Salyan Rayon Sakini Coşqun Nuriyev 3 ildir ki, vərəm xəstəliyindən əziyyət çəkir. O, mayın 22-də xəstəliyinə görə müalicə ala bilmədiyini, sosial problemləri olduğunu deyərək, Bakıya – Prezident iqamətgahına üz tutub. Oradan polis əməkdaşları tərəfindən saxlanılıb və şəxsiyyət pozğunluğu diaqnozu ilə Maştağa qəsəbəsindəki 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası aparılıb.

Səhiyyə Nazirliyinə gələn anası Təranə Nuriyeva oğlunun psixoloji xəstəliyi olmadığını deyir.

"Gedib, İlham Əliyevin iqamətgahının yanında durdu. Dedi, mütləq kimsə gəlib məni aparacaq, soruşacaq ki, burada niyə durmusan? Mən də dərdimi danışacam… Kömək istəyir, müalicə istəyir. Bunlara söz gəlməsin deyə, məni çağırdılar Salyan Rayon Polis Şöbəsinə. Məndən məcburi şəkildə izahat alıb, oğlumu Maştağadakı dəlixanaya yerləşdirdilər”-anası Təranə Nuriyeva deyir.

Təranə Nuriyeva danışır ki, Salyan Rayon Polis işçiləri ona hədə-qorxu ilə oğlunun psixoloji pozğunluğu olması ilə bağlı izahata qol çəkdiriblər. Üstəlik, bu, daha əvvəllər də baş verib. Coşqun Nuriyev daima səhiyyədən, Salyan Rayonunda yaşanan problemlərdən şikayətləndiyi üçün o, bu şəkildə cəzalandırılıb.

İddialara münasibət öyrənmək DİN-in mətbuat xidmətinə gün ərzində etdiyimiz zənglərə cavab ala bilmədik. Səhiyyə Nazirliyinin əməkdaşı araşdırıb məlumat verəcəyini desə də, sonradan əlaqə saxlamaq mümkün olmadı.

Səhiyyə Nazirliyində qəbul edildikdən sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasından Tərana Nuriyevaya deyilib ki, oğlunun buraxılması növbəti komissiyada müzakirə oluna bilər. (meydan.tv)

Ukrayna prezidenti Vladimir Zelenski Almaniyaya səfər edib. 

Bu, yeni prezidentin Almaniyaya ilk səfəridir. Səfərin proqramına əsasən, V.Zelenski ilk görüşünü paytaxt Berlində Bundestaqın prezidenti Volfqanq Şoyble ilə keçirəcək. Məlumata görə, bir günlük səfər çərçivəsində Vladimir Zelenski Almaniya kansleri Anqela Merkel ilə işgüzar nahar edəcək. Daha sonra tərəflər mətbuat konfransı keçirəcək.

Ukrayna prezidenti həmçinin “Bellevue” sarayında Almaniya prezidenti Frank-Valter Ştaynmayer ilə görüşəcək. Bildirilir ki, bir günlük səfər zamanı prezidentin bir sıra alman siyasətçiləri ilə görüşləri planlaşdırılır.

"İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır".  Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın keçirdiyi təlimlərə bu cür münasibət bildirib. "İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin iyunun 17-də başladığı “geniş miqyaslı” hərbi təlimlər Ordumuzun ön xətt bölmələri tərəfindən xüsusi müşahidə vasitələri və cihazları ilə ciddi izlənilir və tam nəzarətdə saxlanılır",- bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada vurğulanır.

"Bildiririk ki, dəfələrlə olduğu kimi, qarşı tərəf bu dəfə də cüzi sayda şəxsi heyət və texnikanı cəlb etməklə keçirdiyi məşğələni “geniş miqyaslı” təlim kimi təqdim etməyə çalışır.

Düşmən tərəfinin təlimlərə guya 10 min şəxsi heyət və çoxlu sayda döyüş texnikası cəlb etməsi barədə yaydığı məlumatın tam əksinə olaraq təqdim edilən videodan da görünür ki, ermənilər həmişə olduğu kimi yenə də özünəməxsus saxtakarlıq etməklə öz ictimaiyyətini aldadırlar",- deyə, nazirlikdən bildirilib. (Report.az)

Çərşənbə axşamı, 18 İyun 2019 18:51

Yeni sosial evlərin satılacağı vaxt bəlli oldu

Yazan

Yeni sosial evlərin satılacağı vaxt bəlli olub. Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib ki, Xəzər sahilindən yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir. Gələn ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır.

Bildirilir ki, 11 çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək. (Oxu.az)

Çərşənbə axşamı, 18 İyun 2019 18:47

Rusiya və Türkiyə arasında İdlib “düyünü”

Yazan

Suriyanın şimalında İdlib vilayətində gərginlik günü-gündən yüksəlir. Ən son olaraq İdlibdə Türkiyə ordusuna məxsus müşahidə məntəqəsinin Suriya ordusu tərəfindən atəşə tutulması gərginliyi daha da yüksəldib.

Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, İdlibdə gərginliyi azaltma bölgəsinə daxil olan Tall Bazan rayonu Murak məntəqəsində yerləşən Türkiyə ordusuna məxsus 9 saylı müşahidə məntəqəsi bazar ertəsi Suriya ordusu tərəfindən minaatanlarla atəşə tutulub. Türkiyə ordusu cavab atəşi açıb.

İdlibdəki gərginliyə Çində səfərdə\ olan Suriya xarici işlər naziri Vəlid Muallim də münasibət bildirib. Pekində mətbuat konfransı keçirən Muallim bildirib ki, Suriya Türkiyə ilə toqquşma istəmir. Sitat: “Ümid edirik ki, ordumuz Türkiyə ordusu ilə savaşmayacaq. Bu bizim prinsipial mövqeyimizdir”.

Suriya XİN rəhbəri deyib ki, onların əsas düşməni İdlibdəki terrorçulardır. İdlibin Suriya ərazisi olduğunu deyən Muallim Türkiyənin Suriya ərazisində ordu saxlamasını “işğal” adlandırıb. Vəlid Muallim Türkiyənin İdlibdə əl-Qaidənin Suriya qolu ən-Nusra cəbhəsi və uyğurlardan ibarət Türkistan İslam Cəbhəsi kimi qrupları qorumağa çalışdığına işarə edən Muallim Ankaranın bu suallara cavab verməli olduğunu deyib.

Baxmayaraq ki, Türkiyə və Rusiya daha əvvəl Astana, indi isə Soçi prosesini birgə aparır, Suriya münaqişəsinin həllində yaxından iştirak edirlər, amma indi İldib məsələsi Rusiya və Türkiyə arasında əsas fikir ayrılığı mənbəyidir. Yeri gəlmişkən, Muallimin etiraz etdiyi İdlib anlaşmasını 2018-ci ilin sentyabrında Ərdoğan və Putin Soçi görüşündə razılaşdırıb. Həmin görüşün nəticələrinə əsasən İdlibdə Rusiya, İran və Türkiyənin iştirakı ilə atəşkəsə nəzarət məntəqələri yaradılıb. Tərəflərin təmas xətti arasında silahsızlaşdırılmış bölgə yaradılıb. Yəni Türkiyənin İdlibdəki ordu qüvvələri Suriya hakimiyyətinin əsas himayəçisi olan Rusiyanın razılığı ilə orda yerləşib.

Lakin indi İdlib mövzusu Ankara və Moskva arasında əsl soyuqluq mənbəyinə çevrilib. Çünki Suriyanın şimalında, Türkiyə ilə sərhəddə yerləşən İdlib vilayəti hazırda tamamilə suriyalı müxaliflərin nəzarətində olan, ən-Nusra və HTŞ, Təhrir əş-Şam və sair radikal silahlı qrupların yerləşdiyi bir regiondur. Təbii ki, indi həm Suriya hökuməti, həm də Rusiya bu vilayətin silahlılardan təmizlənib Suriya ordusunun nəzarətinə keçməsini istəyir. Çünki belə olarsa o zaman Türkiyə və Suriya sərhədinin böyük bölümü rəsmi Dəməşqin nəzarətinə keçər, eyni zamanda Rusiya ordusunun əsas bazalarının yerləşdiyi ərazi silahlıların təhdidindən azad olar.

Ancaq məsələ ondadır ki, müharibədən əvvəl 1,5 milyon əhalinin yaşadığı İdlibdə indi 3 milyona yaxın insan yaşayır. Bunun böyük bir qismi isə son 3 ildə Suriyanın digər bölgələrindən qaçaraq İdlibə yerləşən silahlılar və onların ailələri, yəni ümumi mənada hökumətə müxalif olanlardır. Yəni İdlibdə əməliyyat başlasa bu insanların böyük bir qismi Türkiyəyə qaçacaq. Digər tərəfdən, İdlibdə əl-Qaidə və bənzər qruplar, həmçinin uyğurlardan ibarət Türkistan İslam Partiyası adlı təşkilatın silahlı qanadı var. Bu insanlar İdlibdə yerləşib və müharibə olarsa onlar da Türkiyəyə qaçmalı olacaqlar. Bundan başqa İdlibin hökumətin nəzarətinə keçməsi Suriyada keçid prosesində hərbi müxalifətin rolunu demək olar ki, sıradan çıxarır. Çünki yerdə yalnız Türkiyə ordusunun “Fərat Kalkanı” və “Zeytin Dalı” əməliyyatları nəticəsində nəzarətə götürdüyü bölgələr qalır.

Bu səbəbdən də Türkiyə İdlibdə hökumət qüvvələrinin əməliyyat keçirməsini istəmir. Moskva isə vaxtın uzadılmasınan narazıdır və tezliklə əməliyyatın keçirilməsini istəyir. Məhz bu mövzuda Ankara və Moskva hələ də anlaşa və ortaq variant atap bilmirlər. Qeyd edək ki, daha öncə Türkiyə dəstəklədiyi hərbi birliklər vasitəsilə İdlibdəki terrorçu qrupları təmizləməyə çalışsa da, bu, mümkün olmadı. Üstəlik əhalinin həddən artıq sıx məskunlaşması və terrorçu qruplarla müxaliflərin qarışıq olması vəziyyəti daha da mürəkkəbləşdirir.

Xatırladaq ki, 2018-ci ilin sentyabrında Soçidə əldə olunmuş razılaşmaya əsasən Türkiyə ordusunun bölgədə 12 ədəd atəşkəsə nəzarət məntəqəsi mövcuddur. Soçi razılaşmasına əsasən İdlibin mərkəzindən keçən silahdan təmizlənmiş bölgə yaradılacaq, şimal qalan bölgələrdə isə atəşkəsə nəzarət ediləcəkdi. Silahdan təmizlənmiş bölgədə isə Rusiya və Türkiyə ordusu patrulları hərəkət etməli idi. Ancaq bu planın bəzi məqamları işləmədi. Üstəlik, bu anlaşmadan sonra İdlibin böyük hissəsi HTŞ-nın, yəni ”Əl-Qaid"ənin nəzarətinə keçdi.

Ən son olaraq silahlıların hücumlarının artması, eləcə də Türkiyənin təsirində olan qüvvələrin İdlibdə gücünün zəifləməsi Suriya hökumətinin İdlibə hücumu üçün əsas verirdi. Moskva isə hələ ötən ildən İdlibdə nəzarətin “Əl-Qaidə”də olduğunu əsas gətirərək vilayətdə antiterror əməliyyatlarının başlamasını təklif edirdi. Son zamanlar silahlıların yenidən fəallaşması Rusiya və Suriya hökumətinin İdlibdə əməliyyata başlaması üçün əsas verir.

Bölgə analitiklərinə görə, Suriya hökumətinin hələlik İdlibin cənubunda başlatdığı əməliyyatın əsas hədəfinin Dəməşq, Hums, Hama şəhərləri də daxil olmaqla, ölkənin mərkəzindən Hələb şəhərinə və şimal sərhədlərinə qədər birləşdirən M-5 magistralının və Hələblə qərb rayonları, o cümlədən Laziqiyyə vilayətini birləşdirən M-4 magistralının silahlıların nəzarətindəki hissəsinin azad edilməsidir. Bundan başqa, Laziqiyyə əyalətində Rusiyanın hərbi bazaları, o cümlədən əsas hərbi hava bazası olan Xmeymim yerləşir. Bu bazaya ara-sıra silahlı müxaliflərin hücumları baş verir. (Musavat.com)

Çərşənbə axşamı, 18 İyun 2019 14:26

Neft yenidən ucuzlaşıb

Yazan

İyunun 17-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 1,66% azalaraq 1 barelə görə 60,98 dollar təşkil edib.

İyunun 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 1,22% azalaraq 51,87 dollar təşkil edib.

 

Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının iyunun 16-da Moskvada, Aerostar hoteldə növbədənkənar toplantı keçirib. Toplantıya Rusiyadakı Azərbaycan diaspor qurumlarının sədrləri və fəalları qatılıb.

Musavat.com-a verilən məlumata görə, növbədənkənar toplantının gündəmindəki əsas məsələ Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının regionlardakı nümayəndəliklərinin seçilməsilə bağlı olub. Tədbir iştirakçıları eyni zamanda Rusiya Azərbaycanlıları İttifaqının loqosu, Nizamnaməsi, 2019-cu ilin tədbirlər planını da müzakirə ediblər.

Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov qeyd edib ki, Rusiya Azərbaycanlıları İttifaqı vahid mərkəzdən koordinasiya edilən diaspor qurumu yaratmaq yolunda tarixi şansdır. Onun fikrincə, bütün təbəqələrdən olan soydaşlarımızı birləşdirəcək qurumun yaradılması sosial sifarişdir: ”Diaspor təşkilatlarının pərakəndə fəaliyyətinin fəsadları, yaranan böhranın həlli yolunda son illər müşahidə edilən uğursuz cəhdlər belə bir sosial sifarişin əsas yaranma səbəbidir. 1988-ci ildən başlayan diaspor fəaliyyətimiz Dünya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondu çərçivəsində bir çox ölkələrdə davam etməkdədir. Hətta Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyət göstərdiyi müddətdə Dünya Azərbaycanlıları İttifaqı Rusiyada və onun hüdudlarından kənarda daha fəal olub. ÜAK 3 ildir ki, yoxdur. Bu 3 ildə nə guclu diasporu qura biləcək ideya, nə çoxsaylı diasporumuzun rəğbətini qazanmış federal miqyaslı rəhbər ortaya çıxmadı. Təbii ki, biz böhrana laqeyd qala bilməzdik. Biz 30 illik diaspor təcrübəmizə arxalanaraq, bu təşəbbüsü üzərimizə götürdük və ümid edirik ki, real nəticələr Azərbaycan diasporunun güclənməsinə, onun arzu etdiyimiz məqama yüksəlməsinə imkan yaradacaq”.

Regional diaspor qurumlarının təmsilçiləri çıxışlarında Rusiya Azərbaycanlıları İttifaqı ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər. “Smolniy Universiteti” Elm-Təhsil Konsorsiumunun prezidenti, professor Heydər İmanov yeni təşkilatın işində yaxından iştirak edəcəyini, öz təcrübəsini vətənpərvər soydaşları ilə bölüşəcəyini bildirib.

Sankt-Peterburqdakı “Azərbaycan diasporu” təşkilatının sədri Sabir Məsimov Şimal-Qərb Federal Dairəsində Rusiya Azərbaycanlıları İttifaqının möhkəmlənməsi istiqamətində iş aparacağını vurğulayıb.

Rusiya Azərbaycanlıları İttifaqının İdarə Heyətinin üzvü, tanınmış diaspor fəalı Tofiq Rzayev Kalininqrad vilayətində vitse-admiral Həmid Qasımbəyovun xatirəsinin əbədiləşdirilməsi məsələsində maddi yardımına görə RAİ prezidenti Fizuli Məmmədova, eləcə də ideyanı dəstəkləyən Baltiysk şəhərinin merinə və ictimaiyyətinə təşəkkür edib. Layihə haqqında toplantı iştirakçılarına geniş bilgi verən Tofiq Rzayev bildirib ki, bu önəmli hadisə əslən Azərbaycandan olan vətəndaşların Rusiyada necə böyük yeniliklərə imza atmasının göstəricisidir.

Yaroslavl Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Asman Hüseynov, Velikiy Novqorod şəhərindəki “Bakılı” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Elşad Qurbanov, Xabarovsk şəhərindəki “Azərbaycanlıların dostluğu” Cəmiyyətinin sədr müavini Əhəd Əhədov, Voronej vilayətindəki “Xəzər” Cəmiyyətinin İdarə Heyətinin sədri Eldar Sadıqov, Tatarıstan Respublikasındakı “Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının” prezidenti Sərraf Kərimov, Kirov vilayətindəki “Azərbaycan” Xeyriyyə Fondunun prezidenti Elnur Hüseynov, Moskvanın Oçakov-Matveev rayonu uzrə milli mədəni müxtariyyət sədrinin müavini Rahib Bayramov, Rusiya Azərbaycanlıları İttifaqının İdarə heyətinin üzvü Mais Cəfərov və Novorossiysk şəhərindəki Azərbaycan diasporunun Təbriz təşkilatının sədri Cəlal Abdullayev Rusiya Azərbaycanlıları İttifaqının fəaliyyəti ilə bağlı fikir və təkliflərini bildiriblər.

Müzakirələr zamanı siyahıda adı keçən şəxslər RAİ-nın vitse-prezidentləri və Rusiya regionları üzrə rəhbərləri seçiliblər:

1. Mais Cəfərov – vitse-prezident
2. Elnur Hüseynov – vitse-prezident

1. Asman Hüseynov – Yaroslavl nümayəndəliyinin rəhbəri
2. Eldar Sadıqov – Voronej nümayəndəliyinin rəhbəri
3. Elşad Qurbanov – Velikiy Novqorod nümayəndəliyinin rəhbəri
4. Elşən Əliyev – Ryazan nümayəndəliyinin rəhbəri
5. Rakif Əzizov – Dağıstan Respublikası nümayəndəliyinin rəhbəri
6. Xanoğlan Əliyev – Moskva vilayəti, Ximki şəhəri nümayəndəliyinin rəhbəri
7. Sabir Məsimov – Sankt-Peterburq vilayəti nümayəndəliyinin rəhbəri
8. Sərraf Kərimov – Tatarstan Respublikası nümayəndəliyinin rəhbəri
9. Tofiq Rzayev – Kalininqrad vilayəti nümayəndəliyinin rəhbəri
10. Əli Kazımov – Moskva şəhəri, Oçakovo – Matveevsk rayonu nümayəndəliyinin rəhbəri

Adı çəkilən şəxslərin vəzifə səlahiyyətləri Rusiya Azərbaycanlıları İttifaqının qurultayına qədər qüvvədə olacaq. Səlahiyyətlərin uzadılmasına qurultay qərar verəcək.

(Musavat.com)

Çərşənbə axşamı, 18 İyun 2019 14:12

Mursini hökumət öldürüb – Müsəlman Qardaşları

Yazan

Müsəlman Qardaşları təşkilatı Məhəmməd Mursinin ölümünə görə məsuliyyəti Misirin indiki hakimiyyətinin üzərinə atıb.

Təşkilat yaydığı bəyanatda olayın qətl olduğunu bildirib.

Beynəlxalq İnsan Haqları təşkilatı da Misir hökumətini tənqid edib. Təşkilat yaydığı bəyanatda Mursinin ölümünün dəhşətli, amma gözlənilən olduğunu bildirib. Hüquq müdafiəsi təşkilatı keçmiş prezidentə hakimiyyət tərəfindən heç bir tibbi yardım göstərilmədiyini bəyan edib.

Qeyd edək ki, Mursi dünən məhkəmə zalında vəfat edib. Sabiq prezidentin məhkəməyə çağırılmasına səbəb hökumətin ona qarşı irəli sürdüyü HƏMAS lehinə casusluq etmək iddiası olub. (axar.az)

Çərşənbə axşamı, 18 İyun 2019 13:58

Misirin keçmiş prezidenti Morsi məhkəmədə vəfat edib

Yazan

Misirin devrilmiş prezidenti Muhammad Morsinin iyunun 17-də Qahirədə keçirilən məhkəmə dinləməsində halı pisləşib və o qəfəsdəki müttəhimlər kürsüsündən yıxılaraq vəfat edib.

Misirin dövlət prokuroru deyib ki, Morsi iyunun 17-də məhkəməyə müraciətini oxuduqdan sonra yıxılıb.

Morsi xəstəxanaya aparılsa da, orada vəfat etməsi rəsmən elan olunub. Bu barədə verilmiş məlumatda deyilir ki, Morsinin bədənində heç bir zorakılıq izləri yox idi.

Misir dövlət televiziyasının bildirdiyinə görə bu məhkəmədə Morsiyə qarşı casusluq ittihamı araşdırılırdı.

Bu ittiham ona qarşı Fələstinin islamçı Həməs qruplaşması ilə iddia edilən əlaqələrinə görə irəli sürülmüşdü.

67 yaşlı Morsi bir vaxtlar hazırda qadağan edilmiş Müsəlman Qardaşlığı hərəkatının aparıcı fiqurlarından idi.

O Misirin ilk demokratik seçkili prezidenti idi, lakin 2013-cü ildə baş vermis hərbi çevriliş nəticəsində devrilmişdi.

Morsi həmin vaxtdan bəri həbsdə saxlanırdı, hakimiyyət isə onun ölkədəki tərəfdarları üzərinə təqibləri gücləndirmişdi.

Müsəlman Qardaşlığı təşkilatı Misir iqtidarını Morsini bilərəkdən “tədricən öldürməkdə” ittiham edib.

Hərəkat bildirib ki, “Morsi təkadamlıq kamerada saxlanırdı, ona dərmanları verilmirdi, ona verilən yeməklər iyrənc idi və o özünün təməl insan haqlarından məhrum edilmişdi”.

Morsi ilə sıx bağlara malik Türkiyə prezidenti Recep Tayyip Erdoğan onu “şəhid” adlandırıb və bu ölümə görə Misir “tiranlarını” ittiham edib. (azadliq.org)

Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Mübariz İbrahimovun şəhid olduğu gündür.
 Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
 Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
 2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
 
Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilib.
8 -dən səhifə 227

Günün videosu