Təqribən sentyabr ayından ölkənin ictimai-siyasi həyatında hərəkətlənmə başladı. Sistem problemlərinə görə müxtəlif səpkili etirazlar - ayrı-ayrı vətəndaş qrupları, siyasi qurumlar, sosial şəbəkə fəalları tərəfindən daha açıq və sərt formada ifadə olunurdu. Hamı fəallaşmışdı və fəallaşdırılmışdı. Heç zaman siyasi gözləntisi olmayan xaricdə yaşayan vətəndaşların da xüsusi aktivliyi müşahidə edilirdi. Köhnəlmiş, gözyoran və ümidlər yaratmayan idarəetməylə yanaşı, fərqli geosiyasi təsirlərin də bu hərəkətlənmədə ciddi payı var. Məhz geosiyasi təsirlər nəticəsində xaricdə yaşayan müxtəlif imkanlı şəxslər də fəallaşıblar. Hakimiyyətin ənənəvi balanslaşma və geosiyasi tələbləri ötüşdürmə siyasətinin mexanizmləri də əvvəlki kimi işlək deyil. Bunun nəticəsində ortaya yeni problemlər çıxıb. Ermənistandakı hakimiyyət dəyişikliyi də ölkəmizə təsirsiz olmadı. Protest elektoratın yeni arzuları və gözləntiləri baş qaldırdı. Qarabağ danışıqlarında hakimiyyətin özgüvənli ritorikası ehtiyatlı bəyanatlarla əvəzləndi. Düşmən tərəfdə isə əksinə, maraqlı tərəflərin təzyiqi ilə provakativ açıqlamalar gəlməyə başladı. Yaranmış vəziyyət hakimiyyətin əleyhinə olan yeni təhlilləri də meydana gətirdi. Hakimiyyət daxilindəki kadr yenilənmələrinə açıq müqvimətlər və müxtəlif sabotajlar da cəmiyyətdəki hərəkətlənmənin səbəblərindən biridir. Yuxarıda sadaladıqlarımın təsiriylə yeni siyasi şərait formalaşdı. Ölkəsini ədalətli və rifah dövləti kimi görmək istəyənlərin arzusu gerçək islahatlardı. Bu islahatların baş tutması üçün hakimiyyətin iradəsi əsas şərtdir. Ardıyca buna reaksiya verə bilən, siyasi dialoqa hazır tərəflərin formalaşması gəlir. Satın almaq yox, dialoq etmək lazımdır, zəiflətmək yox, gücləndirmək lazımdır, qarışdırmaq yox, arındırmaq lazımdır. Çox təəssüf ki, yaranmış fürsəti hələlik qaçırırıq, boşuna zaman itiririk. Yaranmış ajiotaj hakimiyyətin cəmiyyətə yönəlik jestləri və müxalifətə yönəlik provakativ fəaliyyətləriylə müvəqqəti olaraq yatırıldı. Yəni ki, islahat adıyla müəyyən kosmetik yeniliklər edildi, apolitik təsirlər önləndi. Siyasi təsirləri neytrallaşdırmaq üçün müxalifətin içərisindəki məqam dəllallarına şərait yaradaraq, iyrənc mənzərə ortaya çıxardılar. Məqsəd cəmiyyətə iqtidarın alternativsizlik görüntüsünü təqdim etmək idi. İndi hamı bir-birinin söyür, səsini yazır, satır, gözdən salır. İstisnalar isə var, zamanı gözləyir. Aydın siyasi baxış və hədəflərə ehtiyac yaranacaq. Növbəti mərhələdə.... Bu ajiotaj dönəmi özünü bitirən və yandıran müxalifət "qəhrəmanlarını" dəfn etdi. Yanılan iqtidar da unutmasın ki, gerçək islahatlar olmadan, uzun müddətə problemləri ötüşdürmək mümkünsüzdür.

Çərşənbə axşamı, 30 Aprel 2019 01:38

İmzalanacaq sazişlə bağlı Mövqe Sənədi hazırlanıb

Yazan

Avropa Birliyi ilə Azərbaycan arasında saziş imzalanacağı planlaşdırılır. Sazişlə bağlı müxtəlif fikirlər, münasibətlər var. Ümumilikdə böyük əksəriyyət sazişin imzalanmasını dəstəkləyir. Lakin müzakirə mövzusu belə bir hakimiyyətlə sazişin imzalanması məsələsidir. Avropada yaşayan azərbaycanlılar da düşünürlər ki, bəzi tələblər və şərtlər icra olunduqdan sonra saziş imzalanmalıdır. Bununla bağlı Mövqe Sənəd hazırlanıb. Xeberinfo.de həmin sənədi olduğu kimi təqdime dir: 

"Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında imzalanacaq Sazişlə bağlı

MÖVQE SƏNƏDİ

Bu sənədi imzalayan Avropa Birliyi ərazisində yaşayan azərbaycanlılar düşünürlər ki,

-        Azərbaycan Respublikasında demokratik dəyərlərin, insan hüquq və azadlıqların oturuşması, ölkədə hüquqi dövlətin və azad vətəndaş cəmiyyətinin qurulması və möhkəmlənməsi;

-        Azərbaycan Respublikasının sivil dünya ilə açıq, şəffaf, ardıcıl və stabil inkişafı şərtləndirən münasibətlərin qurulması;

-        Azərbaycan Respublikasının təbii resurslarından xalqın rifahı üçün istifadə olunması və ölkədə normal iqtisadi sistemin qurulması

naminə Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında hərtərəfli əməkdaşlıq Sazişin imzalanması bu gün Azərbaycan Respublikası üçün həyati əhəmiyyət kəsb edir və bu Saziş Azərbaycan Respublikasında ən azı aşağıdakı məsələlərin təxirəsalınmaz həllini nəzərdə tutmalıdır:

  1. 1.Azərbaycanda hakimiyyət bölgüsü ilə bağlı

Azərbaycan Respublikası 1969-cu ildən etibarən bir ailə (Əliyevlər) tərəfindən idarə olunur. 1969-1982 və 1993-2003-cü illərdə ata Əliyev, 2003-2019-cu illərdə isə oğul Əliyev sərt diktatura formasında ölkəni yönləndirir. Azərbaycan Respublikasının Konstitusiyası saxta referendumlar təşkil edilməklə son 25 ildə 3 dəfə oğul Əliyevin istək və arzularına uyğun yazdırılıb. Ölkə parlamenti (Milli Məclis) tam tərkibdə prezidentin nəzarəti altındadır. Ölkədə müstəqil məhkəmə hakimiyyəti yoxdur və o, prezidentdən asılı vəziyyətdədir. Hakimiyyətin hər üç qolu: qanunverici, icra və məhkəmə hakimiyyəti birinci ailə tərəfindən mənimsənilib və ölkədə mütləqiyyətə əsaslanan bir rejim hökm sürür.

  1. 2.Seçkilərlə bağlı

Ölkədə seçki institutu işləmir. Ata və oğul Əliyevlərin hakimiyyəti dövründə keçirilən bütün və hər növ seçkilər (bələdiyyə, parlament və prezident seçkiləri) bu illər ərzində saxtalaşdırılmışdır. Ata və oğul Əliyev öz hakimiyyətlərinə hər dəfə saxta seçkilər vasitəsilə qanuni don geyindirməyi bacarıblar. Xalqın seşkilər yolu ilə öz iradəsini ifadə etmək hüququ onun əlindən faktiki olaraq alınıb. Sekilər ərəfəsində ölkədə seçki şousu qurulsa da, hamı bilir ki, parlamentə və bələdiyyələrə üzvlər təyinatlıdır. Parlamentə prezidentin razılığı olmadan kimsə düşə bilməz. Ölkədə seçki keçirilməsinə məsul olan struktur - Mərkəzi Seçki Komissiyası tam tərkibdə prezidentin nəzarəti altındadır. Qanunvericilikdə proporsional seçki sistemi ləğv edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda seçki pozuntuları ilə bağlı yüzlərlə işə baxıb və hökuməti cərimələyib.

  1. 3.Siyasi məhbuslarla bağlı

Beynəlxlaq hüquq müdafiə təşkilatlarının hesabatlarına görə, ölkədə hazırda siyasi mövqeyinə görə 100-dən artıq məhbus var. İki ay əvvəl onların sayı 160 nəfər idi. Siyasi məhbus sayına görə Azərbaycan post-sovet ölkələri arasında liderdir.

  1. 4.İşgəncə faktlarıla bağlı

Azərbaycanda Cəzaçəkmə Müəssisələrində, müvqqəti saxlama kameralarında və xüsusən polis bölmələrində yüzlərlə igşəncə faktları qeydə alınır. Polis bölmələrində işgəncə nəticəsində ölüm hallarının baş verməsi ölkədə adi qarşılanır. Son aylarda Qazax, Gəncə, Şirvan, Lənkəran, Xəzər polis bölmələrindəki ölüm hallarını göstərmək olar. İşgəncələrə daha çox şübhəli şəxs qismində saxlanılan şəxslər məruz qalırlar. Burda da məqsəd həmin şəxslərə etmədikləri cinayəti etiraf etdirməkdir. Siyasi motivlərə görə. həbs olunanlar isə bütün həbs boyu daim işgəncə altında olurlar. Son aylar şərti adı “Gəncə İşi“ olan hadisəyə görə, 70-dən çox şəxs həbs olunub. Onların çox dəhşətli işgəncələrə məruz qoyulmasıyla bağlı faktlar mövcuddur. Həbsxanalarda vəziyyət dözülməz dərəcədədir. Burada elementar qaydalara riayət olunmur.

  1. 5.İfadə azadlığıla bağlı

Müstəqil mətbuat rejimin təzyiq və basqıları nəticəsində sıradan çıxarılıb. Bir dənə də azad qəzet çap olunmur, müstəqil saytların böyük əksəriyyəti məhkəmə qərarları ilə bloklanıb. Sosial mediada siyasi hakimiyyət haqqında tənqidi fikir paylaşan blogerlər, müxaliflər həbs olunurlar. Bu gün Seymur Həzi, Əfqan Muxtarlı və digər onlarla jurnalist peşə fəaliyyətlərinə görə həbs olunublar.. Elmar Hüseynov, Rasim Əliyev, Mehman Qələndərov, Novruzəli Məmmədov isə rejim tərəfindən öldürülən jurnalistlərin və blogerlərin siyahısında yer alırlar. Ölkədə azad media əvəzinə “məddah jurnalistika“ formalaşdırıb. Hər il dövlət büdcəsindən hökuməti tərifləyən və ona yaltaqlanan heç kimin oxumadığı bir neçə qəzetə milyonlarla vəsait ayrılır. Hökumət televiziya kanallarını da tam nəzarətə götürüb. Hətta Azərbaycan Dövlət Televiziyası (AzTv) və İctimai Televiziyada (İTV) ictimai maarifləndirici, yaxud siyasi, vətənpərvər, elmi və bu kimi cəmiyyətə faydalı proqramlara rast gəlmək mümkün deyil. Sosial şəbəkələrə də çox ciddi nəzarət mövcuddur. Hökuməti tənqid edən status sahibləri dərhal təqib olunur, həbs təhlükəsinə qədər üzləşirlər.

  1. 6.Sərbəst toplaşma azadlığıla bağlı

Azərbaycanda sərbəst toplaşma azadlığı təmin edilmir. Hökumət bu azadlığı tam məhdudlaşdırıb. Son üç ayda, müxalifət qüvvələri təqribən 11 dəfə Bakı Şəhər İcra Hakimiyyətinə aksiya keçirmək üçün müraciət edib. Lakin heç bir əsas göstərilmədən aksiyalara icazə verilməyib. Hökumət zorla və qeyri-qanuni vasitələrlə vətəndaşların hər növ etirazının qarşısını alır, həbs və digər təhlükələrlə insanları qorxu içində saxlayır. Etiraz aksiyalarında iştirak edən vətəndaşlar polis tərəfindən təqib olunur, işləyirlərsə, işdən qovulurlar. Hakimiyyət həm etiraz aksiyalarına icazə verməməklə, həm də insanlara təhdid və təzyiq etməklə sərbəst toplaşma azadlığını məhdudlaşdırır.

  1. 7.Korrupsiya ilə bağlı

Ölkədə oturuşmuş rüşvət və korrupsiya mexanizmi mövcüddür. Təbii ki, korrupsialaşmanın başında prezident və onun ailəsi dayanır. Əliyev ailəsinin hər bir üzvü milyardlarla ölçülən varidata sahibdirlər. İlham Əliyevin qızlarının və oğlunun Avropa ölkələrində, Dubayda və Rusiyada dəyəri milyonlar olan mülkləri var. Bu barədə dəfələrlə dünyanın nufuzlu mətbu orqanları reportajlar yayınlayıb.Vəzifəsindən uzaqlaşdırılan məmurlar barədə bir qayda olaraq milyardlarla ölçülən varidatlar üzə çıxır. Ölkədə ordu, təhsil, səhiyyə kimi sahələr rüşvətin daha çox yayıldığı sahələr hesab olunurlar. Burada ən xırda işləri belə rüşvət vermədən yoluna qoymaq mümkün deyil.

  1. 8.Müstəqil məhkəmə hakimiyyəti və vəkillik institutula bağlı

Hakimiyyət məhkəmələrdən siyasi rəqiblərini əzmək və zəiflətmək üçün istifadə edir. Məhkəmələr hakimiyyətin “cəza maşını” hesab olunur. Məhkəmələr tək siyasi motivli işlərdə deyil, hətta ən adi boşanma və aliment işlərinə baxış zamanı ciddi ədalətsizliyə yol verirlər. Onlar ya hakimiyyətin siyasi sifarişinə uyğun, ya da rüşvət qarşılığında qərar çıxarırlar. Ölkədə vəkillik institutu sıradan çıxarılıb. Siyasi mövqeyinə görə, həbs olunan vətəndaşlar hüquqi yardımdan məhrum olur və müdafiəsiz qalırlar. Vəkillər Kollegiyası hökümətin tam nəzarətindədir. Siyasi fəaliyyətinə, yaxud hansısa məmurun qəzəbinə tuş gəldiyi üçün həbsə atılan şəxsləri müdafiə edən vəkillər o qurumdan uzaqlaşdırılır və bəzi hallarda hətta məsuliyyətə də cəlb edilirlər. 10 milyon əhalisi olan ölkədə təqribən 750 vəkil çalışır.

  1. 9.Dağlıq Qarabağ konfliktilə bağlı

Azərbaycan Respublikasının ən ciddi problemlərindən biri də ölkənin ərazi bütövlüyü və onun bir hissəsinin işğal olunması ilə bağlıdır. Ölkənin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətraf rayonları Rusiyanın dəstəyilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 1988-ci ildən başlayan müharibə nəticəsində 1992 və 93-cü illərdə Azərbaycanın 10 şəhər və rayonu və ərazisinin 20 faizi işğal olunub. 1994-cü ildən bu problemin həlli ATƏT-in Minsk Qrupuna (Rusiya, Fransa, ABŞ) tapşırılıb. Lakin bu günə qədər nəticəsiz danışıqlar aparılır. Azərbaycan xalqı və ictimaiyyəti bu problemi dünyanın sivil hüququ və Avropa Birliyi hüququnun prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü və Dağlıq Qarabağa Avropa standartları çərçivəsində özünüidarə hüququnun verilməsi çərçivəsində həllinə tərəfdardır və Avropa Birliyindən belə bir ədalətli mövqe gözləyir.

  1. 10.İqtisadi sistem və sosial vəziyyətlə bağlı

Ölkədə normal iqtisadi sistem yoxdur, ölkə iqtisadiyyat enerji resursların xammal satışı əsasında bərqərardır, o, neft və qazdan asılı vəziyyətdədir. İşsizlik, yoxsulluq, vətəndaşların səfil günə düşməsi də hakimiyyətin yarıtmaz siyasətinin nəticəsidir. Orta əməkhaqqı və təqaüdlər 150-250 dollar civarında dəyişir. İşsiz qalan vətəndaşların əksəriyyəti Rusiyaya və digər ölkələrə üz tuturlar.

Yuxarıda qeyd edilənlərdən çıxış edərək, Biz – Avropa Birliyində yaşayan azərbaycanlılar tələb edirik ki, Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında bağalanan Saziş aşağadakı şərtlər nəzərə alınmaqla imzalasın:

  1. Azərbaycan Respublikasında hakimiyyətin bölgüsü prinsipinin təminilə bağlı islahatlara başlanılsın;
  2. Azərbaycan Respublikasında ədalətli və demokratik seçki mühitinin yaradılması üçün Mərkəzi Seçki Komissiyasının təşkili də daxil olmaqla seçki qanunvericiliyi yenidən işlənsin;
  3. Bütün siyasi dustaqlar dərhal sərbəst buraxılsın;
  4. İşgəncələrə son qoyulsun və işgəncə faktlarıyla bağlı dərhal araşdırma başlanılsın;
  5. İfadə azadlığıla bağlı bütün məhdudiyyətlər aradan qaldırılsın;
  6. Sərbəst toplaşma azadlığı qeyd-şərtsiz bərpa olunsun;
  7. Beynəlxlaq mətbuatda Azərbaycan Respublikasıyla bağlı gedən korrupsiya faktları araşdırılsın və xalqın vəsaiti ölkəyə qaytarılsın.
  8. Ölkədə müstəqil məhkəmə hakimiyyətinin mövcüdluğu və normal vəkillik institutunun formalaşması üçün islahatlar həyata keçirilsin;
  9. Avropa Birliyi Dağlıq Qarabağ konfliktini Azərbaycanın ərazibütövlüyü əsas götürülməklə beynəlxalq hüquq normaları əsasında qiymətləndirsin;
  10. Ölkədə xalqyönümlü normal iqtisadi sistemin bərqərar olunması üçün islahatlara başlanılsın.

Dərin hörmətlə:"

İmam Məhdi (s) barədə olan fikirləri üç qismə bölmək olar:

1- Məhdi söhbəti uydurmadır, nağıldır;
2- Məhdi haqdır amma hələ doğulmayıb;
3- Məhdi haqdır və aramızdadır. İlahi vaxtın çatmasını gözləyir.
Özünü müsəlman hesab edərək birinci bəndi iddia edənlər əslində Quranın 2-ci surəsinin 4-cü və 285- ci ayəsinə əsasən imansız hesab olunur. Çünki Məhdinin (xilaskarın) gəlişi Quranda öz əksini tapır. Quranın bəzi ayələrinin inkarı elə Quranın inkarı deməkdir.

Özünü müsəlman hesab edərək 2-ci bəndi dəstəkləyənlər Məhdini (s) təsdiq etsələr də özləri də bilmədən yaxud bilərəkdən Onun gəlişində özləri üçün böyük maneə yaradır. Belə ki, bir gün O gələrsə “Sən yalançısan, Məhdi hələ doğulmayıb” deməyə məcburdurlar. Bu cür düşünənlərdə Dəccal və onun geniş miqyaslı fitnələrini nəzərə alaraq Mehdi ilə Dəccalı səhv salmaq ehtimalları böyükdür. Onlardan “Bəs bu Məhdi nə vaxt doğulacaq? Biz onu haradan tanıyacağıq?” sualları soruşulduqda buna cavab verə bilmirlər. Yaxud da “Bəzi əlamətlər onun kimliyini bizə məlum edəcək” deyirlər. Axı həmin əlamətlərin onun kimliyini təsdiq etmək üçün Onun dünyaya gəlməsi vacibdir! Elə həmin əlamətlərdən bəziləri Dəccalı da tanınmasına şamil olub. Hələdə doğulacağını gözlədiyiniz, təsəvvürünüzdə hələ nütfəsi belə olmayan bir insan səhər bığlı-saqqallı bir kamil insan formasında Mehdi olduğunu iddia etsə bunu necə qəbul edəcəksiz?... (Aydın məsələdir ki, bu baxış çoxlarımıza məlum olan Peyğəmbərdən (s) sonrakı iyrənc siyasətin ortaya atdığı məsələdir. Mehdini inkar etmək mümkün olmadığına görə əhli-Beytə (ə) olan düşmənçilik səbəbindən məsələni qeyri-məlum bir zamana tullamışlar. Bu baxışın özündə də Quranın bəzi ayələrini və Allah Rəsulunun hədislərini qulaqardına vurma vardır)

Özünü Müsəlman hesab edərək üçüncü bəndi iddia edənlər isə həm Qurana, həm sünnəyə həm də ağıla müvafiq olaraq haqlıdır! 
Quran buyurur: “Biz kitabdan sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin varis olacağını yazmışdıq” (21/105). Aydın məsələdir ki, bu günümüzdə də hələ Allahın saleh bəndələri yer üzünə varis deyil. Yəni bu gələcəkdə olacaq. 
Hədis də buyrulur: “Peyğəmbər (s) buyurmuşdur: “Axır zamanda mənim Əhli-Beytimdən (ə) bir nəfər zühur edərək dünyanı ədalətlə dolduracaq. Hətta qiyamətə bir gün qalsa belə...”. Bu məzmunda hədislər olduqca çoxdur. Göründüyü kimi söhbət Əhli-Beytdən olan diri İsandan gedir.

Ağıl deyir: “Madam ki, Quran buyurur, hədislər buyurur və bu aləmin də sonu olmalıdır niyə də son xöşbəxt sonluqla bitməsin? Axı dünyada olan bu qədər ədalətsizliyə bir dur deyən olmalıdır. Həta biz görə bilməsək belə, dünya həyatında qlobal stimul verən bir ideya olmalıdır. Quranın vəd etdiyi bu varisliyin başında birnəfər rəhbər olmalıdır! Hədislər həmin rəhbərin Əhli-Beytdən olacağını deyir, Əhli-beytin də kimlər olması aydındır. Bu səbəbdən Əhli-Beytdən olan 11-ci İmamın övladı hazırda sağ olmalıdır. Hələ uşaq ikiən özünü təsdiq etməlidir. Mehdini tanıtdıran əlamətlərin müqəddiməsi bu zamandan yəni o doğulduğu andan başlamalıdır və sairə. 
Əziz dostlar Allah düşmənlərinin ilk işi Məhdəviyyatı insanların zehnindən silməkdir. Bəziləri isə asanlıqla bu cür tora düşür. Allah bizləri də Məhdini (s) görənlərdən etsin! Amin.

İlahiyyatçı Səyavuş Yəhyayev

10857885 855252714526122 342570720846988836 n

Pambıq əkən fermerlər hər hektara görə 350 manat ziyana uğradıqları halda “Paşa” və “Gilan” holdinqlər 100 000 000 $ qazanc əldə edib.

   Pambıq əkilən 22 rayondan 11-də məhsula çəkilən xərclər ödənilməyib. Fermerlər hər hektara görə 350 manat ziyana uğradıqları halda Paşa və Qilan holdinqlər 100 000 000 $ qazanc əldə edib. Bu sahədə monitorinq aparan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bu barədə mətbuata geniş məlumat vermişdir.

   Pambıqçılıqda 2018-ci ildə də qarşıya qoyulan məqsədə nail olunmadı. Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Bu gün - aprelin 25-də ötən il pambıq yığımı mövsümünün yekunları ilə bağlı keçirdiyi mətbuat konfransıdna ekspert bildirib.   2018-ci ildə 132 min 512 hektar pambıq sahəsindən 232 min 231 ton məhsul əldə edilib. Bu isə o deməkdir ki, 2018-ci ildə ölkə üzrə hər hektardan orta məhsuldarlıq 17,5 sentner təşkil edib. Pambıqçılıqda məhsuldarlığın bu qədər aşağı olması onu deməyə əsas verir ki, əvvəlki ildə olduğu kimi 2018-ci ildə də bir çox rayonlarda pambıq əkini ilə məşğul olan fermerlər, kəndlilər ciddi ziyana məruz qalıblar.

Rayonların yarısında məhsuldarlıq aşağı olub

Ekspert əlavə edir ki, 2018-ci ildə ölkənin 22 rayonunda pambıq əkini həyata keçirilib: “Bu rayonların tən yarısında məhsuldarlıq 15 sentnerdən aşağı olub. Belə ki, hər hektardan orta məhsuldarlıq Zərdabda 14,9, Salyanda 14,5, Neftçalada 14,3, İmişlidə 13,3, Sabirabadda 13, Kürdəmirdə 12,9, Ağdaşda 12 sentner təşkil edib. Bəzi rayonlarda isə hər hektardan orta məhsuldarlıq 10 sentner səviyyəsinə də qalxmayıb. Füzuli rayonunda 9,8, Hacıqabul rayonunda 8,8, Ağsu rayonunda 7,4, Ucar rayonunda isə hər hektardan orta məhsuldarlıq 6,6 sentner təşkil etmişdir. Aparılan hesablamalar göstərrir ki, xam pambıq istehsalı üçün çəkilən xərc hər hektar üçün min manat civarındadır. 2018-ci idə də məhsuldarlığın aşağı, alış qiymətinin ucuz olması minlərlə kəndlilərin müflisləşməsinə səbəb olub”.

   2018-ci ildə qarşıya qoyulan hədəfə nail olunmayıb

V.Məhərrəmov hesab edir ki, 2018-ci ildə qarşıya qoyulan hədəfə nail olunmayıb: “Hökumət hər hektardan 40 sentner məhsul əldə olunacağını vəd etsə də, sonradan qarşıya qoyulan vəzifənin real olmaması səbəbindən bu hədəfi 2 dəfə aşağı salıb. Belə ki, 2018-ci ildə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında pambıq istehsalında məhsuldarlığın artırılmasının vacibliyini vurğulayaraq qeyd etmişdi ki, hər hektardan orta məhsuldarlıq azı 20 sentnerə çatdırılmalıdır”.

Ekspertin qəanətinə görə, son 4 ildə (2014-2017) əldə olunmuş nəticələrin təhlili göstərir ki, hökumətin gözləntiləri özünü doğrultmayıb, dövlət proqramı qəbul edildikdən sonra pambıqçılıqda məhsuldarlıq son yeddi ildə ən aşağı səviyyəyə düşüb, ölkə üzrə hər hektardan orta məhsuldarlıq 15,3 sentner təşkil edib.

Ekspert çıxışının sonda məlumat verib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi Azərbaycanda əvvəlki illərlə müqayisədə pambığın əkin sahələrinin azaldılması təşəbbüsü ilə çıxış edib və 2019-cu ildə 104,9 min hektar sahədə pambıq əkiləcəyi haqda proqnoz verib: “Bu isə o deməkdir ki, hökumət Dövlət Proqramında 2022-ci il üçün qarşıya qoyduğu hədəfə - 500 min ton pambıq istehsalına nail ola bilməyəcək”.

Nə etmək lazımdır?

Ekspert bildirir ki, pambıqçılıqda məhsuldarlığı artırmaq, pambığın keyfiyyətini yaxşılaşdırmaq, rəqabətqabiliyyətli məhsul istehsal etmək üçün bir sıra vacib işlər görülməlidir: “Pambıq istehsalı ilə məşğul olan fermerlər, kəndlilər arasında əməkdaşlığı genişləndirmək, onların hüquq və maraqlarının müdafiəsini təmin etmək, pambıq istehsalı, emalı, ixracı sahəsində səylərin birləşdirilməsi, resurslardan səmərəli istifadə edilməsi məqsədilə Pambıq İstehsalçıları Assosiasıyası İctimaii Birliyinin yaradılmasını təşkil etmək lazımıdr”.

Onun qənaətinə görə, pambıqçılıqla məşğul olan kəndlilərə, fermerlərə sərbəstlik və seçim imkanı vermək, pambıq emalında və ixracında mövcud olan inhisarçılığı aradan götürmək, fermer təsərrüfatlarına istehsal etdikləri məhsulu emal etmək və xaricə çıxarmaq imkanı vermək vacibdir.

“Keyfiyyətli və ucuz istehsal vasitələrinin ölkəyə idxalını təmin etmək məqsədilə özəl sektorun bu sahəyə cəlb edilməsinə nail olmaq və bu məqsədlə onların ucuz kredit resurslarına çıxışını təmin edilməlidir”- deyə o bildirdi.

Aprelin 23-də Qarabağ uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini əbədiləşdirən daha bir kitabın – “Əbədi yaşayanlar“ın təqdimatı keçirilib. Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri, ictimai xadim Jalə xanım Cəfərovanın müəllifliyilə təqdim olunan kitab 1997-ci ilin aprelində düşmənə əsir düşməmək üçün özlərini partladan cəsur kəşfiyyatçılarımızdan bəhs edir.

Təqdimat mərasiminə ictimaiyyət nümayəndələri, qazilər, şəhid ailələri və mətbuat işçiləri qatılıblar.

Təqdimat Rəşid Behbudov adına Mahnı Teatrında baş tutub.

 

58383464 2309338395789045 6537977901495615488 n58441565 2309338735789011 2924049439179931648 n58430246 2309338529122365 562825558283517952 nJalə əbədiyaşar 001

Çərşənbə axşamı, 23 Aprel 2019 15:54

SOS - Siyasi məhbusun vəziyyəti ağırlaşıb

Yazan

Hazırda 15 saylı Cəzaçəkmə Müəssisəində saxlanan siyasi məhbus, ilahiyyatçı Fərhad Mirzənin (Muradov) vəziyyəti ağırlaşıb. Bu barədə siyasi məhbusun yaxınları məlumat verib. Ailəsinin verdiyi xəbərə görə, Hepatit C-dən əziyyət çəkən Fərhad Muradovun qəfil dalağından tutan şiddətli ağrıdan bayılıb. Kamera yoldaşları nəzarətçilərə dəfələrlə müraciət etsələr də onlar məhbus üçün vaxtında həkim çağırmayıblar. Fərhad Muradovun xanımı Vüsalə Muradova bildirdi ki, hazırda görüşmək üçün cəzaçəkmə müəssisəsinə gedir.

Qeyd edək ki, ilahiyyatçı Fərhad Muradov Naradaran hadisələri ilə əlaqədar 2017-ci ilin 12 dekabrında 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. F.Muradov Hepatit C-dən əziyyət çəkir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparlacaq.

Məlumatda bildirilir ki, hakimiyyətin son günlər başlatdığı islahat kampaniyası QHT Şurasından da yan keçməyəcək. Belə ki, Şuranın son ildəki fəaliyyəti təftiş olunacaq.

Mənbə bildirib ki, yoxlamalar əsasən qrantların kimlərə verilməsi və təyinatı üzrə xərclənib-xərclənməməsi ilə, həmçinin QHT Şurasının udduğu tenderlərlə bağlı olacaq.

O qeyd edib ki, indiyədək dövlət büdcəsindən bu quruma külli miqdarda vəsait xərclənsə də, Vətəndaş Cəmiyyəti sahəsində ciddi işlər görülməyib.

Son illər dövlət məmurlarının yaxın adamları, deputatların özləri və qohumları qrantlardan yararlanıb, verilən hesabatlar isə formal xarakterli olub. Yəni hesabatlar hamısı sənədləşdirilsə də, əslində, bu görüntü xarakterli olub: "sabah kimsə yazanda və ya hesabat tələb edəndə sənədləri göstətib deyəcəklər ki, hər şey qanunidir və sənədləşdirilib. Amma ortada iş yoxdur".

Mənbə qeyd edib ki, yoxlamalar bütün sahələrdə məhz ölkə başçısının xüsusi tapşırığı əsasında aparılır: "QHT Şurasının sədri Azay Quliyevin fəaliyyətindən isə şəxsən prezident razı deyil. Ona görə də bu yoxlamalar Azay Quliyevə baha başa gələ bilər".

O həmçinin iddia edib ki, Şurada yoxlamalar qəfil başlayacaq və hələ ki qurumda heç kəsdə bu barədə təfsilatlı məlumat yoxdur. (Vizualaz.org)

Mövzunu diqqətdə saxlayacağıq.

Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən 8 partlayışda ölənlərin sayı 207 nəfərə çatıb, 450-dən çox insan yaralanıb.

Bu barədə “Ada Derana” portalı polisə istinadən məlumat yayıb.

Xəsarət alanlar arasında 35 əcnəbi var. Bundan əvvəl partlayışlar nəticəsində 185 nəfərin öldüyü bildirilib.

Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Bu gün hicri-qəməri tarixi ilə müqəddəs şaban ayının 15-i, yəni müsəlmanların 12-ci imamı Məhəmməd ibn Həsən əl-Məhdinin mövludu günüdür.

“Sahibəzzəman”, “Vəliyyi-əsr”, “Vəd edilmiş Mehdi”, “Höccət” 12-ci imamın ən məşhur ləqəbləridir.

Peyğəmbərdən (s) nəql edilən hədisə əsasən, onunla Mehdinin adı və künyəsi eynidir və o, dünyanın sonuna bir gün qalsa belə, zühur edərək, yer üzündə ədaləti bərpa edəcək.

Bir çox hədislərdə qeyd edilir ki, müsəlmanlar bunun üçün, birinci növbədə, özlərini və cəmiyyətlərini islah etməli və bundan sonra onun gəlişini gözləməlidirlər.

Bəzi hədislərdə isə özlərini islah etmiş möminlərin 12-ci imamı gözləmələrinin ibadət kimi qəbul edildiyi bildirilir.

Məkkədə yaşayan Qüreyş tayfasından və Peyğəmbərin (s) nəslindən olan, Məhəmməd adlı 12-ci rəhbərin cəmiyyətə çıxaraq ədaləti bərpa edəcəyi heç bir müsəlman məzhəbi tərəfindən təkzib edilməyib və məhz buna görədir ki, hazırda qeybdə olan imamın doğum günü bütün müsəlmanlar tərəfindən xüsusi şəkildə qeyd olunur.

4 -dən səhifə 220