Türkiyədə həbs olunan teoloq Adnan Oktarın qurduğu təşkilatla bağlı gedən istintaqda maraqlı faktlar üzə çıxarılıb.

Təşkilaıtn üzvü Ceyda Ertüzünün keçmiş bir nazir və bağlanan "Zaman" qəzetinin yazarına 2013-cü ilin sentyabrın 5-də atdığı elektron məktubda “Payızda Türkiyədə gözlənilən üsyandan öncə silsilə iclaslar keçirməyimizdə fayda vardır”,-deyə yazdığı aşkar edilib. Bu yazıyla Adnan Oktarın FETÖ-nün 2013-cü ilin dekabrın 17-25 dekabrında ilk çevriliş təşəbbüsünü gerçəkləşdirmək niyyətindən xəbəri olduğu bilinib.

Xəbərdə cinayət şəbəkəsinə yönəlik əməliyyat zamanı Ankaradakı bir evdə noutbuk aşkar olunduğu deyilir. “Ayşecelik” istifadəçi adı ilə işlədilən həmin portativ kompüterdə saxlanılan dosyelərin birində şübhəli şəxslərdən Fatma Ceyda Ertüzünün keçmiş xarici işlər naziri Y.Yakış və "Zaman" qəzetinin yazarı ilə yazışmaları da tapılıb. Yuxarıdakı cümləyə də həmin dosyenin incələnməsi zamanı rastlanıb.

Ceyda Ertüzün

Həmin yazışmada Ceyda Ertüzün Türkiyədə təşkil olunacaq beynəlxalq bir konfrans üçün gələn qonaqlara məlumat verilməsinin gərəkli olmasından bəhs edərək məşhur “Rza Zərrab işi”ndə adı keçən ABŞ-da FTB tərəfindən həbs olunmuş "Xalq bank"ın keçmiş vitse-prezidenti Hakan Atilla ilə bağlı keçirilən məhkəmədə eskpert olaraq təyin edilən Conatan Şanzeri Türkiyədə də görmək istədiklərini bildirir. C.Ertüzünün Y.Yakışa “Payızdakı Türkiyədə gözlənilən qiyamdan Oksfordlu rəsmilərlə telefonla görüşüb ABŞ-a bu gün cavab versək olarmı?”,- deyə yazdığı da göstərilib.

Xatırladaq ki, 2013-cü ilni 17-25 dekabrıda Türkiyə polis və prokurorluğunun FETÖ təşkilatına bağlı mənsubları tərəfindən hakim Ədalət və İnkişaf Parityasına yaxın şəxslərə, o cümlədən dövrün baş naziri, hazrıkı prezident Rəcəp Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan, habelə xüsusi xidmət orqanlarının işçiləri haqqında həbs qərarı çıxarılıb. Həmin qərar sonradan hökumətin vaxtında müdaxiləsi ilə dəyişdirilib və ilk dövlət çevrilşinin qarşısı alınıb.(Musavat.com)

Bazar ertəsi, 15 İyul 2019 13:30

Şəkidə ağac aşdı, 15 yaralı var

Yazan
Yaralıların beşi xarici turistlərdir
İyulun 14-də saat 11 radələrində Şəki rayonunda Xan Sarayının yanındakı Şərq çinarı ağacının bir qolu qırılaraq aşıb.
Nəticədə hadisə yerində olan xeyli adam yaralanıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi Dövlət Səfərova olayı təsdiqləyib.
O bildirib ki, xəstəxanaya 15 nəfər yaralı gətirilib, onlardan 5-i xarici, qalanları yerli turistlərdir. Hadisə nəticəsində ölən yoxdur.
İyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib.

Dünən (13.07.2019) Almaniyanın Köln şəhərində "Siyasi məhbuslara azadlıq" və "İlham Əliyev diktatordur" şuarlarıyla aksiya keçirilib. Bu barədə aksiyanın təşkilatçısı, siyasi mühacir Babək Allahverdiyev Xeberinfo.de-ə məlumat verib.  Onun sözlərinə görə, aksiyada Bakıdan gələn qonaqlar da iştirak ediblər: "Siyasi məhbuslara azadlıq tələbilə və dktatoru tanıtmaq məqsədilə keçirilən akisyanın təşkilatçıları Mammad Qarayev və mən (Babək Allahverdiyev) idim. Məqsədimiz Azərbaycanda siyasi məhbusların mövcudluğunu və diktator rejiminin xalqı işgəncələrə mərzu qoyduğunu dünyaya tanıtmaq idi. Bu istiqamətdə alman və azərbaycan dillərində çıxışlar oldu, şuarlar səsləndirildi. Aksiyada Azərbaycandan gəlmiş AXCP sədr müavini, keçmiş siyasi məhbus Fuad Qəhrəmanlı və Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli də iştirak etdilər". 

505dfd22 6dc1 4313 ae37 39bbfaac07f6

50511264 030c 405c 9b58 9372f7547cd7

Bu gün siyasi məhbus Əbulfəz Bunyadov şərti azadlığa çıxıb.
Qeyd edək ki, Əbulfəz Bunyadov "Nardalan işi"nə görə 15 il azadlıqdan məhrume dilmişdi, beynəlxalq təşkilatlar siyasi məhbus siyahısına adını salmışdılar. 
Daha bir siyasi məhbus Aydın Qurbanov Pentensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib.
Aydın Qurbanov 2018-ci ilin iyulunda Gəncədə baş verən olaylara görə həbs edilib.
Aydin Qurbanov 
Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun biznesi Avropadan okeanın o tayına - Kanadaya qədər uzanır. 
 
Avropada daşınmaz əmlak biznesi ilə məşğul olan cənab Eyyubov Kanadada əsasən səhiyyə biznesi ilə məşğul olur və bu ölkədə klinikaları var.
 
Criminal.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli Kanada hökumətinə aid saytda (https://opengovca.com/corporation/8989613) şirkətlərlə bağlı bölümdə Orxan Eyyubova aid CANADA LTD haqqında məlumat əldə edib.
 
898961-3 saylı federal şirkətlə bağlı bilgilərdə qeyd olunur ki, Canada Ltd (841992399RC0001 saylı biznes nömrə) 2014-cü ilin avqustun 15-dən Ontario əyalətinin Mississauga şəhərində fəaliyyət göstərir. Hazırki ünvanı Mississauga, Burnhamthorpe Road West 900 / 50-dir. 
Bu ünvan baş nazirin müavininin oğlunun Ontario əyalətindəki şəxsi klinikalarının birinin yerləşdiyi məkandır.
 
Şirkətə aid digər bir ünvan isə belədir: 201-1300 Cornwall Road Oakville Ontario. Bu adresdə də məxsus daha bir estetik klinika fəaliyyətdədir. Burda 185 kv metrlik ofisin dəyəri 2.2 milyon Kanada dollarınadır.
 
Məlumat üçün bildirək ki, daha əvvəl Eyyubova məxsus Canada LTD şirkəti 2155 Leanne Blvd 105, Mississauga, Ontario ünvanında fəaliyyət göstərmiş Henley Medical Clinic-i də idarə edib. Lakin 2017-ci ilin oktyabrında şirkət klinikanın qeyri-rentabelliyi ilə bağlı rəsmi qurumlara müraciət edib bə fəaliyyətini dayandırıb. Şirkətin qeydiyyat sənədlərində isə Orxan Eyyubovun özünün qeydiyyatda olduğu rezidensiya ünvanı 2114 Glenforest Crescent Oakville, ON L6J 2G4 CA göstərilir. Bu ünvandakı ev hal-hazırda satışa təqdim olunub 1.999.000 min Kanada dollarında (2,5 milyon manata) qiymətləndirilir. Bundan əvvəl ev 2.150.000 CAD-a təqdim olunub.
 
Orxan Eyyubov Britaniyadakı biznesi isə daha əvvəldən başlayıb. Belə ki, o, özünün ilk şirkətini UNIFOOD LIQUORS (UK) LIMITED-i hələ 2009-cu ilin iyunun 9-da İngiltərədə Berkshire-də qeydiyyatdan keçirib. O zaman Yaqub Eyyubovun oğlunun 27 yaşı vardı və Azərbaycan vətəndaşı idi. Şirkətin qeydiyyat ünvanı London, PRINCES GATE 55 göstərilib. 
Sənədlərdən məlum olur ki, 2009-cu ildə Orxan Eyyubov Londonda CHEVAL PLACE 45 - 47 ünvanında qeydiyyatda olub. Bir il sonra Eyyubov 15A ROTHERFIELD ROAD HENLEY-ON-THAMES OXFORDSHIRE ünvanında sahib olduğu villaya qeydiyyata düşür. Əmlak qiymətləndirilməsi üzrə məlumatlarda villanın qiyməti 4 milyon 466 min funt sterlinq göstərilir. 
 
2010-cu ilin maliyyə hesabatına görə Eyyubovun şirkətinin aktivləri cəmi 30.737 funt sterlinq olub. Hətta növbəti il bu rəqəm 29.521 funt sterlinqə düşür. 2012-ci ilin sentyabrın 6-da cənab Eyyubov şirkəti NEW CANADA CAPITAL LTD olaraq yenidən qeydiyyatdan keçirdi(qeydiyyat nömrəsi 06928393).
Şirkət profilini dəyişərək daşınmaz əmlak biznesi sahəsində fəaliyyət göstərməyə davam etdi. Həmin ilin sentyabrın 18-də şirkətin direktoru ilə bağlı təqdim edilən sənəddə artıq Yaqub Eyyubovun oğlu İngiltərə vətəndaşı kimi qeyd olunub. 
 
Yəni anlaşılan odur ki, Orxan Eyyubov hələ 2012-ci ildə Britaniya vətəndaşlığına keçib. O zaman Yaqub Eyyubov Azərbaycan respublikasının baş nazirinin birinci müavini idi. Britaniya vətəndaşlığı alan Orxan Eyyubov həmin tarixdə həm də yeni ünvana daşınır: ONE FORBURY SQUARE THE FORBURY READING UNITED KINGDOM. Şirkətin aktivləri həmin azalaraq 17.736 funt sterlinqə düşür. 
2013-cü ildə şirkət birdən-birə daşınmaz əmlak biznesinə iri vəsait yatırır və aktivləri 6 milyon 382 min 638 funt sterlinqə çatır. 2014-cü ilin aprelin 26-da Günay Bayramova adlı qadın şirkətin səhmdarlarından biri kimi rəsmiləşdirilir. 2014-cü ilin 8 dekabr tarixli maliyyə sənədlərinə görə NEW CANADA CAPITAL LTD-nin aktivləri 8 milyon 244 min 489 funt sterlinqə yüksəlir. 2015-ci ilin iyunun 23-də Orxan Eyyubov şirkətin tək səhmdarı olur.
 
2018-ci il martın 5-də şirkət Thames Tower 5th Floor, Station Road Reading Berkshire ünvanına köçür. 2018-ci ilin dekabrın 31-də təqdim edilmiş maliyyə hesabatında şirkətin aktivləri ilə bağlı son məlumat verilib. Söhbət 13 milyon 366 min 506 funt sterlinqdən gedir. Bu da hamısı deyil. Panama sənədlərinə görə Orxan Eyyubova məxsus daha bir şirkət - ELLISFIELD DEVELOPMENT LTD 2012-ci il iyunun 6-da Isveçrədə qeydiyyatdan keçirilib.
 
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) qrupunun apardığı araşdırmaya görə Macarıstandakı Velasco International Inc., ofşor şirkəti də Orxan Eyyubova bağlıdır. 

















Millət vəkili Vahid Əhmədov SOCAR-ın bu qədər borclanması gələcəkdə problem yarada bilər.

Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-ın xarici borcu 10 milyard manata yaxınlaşır. Bu haqda SOCAR-ın 2019-cu il üzrə maliyyə hesabatında qeyd olunur.

Müstəqil ekspertlər bu qədər böyük məbləğdə borclanmanı təhlükəli sayırlar. Amma SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov deyir ki, biznesdə borclanma normal bir haldır. Əsas məsələ borcu qaytarmaq imkanlarının olmasıdır. Onun sözlərinə görə, SOCAR-ın belə bir problemi yoxdur:

"2015-ci il istisna olmaqla, SOCAR bütün illəri mənfəətlə başa vurub. Kənardan götürülən vəsaitlər aktivlərə, sərmayələrə yatırlır. Buna görə də aktivlərin artması, şirkətini borcunu da artır. Qaldı ki, borclanmaya, bu bütün şirkətlərdə normal bir haldır. Biznesdə normal bir təcrübədir. Kənardan vəsait cəlb olunub, sərmayə yatırılır".

Bu günlərdə SOCAR özünün 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Həmin hesabata görə, ötən il SOCAR-ın gəlirləri 18,6 milyard manat artıb, təxminən elə bir o qədər də xərcləri artıb.

İqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, hesabatda onun diqqətini ən çox SOCAR-ın 2018-ci ili gəlirlə başa vursa da, xalis mənfəətinin 800 milyon manat azalması olub. O deyir ki, normalda şirkətlərin gəlirləri artırsa, bu zaman mənfəət də artmalıdır. Amma SOCAR-da əksinə mənfəət azalır. Bu azalmanın səbəbi isə izah olunmur.

Millət vəkili Vahid Əhmədov da düşünür ki, SOCAR-ın bu qədər borclanması gələcəkdə problem yarada bilər və hökumət bu məsələnin üstünə düşməlidir:

"Ümumiyyətlə, 10 milyard manat olduqca böyük göstəricidir. Bu, SOCAR, eləcə də Azərbaycanın maliyyə sistemi üçün problemli bir məsələdir. Amma SOCAR dünya üzrə tanınmış bir şirkət olduğu üçün xarici ölkələrə sərmayələr yatırır. Yəqinki bu borclar da bununla bağlıdır.

Əlbəttə, 10 milyard manat olduqca böyük rəqəmdir. Korrupsiya, rüşvət ehtimalları da var. Mən bununla bağlı mediada gedən yazıları da oxuyuram. Bununla bağlı dəqiq bir söz deyə bilmərəm, amma düşünürəm ki, borc olduqca böyükdür və bu məsələ araşdırılmalıdır".

SOCAR-ın adı tez-tez korrupsiya iddialarında hallanır. SOCAR prezidentinin oğlu, qaynatası haqda müxtəlif illərdə jurnalist araşdırmaları olub.

Ən səs küylü araşdırma 2013-cü ildə Global Witness təşkilatı aparmışdı. Həmin araşdırmada iddia olunurdu ki, SOCAR neft istehsalından tutmuş onun satılmasına qədər işləri bir neçə özəl ortaqla paylaşıb.

Bu işlər paylaşarkən tenderlər keçirilməyib və Azərbaycan neftindən özəl ortaqların hansı məntiqlə seçilməsi müəmma olaraq qalır. SOCAR-ın ən azı 48 sövdələşməsində 1978-ci il doğumlu Anar Əliyevin adı keçir. Sonradan SOCAR, eləcə də Anar Əliyev özü yazıda deyilənlərin yalan olduğunu deyiblər.

Bu günlərdə isə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlu gündəmdədir. Onun İbizada 1.2 milyon avroluq saatının oğurlandığı iddia olunur. Amma SOCAR rəsmisi bu yayılan xəbərləri nə təkzib edib, nə də tənqid.

"Maliyyə hesabatlarının təhlili onu göstərir ki, SOCAR xarici kredit cəlbində çətinlik çəkir. SOCAR öz öhdəliklərini ödəyə bilmir, Dövlət Neft Fondundan, dövlət büdcəsindən vəsaitlər ödənir. SOCAR xaricdə, özəlliklə, də Türkiyədə sərmayə yatırmağa başlayandan bəri borclanıb. Amma ən maraqlısı odur ki, bu yatırılan sərmayələrdən gələn vəsait heç SOCAR-ın kreditlər üzrə faiz borcunu belə ödəyə bilmir".

Qulu İbrahimlinin sözlərinə görə, borcunu qaytarmaq üçün SOCAR Dövlət Neft Fondunun və dövlət büdcəsinin vəsaitlərindən istifadə etməyə məcbur qalır. Həm də SOCAR-ın Azərbaycan Dövlət büdcəsinə olan borcunun da ləğv olunması halları da var.

Məsələn, Nazirlər Kabineti 2018-ci ilin sentyabrında SOCAR-ın dövlət büdcəsinə 675,4 milyon manat məbləğində borcuni ləğv edib.

Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində göstərilib ki, SOCAR 2018-ci ildə – dövlət büdcəsinə 1,43 milyard manat vergi ödəyib. Amma büdcədən 1,49 milyard manat vəsait alıb.

Yəni, büdcədən aldığı vəsait ödədiyi vergidən çox olub. (azadlıq radiosu)

Cümə, 05 İyul 2019 03:13

Yemək yeyəndə su içmək olarmı?

Yazan

Əvvəllər belə hesab olunurdu ki, qida qəbulu zamanı su içmək olmaz ki, bu mədə şirəsini durulaşdırır, həzm proseslərinə mənfi təsir edir.

Lakin son zamanlar alimlər bu fikirdən imtina ediblər. Araşdırmalar göstərib ki, mədə şirəsini cüzi durulaşdırmaq üçün 5 l su lazımdır.

Alimlər araşdırıblar ki, qida qəbulu zamanı içilən su əksinə həzm proseslərini asanlaşdırır, qanın qatılaşmasının və arterial təzyiqin artmasının qarşısını alır.

Burada bəzi məqamlara diqqət etmək lazımdır. Yemək yeyəndə adi su içmək lazımdır, qazlı sular, mineral sular, şirələri içmək  tövsiyə edilmir. Su soyuq olmamalıdır.

Yeməkdən dərhal sonra çay içmək olmaz. Çay qidada olan zülalların və dəmirin ənimsənilməsi proseslərini pozur.

Keçmiş baş nazir Pənah Hüseyn facebook səhifəsində Heydər Əliyevin Xəzər dəniziylə bağlı sərəncamının mətnini yayıb.

Xeberinfo.de həmin sərəncamı təqdim edir: 

"Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə

dair bəzi tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Son vaxtlar vətəndaşların Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına daxil olan çoxsaylı müraciәtlәrindәn aydın olur ki, bir sıra yerlərdə Xəzər dənizinin (gölünün) sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları, habelə həmin sahələrin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilmişdir. Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilmiş, dənizin içinədək hündür hasarlar çəkilmişdir. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılmışdır.

Ölkə vətəndaşlarının Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Su Məcəlləsinin 36-cı, 50-ci və 74-cü maddələrini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının icra hakimiyyəti başçılarına tapşırılsın ki: [1]

Xəzər dənizi (gölü) sahilinin 130 metrlik zolağında yerləşən torpaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər:

həmin torpaqlar hüquqi və fiziki şəxslərin istifadəsindən geri alınarkən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsində göstərilmiş tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Xəzər dənizi sahillərindən istirahət və turizm məqsədləri üçün daha səmərəli istifadə olunması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi ilə birlikdə təkliflər hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Bu Sərəncamın 1-ci bəndində göstərilən icra hakimiyyəti orqanları verilən tapşırığın icrası barədə Azərbaycan Respublikasının Prezidentinə hər ay məlumat təqdim etsinlər.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 yanvar 2003-cü il
№ 1122"

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev haqqında AMİP lideri Etibar Məmmədovun apardığı şantaj və gözdənsalma kampaniyasına Ə.Əliyevin keçmiş həyat yoldaşı Samirə xanım Mirzəyeva cavab verib. S.Mirzəyeva mətbuat üçün tədim etdiyi məktubda Etibar Məmmədova ciddi xəbərdarlıq edib. 

Xeberinfo.de həmin məktubu təqdim edir: 

Cümə axşamı, 04 İyul 2019 09:18

“Hafka”nın obyektləri əlindən alındı

Yazan
İşadamının ailəsinin obyektləri müsadirə olunub
 
İşadamı Hafiz Məmmədovun ailəsinə məxsus otel, evlər və başqa obyektlər əllərindən alınıb. Mərkəzi Bankın iddiası əsasında Səbail Rayon Məhkəməsi bu barədə qərar çıxarıb. Qərardan yuxarı instansiya məhkəmələrinə şikayətlər verilsə də, nəticəsi olmayıb. Bu yaxınlarda Ali Məhkəmə məsələyə son nöqtəni qoyub – aşağı instansiya məhkəmələrinin qərarları dəyişdirilmədən qüvvədə saxlanılıb.
 
Əldə olunan məlumata görə, müsadirə olunan əmlaklar bunlardır: paytaxtın Nərimanov rayonunda yerləşən otel – "Ramada Hotel & Suites Baku”, metronun "Nizami” stansiyasının yaxınlığında yerləşən 3 min kvadrat metrlik qeyri-yaşayış sahəsi, Nərimanov rayonunda biri dörd (460 kvadrat metr), digəri isə üç (320 kvadrat metr) mərtəbəli olmaqla, iki fərdi yaşayış evi.
 
55 milyonluq kredit borcu
 
Evlər Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun mülkiyyətində olub. Yeddi mərtəbəli otelin rəsmi sahibi isə Məmmədova Yeganə Sabir qızı idi. "Nizami” metrostansiyasının yaxınlığında – Şamil Əzizbəyov küçəsi 88 ünvanında yerləşən obyektin mülkiyyət hüququ "KSM Property” MMC-yə məxsusdur. "KSM Property” isə Hafiz Məmmədovun oğlanlarına məxsus KSM Şirkətlər Qrupuna daxildir.
 
Hafiz Məmmədovun rəhbərlik etdiyi "Baghlan Group”un hüquqi ünvanı da Ş.Əzizbəyov 88-dir.
 
Mərkəzi Bankın Məhkəmə iddiasına səbəb isə vaxtilə "Bank of Azerbaijan”a ayrılmış kreditlərdir. Bu bank isə H.Məmmədovun ailə üzvlərinə məxsus idi. Üç fiziki səhmdardan ikisi – Kənan və Sənan Məmmədovlar işadamının övladları, Mübariz Məmmədov isə qardaşıdır.Hüquqi səhmdar isə "NEM Holding”dir.
 
"Söhbət üç kredit müqaviləsi üzrə ümumilikdə 55 milyonluq kredit borcundan gedir. Bunun da 50 milyonu əsas borc, 5 milyonu faizlərdir. Bu kreditlər 2013-cü ilin aprel, iyun və iyul aylarında ayrılıb”, – bildirilib.
 
Mərkəzi Bankın iddia ərizəsində Qubada – Bakı-Quba yolunun 4-cü kilometrliyində yerləşən 15.7 min kvadrat metrlik kompleksin də müsadirəsindən söhbət gedir. Bu göstəricilərə görə, həmin ünvanda yerləşən əmlak Quba Olimpiya Kompleksidir. Kompleksin mülkiyyət hüququ da "Baghlan Trading”ə məxsusdur.
 
Əmlaklar açıq hərraca çıxarılacaq
 
Məhkəmə qərar verib ki, yuxarıda göstərilən əmlakları "Bank of Azerbaijan” ASC-nin ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu açıq hərracda satsın. Satışdan əldə olunan vəsait bankın sözügedən üç kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun ödənilməsinə yönəldilsin.
 
Ancaq müsadirə olunan əmlak sahibləri məhkəmənin qərarıyla razılaşmır. Şikayətlərində də göstəriblər ki, Mərkəzi Bank iddia tələbini onlara yox, "Bank of Azerbaijan”ın ləğvedicisinə – Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürməli idi:
 
"Məhkəmə də Maliyyə Bazarlarına Nəzarət Palatasına sorğu göndərməliydi. Müəyyənləşdirməliydi ki, bankın cari aktivləri həqiqətən də mübahisə olunan kredit borclarının ödənilməsi üçün kifayət edir, yoxsa yox”.
 
"Bank of Azerbaijan” ASC-nin lisenziyası Mərkəzi Bankın 18 yanvar 2016-cı il tarixli qərarı ilə ləğv olunub. Qərarda göstərilib ki, bank "məcmu kapitalın minimum məbləği tələbinə əməl etməyib – məcmu kapitalın adekvatlıq əmsalı 3 faizdən az olub, kreditorlar qarşısında öhdəliklər icra olunmayıb, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməyib”.
 
Azadlıq radiosu 
5 -dən səhifə 227

Günün videosu