ci ilin parlament seçkilərində namizdə olmuş və deputat seçilənlərin təbliğatı ilə məşğul oldular. Deməli bu təşkilatlara dövlət büdcəsindən ona görə qrant verirlər ki, lazım gəldikdə hakimiyyətin siyasi xəttini təbliğ etsinlər. Dövlət büdcəsi bu cür talan edilir. Bu vəsait lazım olar yerə xərclənsə əlbəttə ki, vətəndaş cəmiyyəti inkişaf edər.

Xeber.İnfo

 

 

218 -dən səhifə 227

Günün videosu