''Xocalı zülmünü mən öz ölkəmdə yaşadım, özümü əsirlikdə hiss edirəm''

Ötən ilin iyulunda Gəncədə baş verən hadisələrdən sonra həbs olunanlardan biri də Bəkrəm Əliyevdir. O, daha yeddi nəfərlə birlikdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri tərəfindən Bakıda – Sabunçu Rayon Məhkəməsinin inzibati binasında mühakimə olunur. Onlar kütləvi iğtişaşların təşkili və iştirak, polislərə qarşı müqavimət göstərmə, zor tətbiq etmə və s. ittihamlarla məhkəmə qarşısına çıxarılıb.

B.Əliyev Gəncədə ötən il icra başçısının güllələnməsindən sonra 10 iyulda keçirilən aksiyada polislərdən birinə xəsarət yetirməkdə ittiham olunur. O, etiraf edir ki, polisi vurub. Lakin bildirir ki, öncə polis onu vurub, o da özünümüdafiə məqsədilə onu itələyib.

B.Əliyev ondan sonra bir həftə Gəncədə Nizami Rayon Polis İdarəsində, daha sonra iki həftə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağlasığmaz işgəncələrə məruz qaldığını deyir. Bu barədə ətraflı danışan B.Əliyev bildirir ki, onu Bakıya çatmağa az qalmış - Nəvai postunda mülki formalı şəxslər saxlayıb, öz maşınlarına mindirib Gəncəyə aparıblar. Onu əvvəlcə DTX-nin Gəncə şöbəsinə gətiriblər. Təxminən 4-5 saat orada saxlayandan sonra Nizami Rayon Polis İdarəsinə təhvil veriblər. İdarədə isə onu birbaşa rəisin otağına aparıb, orada video-görüntü göstəriblər. Həmin görüntülərdə onun özü də olub.

B.Əliyevin sözlərinə görə, idarədə təsdiqləyib ki, videodakı özüdür, polis onu vurub, bu üzdən özünümüdafiə məqsədilə onu itələyib.

B.Əliyev bildirir ki, bundan sonra onu başqa bir otağa aparıblar. Orada mülki geyimdə olan üç nəfər onu döyməyə başlayıb:

“Əllərim qandallı vəziyyətdə məni yerə yıxıb təpikləyirdilər. Başıma, belimə, böyrəklərimə təpiklə vururdular. Otağa gələnlərə də “Samiri vurub yıxan budu” deyib, məni belə təqdim eləyirdilər. Bunu eşidən kimi gələn də başlayırdı vurmağa. Samirlə iş yoldaşı olmuşdular deyə, məni çox döydülər, zülm verdilər. Qalın kitablarla başıma vururdular. Otaqda 18-20 polis var idi. Hamısı döyürdü. Sanki hamısı məndən acıqlı idi. Oradakıları indi görsəm, hamısını tanıyaram”.

B.Əliyevin sözlərinə görə, tutularkən üstündə olan pulu da götürüb ona qaytarmayıblar:

“Mülki formada olanlardan biri mənim ciblərimi yoxladı. 115 manat pulum var idi. Pulumu götürdü, qayıtdı ki, “100-ü mənim, 15-i sənin”. Dedim ki, qaytar pulumu. Başladı məni vurmağa. Sonra çıxıb getdi. Sonra başqa adam gəldi, ona dedim ki, bayaq gedən adam pulumu götürüb, ona deyin, gətirib qaytarsın. Bir az keçəndən sonra qayıdıb gəldi, başladı məni döyməyə ki, “bütün şöbəyə yaymısan, Ramin pulumu götürüb”. Dedi ki, pulu mənə verənə söyüş qoyub. Bir də söydü, pulumu da götürüb getdi”.

B.Əliyev bildirir ki, daha sonra onu sürüyə-sürüyə Cavid adlı müstəntiqin olduğu otağa aparıblar. Müstəntiq ondan Gəncədəki meydana getməsinin səbəbini, orada olanları soruşub:

“Mən də olanları danışmağa başladım. Az sonra 6-7 nəfər polis gəldi. Birinin əlində çəlik var idi. Başa düşdüm ki, həmin polis Samirdi. Başqa polislər də onun sağ və sol tərəfdən qoluna girmişdi. Samir çəliyilə məni döyməyə başladı. Müstəntiq otaqda idi, amma heç nə demirdi. Zərbənin çoxu başıma və sağ qoluma dəyirdi. Sağ qolum çiynimdən əlimə qədər qapqara olmuşdu, başım da şişmişdi. Onların içində bir mayor var idi. Üstümə gəlib tüpürdü, getdi. Məni yerdən qaldırıb stulda oturtdular. Müstəntiq dedi ki, bu sənədlərə qol çək, bir-iki il yatıb çıxarsan. Yoxsa, bunlar sənin içalatını tökəcəklər burda, yazıqsan. O, bunu deyib, otaqdan çıxdı. Müstəntiq çıxandan sonra otaqdakılar yenə başladı məni döyməyə”.

B.Əliyevin sözlərinə görə, onu daha sonra birinci mərtəbəyə düşürüb orada döyməyə başlayıblar. Həmin vaxt orada – dəhlizdə Gəncə hadisələrinə görə həbs olunmuş çoxlu sayda başqa adamlar da olub. Onlara da işgəncə verilirmiş:

“Otuza qədər adamı yerə çökdürüb, üzü divara saxlamışdılar. Arxadan da polislər döyürdülər. Məni də yumruq-təpiklə döydülər. Sonra yerə yıxıb belimə çıxdılar. Sonra məni şöbənin həyətinə çıxartdılar. Həyətdə “spesnazın” polisi var idi. Əlində avtomatla gəzirdi. Məni onun yanında saxlayıb başqalarını gətirməyə getdilər. Çox pis vəziyyətdə idim. Paltarım cırıq-cırıq idi. Başım şişmişdi. Həyətdə dayanan polis mənə dedi ki, “canını qurtarmaq istəyirsənsə, qaç, güllələyim səni. Onsuz da sizdən üçünü öldürmüşük”. Sonra başqa adamları gətirdilər həyətə. Bizi dustaq maşınına mindirib Kəpəz Rayon Polis İdarəsinə apardılar. Şöbəyə girəndə sağ tərəfdə bir otaq vardı, məni ora salan kimi orada olan Nizami adlı mayor başladı məni döyməyə. Məndən tələb elədi ki, yerdə sürünüm. Uzanmadım. Başladı məni döyməyə, iki-üç nəfər polis də ona qoşuldu. O qədər döydülər, gözüm qaraldı, özümdən getdim. Bir də ayıldım ki, məni sürüyə-sürüyə kameraya salırlar”.

B.Əliyevin dediyinə görə, 2-3 saat sonra onu kameradan çıxarıb, polkovnik rütbəli bir polisin yanına aparıblar. Həmin vaxt otaqda olan başqa bir kapitan isə ona qarşı alçaldıcı hərəkətə cəhd göstərib:

“Dedi ki, səni murdarlayacam. Mən də başımı yerə-divara vurdum, başım yarıldı. O polisi otaqdan çıxartdılar. O birilər yenə başladı məni vurmağa. Sonra yenə kameraya apardılar. Axşam yenə döyə-döyə kameradan çıxarıb, dustaq maşınına mindirdilər. Təxminən 10-12 nəfər idik. Bizi Nizami Rayon Məhkəməsinə apardılar. Hakim sanksiya verdi. Sonra yenə döyə-döyə dustaq maşınına mindirib Kəpəz Rayon Polis İdarəsinə apardılar”.

B.Əliyev deyir ki, ertəsi gün onu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. İdarəyə axşam çatıblar, onu dərhal kameraya salıblar. Amma səhəri gün ikinci mərtəbəyə qaldırıb, döyüblər:

“İki nəfər mülki geyimli içəri girən kimi əllərindəki dubinka ilə məni döyməyə başladı. Əllərim qandallı idi. Yerdə halsız vəziyyətdə qalmışdım. Hiss elədim ki, barmağıma məftil bağlayırlar. Başımı qaldırdım, gördüm stolun üstündə nəsə qara aparat var. Başladılar “tok” verməyə. 3-4 dəfə özümdən getdim. Naşatır iylədib ayıldırdılar, bir də “tok” verirdilər. Barmaqlarımın əti parçalanmışdı. Bir o yadıma gəlir ki, iki polis məni sürüyə-sürüyə kameraya aparıb uzatdı. Bir -iki gün keçdi, bədənimi yoxladılar. Krem, dərman verdilər ki, bədənimə sürtüm. Bütün bədənim gömgöy idi. Dəhşətli ağrılardan yata bilmirdim. İnsanlara Xocalıda verilən zülmlərdən daha betərini mən öz ölkəmdə yaşadım. Özümü ermənilərə əsir düşmüş kimi hiss edirdim. Məni “banditizm”dəm Kürdəxanı təcridxanasına aparanda başıma torba keçirmişdilər. Yolboyu daha nələr fikirləşmədim... Hara apardıqlarını bilmirdim. Çox qəddarlıq elədilər”.

B.Əliyev bildirir ki, üstündən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də başında kəskin ağrılar var.

B.Əliyev və digər Gəncə məhbuslarının işgəncə şikayətləri əsasında prokurorluq on ay sonra ekspertiza təyin edib. Ekspertlər gəlib onları müayinə ediblər:

“Prokurorluqdan işgəncə faktını yoxlamaq üçün ekspert gəlmişdi. Artıq aradan on ay keçmişdi. On aydan sonra bədənimdə izlər qalmasa da, bir onu bilirəm ki, bu vəhşiliklər, bu işgəncələr həyatımda silinməz izlər qoydu...”

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edir və bu barədə səslənən şikayətlərin həqiqətəuyğun olmadığını bildirir. Nazirlik bəyan edib ki, bu şəxslərin təqsirli olduğunu təsdiqləyən konkret sübutlar var. Onlar məsuliyyətdən yayınmaq üçün işgəncəyə məruz qalmaları barədə yalan danışırlar.

Ağsu sakini: ''Bizə kələk gəldilər, kirayə haqqını ödəmədilər''

“Zəlzələdən sonra ölkə başçısı pul ayırdı, tapşırıq verdi ki, fəsadlar yaranan evlər sökülüb, təzədən tikilsin, bərpa olunsun. Amma yerli qurumlar tapşırığa əməl etmir. Heç bir iş görmürlər, evlərin təmir işləri ilk iki ay yaxşı getdi. Lakin indi fəhlələr ləng işləyir. Səbəbini soruşanda da, məlum olur ki, onlara iki aydır əməkhaqqı verilmir, pullarını kəsirlər”.

Bu sözləri qəzalı evi sökülərək, yenidən inşa edilən Ağsu rayon sakini Murad Soltanov deyir. Hazırda üç azyaşlı övladı, həyat yoldaşı və xəstə anası ilə kirayədə yaşayan M.Soltanov Ağsu Rayon İcra Hakimiyyətinə şikayətə gedib:

“Ayda yüz manat kirayəyə pul veririk. Mən həftədə 2-3 dəfə düşərsə, fəhlə işləyirəm. Anam birinci qrup əlildir, yataq xəstəsidir. Onun aldığı təqaüdün yüz manatını kirayəyə veririk, bəs biz necə dolanaq? Evin tikintisinə başlayanda icra hakimiyyətindən bildirilmişdi ki, evləri tikilən və təmir olunan hər bir ailəyə kirayə haqqı ödəniləcək. Lakin camaata kələk gəldilər. İcrada dedilər ki, fəhləsən, 5-10 manat yığ üst-üstə, kirayə pulunu ver. Ayda yüz manat nə puldur ki, verə bilmirsən? Hökumət sizə o boyda ev tikir. Halbuki, əvvəl bizə deyilmişdi ki, evləri qəzalı olan ailələrin kirayə pullarını da icra hakimiyyəti ödəyəcək. Əvvəldən söz vermişdilər, amma sonradan imtina etdilər”.

“Bizə pul vermirlər, artıq iki aydır. “Bu gün olacaq, sabah olacaq”, - deyib, yalandan vəd verirlər, amma nəticə yoxdur. Biz də fəhlə adamlarıq, ailəmizi dolandırmaq istəyirik”.

Bunu Meydan TV-yə işini itirmək qorxusu ilə adını açıqlamaq istəməyən fəhlə deyir:

“Biz evin kvadratına görə işləyib, pul alırıq. Lakin artıq ikinci aydır, pulumuzu vermirlər, aldadırlar. Günlərdir, dava-qırğındayıq. Əvvəllər yaxşı pul verirdilər. Amma indi gördüyümüz işin pulunu ala bilmirik. Buradakı ustabaşıların əməllərindən yuxarıdakıların xəbəri yoxdur. Bakıdan Fövqəladə Hallar Nazirliyindən gələn olanda da, bizə tapşırırlar ki, onlara heçə nə deməyin. Fövqəladənin adamları gəlib, bizdən iş tələb edirlər. Deyirlər ki, bu işə görə sizə pul veririk, niyə belə edirsiniz? Daha xəbərləri yoxdur ki, ustabaşıları alıb pulları yeyiblər. Bizə də sözümüzü deməyə imkan vermirlər. Yüzə yaxın ev tikilir, hamısı dayandırılıb. Hansı problemi deyəsən, saymaqla bitmir. Burada elə adamların evlərini sökdülər, baxırsan ki, hətta divarında çatı belə yox idi. Yəqin onların icra hakimiyyətində adamı var. Elə evlər var ki, yaşamaq təhlükəlidir, lakin əhəmiyyət vermirlər. Prezidentin ayırdığı milyonlarla manat pul hara gedir bəs?”

Ağsu Rayon İcra Hakimiyyəti, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Cahangir Məhərrəmov Meydan TV əməkdaşına bildirib ki, İH hazırda evləri təmir olunan vətəndaşara kirayə haqqının ödənilməsi haqqında heç bir vəd verməyib.

Fəhlələrin əməkhaqqlarının gecikdirilməsi məsələsi ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti, memarlıq və tikinti şöbəsinin Mirəli Qurbanov zənglərimizə cavab verməyib. Şöbənin aparıcı məsləhətçisi Rəvan Feyzullayev isə Meydan TV əməkdaşına “Mən heç nə söyləyə bilmərəm, Mirəli müəllimlə danışın”, - deməklə kifayətlənib.

Fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

Prezident İlham Əliyev Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "AAYDA) rəhbəri Saleh Məmmədovun oğlu ilə bağlı qalmaqallı xəbərlər bir-birini əvəz edir. Məlum bir milyonluq saat iddiasının təkzib edilməsinin dərhal ardınca Saleh Məmmədova şok yaşadacaq növbəti zərbəyə şahidlik etdik.

Sfera.az-ın məlumatına görə, araşdırmaçı jurnalist Cavanşir Həsənli son paylaşımında agentlik rəhbəri üçün başağrısına çevrilə biləcək şok ittihamlarla çıxış edib:

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsi İspaniyada saatını oğurlatdıran şəxsin Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğu barədə məlumatı təkzib edib ki, guya qərəzli məlumat yaymışam. Əlbəttə, ispan polisinin ad açıqlamaması onlara belə təkzib cəsarəti verib.

Onlar belə cəsarətə gəlmişkən Saleh Məmmədovun oğluna aid aşağıda təkrar paylaşdığım sənədləri də təkzib etmələrini səbirsizliklə gözləyirəm. Susmayın, cəsarətli olun, bunları da təkzib edin, deyin ki, Sübhan Məmmədlinin Britaniyada milyonlarla aktivi olan belə bir şirkəti, şərkətinin tərəfdaşları sırasında Tiqran Petrosyan adlı şəxs yoxdur, bunlar İngiltərə rəsmi orqanlarının qərəzidir və s”.

Qarşı tərəfin fikirlərini dinləməyə və mövqeyini dərc etməyə hazırıq.



Azərbaycan Prezidenti İlham Əliyev 64 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən–Lökbatan avtomobil yolunun 0–11-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə pul ayırıb.
AzəTAC xəbər verir ki, sərəncam bu gün, yəni, 27 iyun 2019-cu il tarixdə imzalanıb.
Sərəncama görə, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,5 milyon (on üç milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bu gün Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri Jalə Cəfərovanın təşəbbüsü və təşkilatçılığı ilə şəhid, leytenant Elxan Ataxan oğlu Ağayevin II Fəxri Xiyabanda doğum günü qeyd olunub. Bu barədə Xeberinfo.de-ə J.Cəfərova məlumat verib.

Tədbir şəhidimizə sayğı duruşu və Dövlət Himnimizlə başlayıb.

Qeyd edək ki, Elxan Ağayev Bakıda ziyalı ailəsində dünyaya gəlib. 1992-ci ildə hərbi xidmətə gedib. 1997-ci il aprel ayının 7-də döyüş yoldaşlarıyla kəşfiyyatdan qayıdarkən mühasirəyə düşmüş və qəhrəmançasına döyüşmüş və şəhid olmuşdur. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. 

Elxan 1

elxan 3elxan 4elxan 5

İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkə rəhbərliyinə, hərbi komandanlığına gətirdiyi sanksiyalarla bağlı sərt çıxış edib. 

Ruhani Səhiyyə nazirliyinin işçiləri ilə görüşdə Tramp administrasiyasının ünvanına kəskin ifadələr işlədib.

Xatırladaq ki, Birləşmiş Ştatlar İranın ali dini rəhbəri Əli Xamenei və xarici işlər naziri Məhəmməd Cavad Zərifi də sanksiya siyahısına daxil edib.

“Ağ Evdə oturanların ağılları azalıb” - deyə H.Ruhani rəsmi Vaşinqtonun addımlarını bu sözlərlə qiymətləndirib. Onun nitqi olduğu kimi prezidentin rəsmi saytında yerləşdirilib.

Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov da mövcud vəziyyətin qorxulu istiqamətə yönəldiyini bəyan edib.

“TASS” agentliyinin məlumatına əsasən, Lavrov bu gün keçirdiyi mətbuat konfransında situasiyanın olduqca pis ssenari üzrə cərəyan etdiyini vurğulayıb: “Biz olduqca  narahatıq. ABŞ prezidenti tərəfindən elan olunan və tam şəxsiləşdirilmiş xarakter daşıyan növbəti sanksiyalar bizə hadisələrin inkişafının yaxşılığa doğru yönəlmədiyinin siqnalını verir”.

Onun sözlərinə görə, mövcud durum 2003-cü ildə ABŞ-ın Səddam Hüseynə qarşı ard-arda sanksiyalar tətbiq etdiyi İraq müharibəsindən öncəki vəziyyəti xatırladır: “Biz bunun necə nəticələndiyini yaxşı bilirik. ABŞ həmin ilin mayında İraqda demokratiyanın qələbə çalmasından dəm vururdu. İndi 16 il keçdikdən sonra həmin “demokratiyanın” özünü necə göstərdiyi barədə nəticə çıxarın”.

Siyasi məhbus Əbulfəz Bunyadovun anası İlham Əliyevə müraciət ünvanlayıb.

Bu barədə Xeberinfo.de-ə Məlumat daxil olub. Muraciəti təqdim edirik:

"Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikası vitse-prezidenti Xanım Mehriban Əliyevaya

Surəti: Azərbaycan Respublikası İnsan Hüquqları Müdafiəsi komitəsi OMBUDSMAN Elmira Süleymanovaya

Surəti: Azərbaycan Respublikası Bakı Şəhər Baş Prokuroru Zakir Qaralova

Surəti: Azərbaycan Respublikası Bakı Şəhər Daxili İşlər Naziri Vilayət Eyvazova

Surəti: Azərbaycan Respublikası Ədliyyə Naziri Fikrət Məmmədova

Surəti: Azərbaycan Respublikası Qafqaz Müsəlmanları İdarəsi Sədri Allahşükür Paşazadəyə

Surəti: BMT-nin Azərbaycandakı Nümayəndəliyinə

Surəti: Qızıl Aypara Cəmiyyətinə

15 il müddətinə azadlıqdan məhrum edilmiş Əbülfəz Bünyadovun anası Xeyriyyə Bünyadovanın MÜRACİƏTİ

Nəzərinizə çatdırıram ki, oğlum Bünyadov Əbülfəz Hümmət oğlu 2015-ci ildə Nardaran hadisələri zamanı evimizə hücum edilərkən güllələnərək iflic edilib. Digər həbs olunanlar kimi ona da qondarma ittihamlarla cinayət işi açılıb. Onurğasından güllələnib ağır yaralandığı halda, işgəncələr verilib, hətta bu işgəncələr Penitensiar Xidmətin müalicə müəssisəsində olarkən də davam edib. Vəziyyətinin ağırlığını görüb məhkəmə dövründə ev dustaqlığına buraxılmışdı.

Oğlum hərəkət edə bilmədiyindən məhkəmə iclaslarına təcili yardım köməyi ilə xərəkdə aparırdılar.

Məhkəmə zamanı əslində onun hansısa bir cinayət işlətdiyi sübuta yetirilməyib. 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ağır durumda olan, tam hərəkətsiz və daima yatağa bağlı olduğundan təbii ehtiyacını belə özü təmin edə bilməyən bir insana, cəzasının ilk 5 ilini Qobustan Qapalı Tipli Həbsxanasında çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb. Özünə baxa bilməyən, yatağa məhkum edilmiş iflic, əlil vətəndaşın 15 il müddətinə azadlıqdan məhrum edilməsi əslində humanizm prinsiplərinə ziddir. İnkişaf etmiş ölkələrdə bədəninin 80 faizi işləməyən iflic şəxsləri ev dustaqlığına buraxırlar. Eyni zamanda bu amansız hökm Azərbaycanımızın milli-mənəvi dəyərlərinə kölgə salır. Bu gün hətta düşmənə qarşı tolerantlıq nümayiş etdirən ölkəmizin məhkəməsinin öz vətəndaşına qarşı çıxardığı hökmü eşidənlər buna mat qalır.

Oğlum iflicdir, kiminsə köməyi olmadan özünə baxması mümkünsüzdür, hətta artıq onun bağırsaqlarına mikrob düşüb. Əbülfəz təbii ehtiyacını yerinə yetirməkdə çətinlik çəkdiyinə görə, günlərlə ac qalır, yeməkdən imtina edib. Lakin bütün bunlar nəzərə alınmadan onu bu günə qədər ağır vəziyyətdə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə Müəssisəsində hər kəsdən, hər şeydən təcrid edilmiş vəziyyətdə saxlayırlar. Hospitalda ona yerləşdirildiyi palatada olan xəstə məhkumlar baxır, yeməyinə, təbii ehtiyacını ödəməyə, yuyunmağına yardım edirlər. Amma son vaxtlar orda olan xəstələrin özü də əməliyyat keçirdiyindən Əbülfəz tam baxımsız qalıb və mən sonuncu dəfə ona baş çəkməyə gedəndə gördüm ki, artıq tamamilə arıqlayıb, heydən düşüb.

Onun durumu ilə bağlı Ombudsman Aparatına, Ədliyyə Naziri Fikrət Məmmədova, Penitensiar Xidmətin rəhbəri Ceyhun Həsənova rəsmi müraciət etdim. Amma bu qurumların hamısı eyni cavabı verdi ki, Əbülfəz aldığı cəzanın yarısını çəkməlidir. Bu da 7 il deməkdir, amma mən görürəm ki, oğlum bu durumda 7 ay belə yaşaya bilməz.

Ya onu ev dustaqlığına buraxsınlar, ya da normal şəraitdə olan bir palata ilə təmin edib ona baxmaq üçün tibb işçisi təyin etsinlər. Oğlum xəstə məhkumların ümüdünə qalıb. Əgər ona salındığı yerdə biri baxmayacaqsa, onda o niyə onu ev dustaqlığına buraxılmır?!

Axı bundan əvvəl də o ev dustağı olub. Nə cinayət edib? Heç bir hərəkət edə bilməyən, heç kimlə görüşməyən bir insana bu cəzanı kəsməyin mənası nədir? Əbülfəz ev dustaqlığında olarkən həyət qapımızda daima polis maşını dayanıb. Qızlarım belə evimə buraxılmayıb. Bunlar da mənə bir ana kimi əzab verib. Amma tək ona görə şükr etmişəm ki, quru nəfəsi də olsa oğlum yanımdadır. Onu öz əllərimlə yedirdə bilirəm. Mənim artıq ayaqlarım tutulub, yeriməyə əziyyət çəkirəm, bu azmış kimi, övladımın da əzabını mənim üzərimə yükləyənlərin məqsədi nədir, bunu anlaya bilmirəm.

Sizdən bir ana kimi xahiş edirəm ki, insanlıq naminə mənim oğluma yardım edin, onun azyaşlı körpələrinin olmasını və sağlıq durumunun son dərəcə ağır olduğunu nəzərə alıb, məhkumluğunu ev dustaqlığı ilə əvəz edilməsi üçün əlinizdən gələni əsirgəməyəsəniz.

Hörmətlə: Bünyadova Xeyriyyə Qasım qızı

Ünvan: Bakı şəhəri Nardaran Qəsəbəsi. Ş.Tuti küç Döngə 5. Ev 2.

Əlaqə telefonu: 0553137212, 0775620187"

Çərşənbə axşamı, 25 İyun 2019 14:20

Baş redaktorun şikayəti təmin edilməyib - VİDEO

Yazan
Həyat yoldaşı Polad Aslanovla görüşə bilmir
İyunun 24-də Bakı Apelyasiya Məhkəməsində "xeberman.com” saytının təsisçisi və baş redaktoru, dövlətə xəyanətdə təqsirləndirilən Polad Aslanovun haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərardan verilən şikayətə baxılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan P.Aslanov özü də məhkəmədə iştirak edib. Məhkəmə qapalı keçirilib.
Bu barədə Meydan TV-yə məlumat verən həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, Polad özünü təqsirli bilməyib, haqqındakı həbs qərarının da əsassız olduğunu, DTX əməkdaşlarının qanunsuz əməllərinə görə cəzalandırıldığını deyib. Hakim Həsən Əhmədovun sədrliyilə keçirilən məhkəmənin sonunda apelyasiya şikayətinin təmin olunmadığı elan edilib. P.Aslanov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə Səbail Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərarı qüvvədə saxlanılıb.
G.Aslanova bildirir ki, həyat yoldaşının həbsindən sonra onunla nə görüşə biliblər, nə də telefonla danışıblar: "İyunun 12-də Naxçıvanda ailəvi dostumuzun qızının toyuna gedirdik. Biləsuvar sərhəd-buraxılış məntəqəsində yoxlama zamanı sənədlərimizi, telefonlarımızı aldılar. Bir saat saxlayandan sonra bizi DTX-nın Biləsuvar şöbəsinə apardılar. Orada rəis dedi ki, sizi aparıb Bakıda bir nəfərə təhvil verməliyəm. Bizi Bakıya gətirdilər, ondan sonra Poladı görmədim. Bir qədər sonra gəlib həm bizim evimizdə, həm də Poladın anasıgildə axtarış apardılar. Telefon, kompüter, nömrə, saytın vəsiqəsi və s. nə lazımdırsa özlərinə, yığıb apardılar. Gecə 1-in yarısına qədər məni də sorğu-suala çəkdilər. O gecə evə gələndən sonra Polad zəng eləyib həm mənimlə, həm anasıyla danışdı. Dedi ki, "mən günahsızam, mənə vəkil tutun, müdafiəmə qalxın”. Bir də paltar aparmağımızı istədi. O vaxtdan sonra danışmamışıq”.
G.Aslanova bildirir ki, həyat yoldaşı Məşhəd, Kərbəla ziyarətinə gedən zəvvarların səfərlərini təşkil edən firmalardan hər zəvvara görə DTX əməkdaşlarının rüşvət alması barədə yazılar yazmışdı.
Onun sözlərinə görə, şirkət rəhbərinin özünün bu barədə məktubu vardı, P.Aslanov da həmin məktubu saytına yerləşdirmişdi: "Yazılardan sonra Polada zənglər gəldi, saytdan yığışdırılmasını istədilər. Hətta pul da təklif elədilər. Razılaşmadı. Bundan sonra təzyiqlər başladı. 29 yaşında onu qəfildən hərbi xidmətə apardılar. Baxmayaraq ki, hərbi qanunlarda yazılan çəkiyə uyğun gəlmirdi – boyu 1.72, çəkisi isə 45 kiloqramdan da aşağı idi. Ürək damarında problem vardı. Lakin qanunsuzluğa əl atıb, 19 aprel 2018-ci ildə hərbi çağırış haqqında sənəd göndərmədən, onu hərbi xidmət adıyla Naxçıvana göndərdilər”.
Həyat yoldaşının sözlərinə görə, hərbi hissədə də P.Aslanova qarşı təzyiqlər səngiməyib. Bu ilin aprelində hərbi xidmətdən qayıdandan sonra isə müxtəlif şəxslər vasitəsilə ona qeyri-rəsmi əməkdaşlıq təklif olunub: "Polad özü də bu məsələni ictimailəşdirmişdi, "Facebook” profilində də var. Ona yazıları silməyi, pul, DTX ilə əməkdaşlıq təklif edən insanlara səslənərək yazmışdı ki, mən sizin işinizə qarışmadığım kimi, siz də mənim işimə qarışmayın. Hətta bir jurnalist zəng elədi ki, "gəl, səni DTX-ya aparım, narahat olma, söhbət eləyərsiz, salamat da çıxaracağam”. Polad Aslanov getmədi”.
P.Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur.
Azərbaycan Respublikası Baş nazirinin müavini İsmət Abbasovun oğlu Yunis Abbasovun radikal dini təriqət üzvü olduğu iddia olunur.
 
Bu barədə "Yeni Müsavat” qəzeti məlumat yayıb. 
 
Londonda böyük mal-mülk sahibi olan  Yunis Abbasovun sələfi olduğu deyilir. 
 
Yunis Abbasov uzun illərdir ki, Londonda yaşayır. Özünün açıqlamalarına görə, orada özünə biznes qurub. 
 
Belə iddialar da var ki, oğul Abbasovun Londondakı biznesi ata Abbasovun  kapitalı hesabına formalaşıb. İsmət Abbasov isə heç vaxt biznesmen olmayıb, onun məmur olaraq maaşı da oğluna böyük varidat ötürməsinə imkan verəcək qədər deyil. 
 
Ehtimal olunur ki, Yunis Abbasovun biznesinin mayasında atasının nazir və başqa vəzifələrdə işlədiyi dövrlərdə qeyri-qanuni yollarla əldə etdiyi pullar dayanır. Zaman-zaman yerli və xarici mediada Yunis Abbasovun varidatı haqda xəbərlər yayılır.
 
Hazırda Abbasovların Dumanlı Albionda 21 milyon dollarlıq mal-mülklərinin olmasını təsdiqləyən sənədlər ortalıqdadır. Belə anlaşılır ki, Yunis Abbasov bir neçə 10 milyonluq varidatın sahibidir. 
 
Onun Böyük Britaniyada radikal dini təriqət üzvü olması xəbəri də yeni deyil. Bildirilir ki, Abbasov hələ Londonda təhsil alarkən dini baxışlarını dəyişib və sələfi təriqətinin daşıyıcısına çevrilib. Böyük pullara sahib Yunis Abbasov məmur oğlu olaraq dini baxışlarını dəyişən ilk azərbaycanlı deyil. 
 
Bakının keçmiş icra başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun da sələfi olması iddiaları illərdir ki, mətbuatda dolaşır və təkzib olunmur.
Yunis Abbasov
Çərşənbə axşamı, 25 İyun 2019 10:35

Şirməmməd Hüseynov II Fəxri Xiyabanda dəfn olunacaq

Yazan

Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin (BDU) Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovun dəfn olunacağı yer müəyyənləşib.

"Report"un məlumatına görə, Ş.Hüseynov İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, saat 11:00-dan 13:00-dək Ş.Hüseynovla BDU-da vida mərasimi keçiriləcək.

Xatırladaq ki, Ş.Hüseynov iyunun 24-də 95 yaşında vəfat edib.

6 -dən səhifə 227

Günün videosu