Bu gün dünyada ədaləti bərpa edən Şəxsiyyətin doğum günüdür Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Bu gün hicri-qəməri tarixi ilə müqəddəs şaban ayının 15-i, yəni müsəlmanların 12-ci imamı Məhəmməd ibn Həsən əl-Məhdinin mövludu günüdür.

“Sahibəzzəman”, “Vəliyyi-əsr”, “Vəd edilmiş Mehdi”, “Höccət” 12-ci imamın ən məşhur ləqəbləridir.

Peyğəmbərdən (s) nəql edilən hədisə əsasən, onunla Mehdinin adı və künyəsi eynidir və o, dünyanın sonuna bir gün qalsa belə, zühur edərək, yer üzündə ədaləti bərpa edəcək.

Bir çox hədislərdə qeyd edilir ki, müsəlmanlar bunun üçün, birinci növbədə, özlərini və cəmiyyətlərini islah etməli və bundan sonra onun gəlişini gözləməlidirlər.

Bəzi hədislərdə isə özlərini islah etmiş möminlərin 12-ci imamı gözləmələrinin ibadət kimi qəbul edildiyi bildirilir.

Məkkədə yaşayan Qüreyş tayfasından və Peyğəmbərin (s) nəslindən olan, Məhəmməd adlı 12-ci rəhbərin cəmiyyətə çıxaraq ədaləti bərpa edəcəyi heç bir müsəlman məzhəbi tərəfindən təkzib edilməyib və məhz buna görədir ki, hazırda qeybdə olan imamın doğum günü bütün müsəlmanlar tərəfindən xüsusi şəkildə qeyd olunur.

Oxu 143 dəfə