Almaniyada Aşura Konfransı keçiriləcək Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Almaniyada Aşura Konfransı keçiriləcək. Bu barədə Xeberinfo.de-ə Gelsenkirchen şəhər məscidinin başqanı Əli Kılıc məlumat verib.

Ə.Kılıcın sözlərinə görə, hər il Aşura konfransı keçirmək ənənə halını alıb: “Hər il Almaniyanın bir böyük şəhərində Aşura konfransı keçirilir. Bütün məscidlər öz heyyətlərilə həmin konfransa qatılır, yüksək səviyyədə əzədarlıq olur. Eyni zamanda İmam Hüseyn (ə) qiyamının mahiyyətini izah edən moziələr edilir. Konfransı təşkil etməkdən məqsəd Aşura qiyamını diri saxlamaq və gələcək nəslə ötürməkdir“.

Qeyd edək ki, bu il Aşura Konfransı 15 sentyabr 2019-cü il tarixdə Leverkusen şəhərində qeyd olunacaq. Mərasim saat 11-də başlayacaq və hər kəs dəvətlidir.

Ünvan: Bismarckstr. 125, 51373 Leverkusen

 Aşura Konfransı

Oxu 95 dəfə