Məhdi – Nağıl, xülya yoxsa həqiqət? Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

İmam Məhdi (s) barədə olan fikirləri üç qismə bölmək olar:

1- Məhdi söhbəti uydurmadır, nağıldır;
2- Məhdi haqdır amma hələ doğulmayıb;
3- Məhdi haqdır və aramızdadır. İlahi vaxtın çatmasını gözləyir.
Özünü müsəlman hesab edərək birinci bəndi iddia edənlər əslində Quranın 2-ci surəsinin 4-cü və 285- ci ayəsinə əsasən imansız hesab olunur. Çünki Məhdinin (xilaskarın) gəlişi Quranda öz əksini tapır. Quranın bəzi ayələrinin inkarı elə Quranın inkarı deməkdir.

Özünü müsəlman hesab edərək 2-ci bəndi dəstəkləyənlər Məhdini (s) təsdiq etsələr də özləri də bilmədən yaxud bilərəkdən Onun gəlişində özləri üçün böyük maneə yaradır. Belə ki, bir gün O gələrsə “Sən yalançısan, Məhdi hələ doğulmayıb” deməyə məcburdurlar. Bu cür düşünənlərdə Dəccal və onun geniş miqyaslı fitnələrini nəzərə alaraq Mehdi ilə Dəccalı səhv salmaq ehtimalları böyükdür. Onlardan “Bəs bu Məhdi nə vaxt doğulacaq? Biz onu haradan tanıyacağıq?” sualları soruşulduqda buna cavab verə bilmirlər. Yaxud da “Bəzi əlamətlər onun kimliyini bizə məlum edəcək” deyirlər. Axı həmin əlamətlərin onun kimliyini təsdiq etmək üçün Onun dünyaya gəlməsi vacibdir! Elə həmin əlamətlərdən bəziləri Dəccalı da tanınmasına şamil olub. Hələdə doğulacağını gözlədiyiniz, təsəvvürünüzdə hələ nütfəsi belə olmayan bir insan səhər bığlı-saqqallı bir kamil insan formasında Mehdi olduğunu iddia etsə bunu necə qəbul edəcəksiz?... (Aydın məsələdir ki, bu baxış çoxlarımıza məlum olan Peyğəmbərdən (s) sonrakı iyrənc siyasətin ortaya atdığı məsələdir. Mehdini inkar etmək mümkün olmadığına görə əhli-Beytə (ə) olan düşmənçilik səbəbindən məsələni qeyri-məlum bir zamana tullamışlar. Bu baxışın özündə də Quranın bəzi ayələrini və Allah Rəsulunun hədislərini qulaqardına vurma vardır)

Özünü Müsəlman hesab edərək üçüncü bəndi iddia edənlər isə həm Qurana, həm sünnəyə həm də ağıla müvafiq olaraq haqlıdır! 
Quran buyurur: “Biz kitabdan sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin varis olacağını yazmışdıq” (21/105). Aydın məsələdir ki, bu günümüzdə də hələ Allahın saleh bəndələri yer üzünə varis deyil. Yəni bu gələcəkdə olacaq. 
Hədis də buyrulur: “Peyğəmbər (s) buyurmuşdur: “Axır zamanda mənim Əhli-Beytimdən (ə) bir nəfər zühur edərək dünyanı ədalətlə dolduracaq. Hətta qiyamətə bir gün qalsa belə...”. Bu məzmunda hədislər olduqca çoxdur. Göründüyü kimi söhbət Əhli-Beytdən olan diri İsandan gedir.

Ağıl deyir: “Madam ki, Quran buyurur, hədislər buyurur və bu aləmin də sonu olmalıdır niyə də son xöşbəxt sonluqla bitməsin? Axı dünyada olan bu qədər ədalətsizliyə bir dur deyən olmalıdır. Həta biz görə bilməsək belə, dünya həyatında qlobal stimul verən bir ideya olmalıdır. Quranın vəd etdiyi bu varisliyin başında birnəfər rəhbər olmalıdır! Hədislər həmin rəhbərin Əhli-Beytdən olacağını deyir, Əhli-beytin də kimlər olması aydındır. Bu səbəbdən Əhli-Beytdən olan 11-ci İmamın övladı hazırda sağ olmalıdır. Hələ uşaq ikiən özünü təsdiq etməlidir. Mehdini tanıtdıran əlamətlərin müqəddiməsi bu zamandan yəni o doğulduğu andan başlamalıdır və sairə. 
Əziz dostlar Allah düşmənlərinin ilk işi Məhdəviyyatı insanların zehnindən silməkdir. Bəziləri isə asanlıqla bu cür tora düşür. Allah bizləri də Məhdini (s) görənlərdən etsin! Amin.

İlahiyyatçı Səyavuş Yəhyayev

10857885 855252714526122 342570720846988836 n

Oxu 25 dəfə