Hakimiyyət getdikcə daha amansız olur

Bu məqaləni qiymətləndir
(1 Səs)

Əliyevlərin hakimiyyəti dövründə minlərlə Azərbaycan vətəndaşı siyasi məhbus taleyi yaşamağa məcbur olub. Bu gün də ölkəmizdə beynəlxalq hüquq müdafiə təşkilatlarının tanıdığı 100-dan çox siyasi məhbus var. Müxalif fikirli insanların hüquq və azadlıqları məhdudlaşdırılır. Ümumilikdə vətəndaşların mülkiyyət hüquqları məmurlar tərəfindən pozulur, müstəqil məhkəmə yoxdur. Rejim vətəndaşları ölkəni tərk etməyə məcbur edir.

Son 26 ildə keçirilmiş bütün seçkilər (parlament, bələdiyyə və prezident seçkiləri, ümimxalq səsverməsi) hakimiyyət tərəfindən saxtalaşdırılıb. Bu barədə beynəlxalq təşkilatlar və ATƏT dəfələrlə bəyanatlar veriblər. Hökumətin bulaşdığı korrupsiya halları bütün dünyaya məlumdur. Azərbaycan hökuməti “kürü diplomatiyası”, “Panama kağızları” və “3 milyardlıq rüşvət” qalmaqalları ilə tanınır.

Rejim azı 3 dəfə Konstitusiyanı öz maraqlarına uyğun dəyişdirərək, sülalə hakimiyyətini Azərbaycanın mütləq sahibinə çevirib. İlham Əliyev prezident postunu ömürlük qəsb edib. Bunla kifayətlənməyən ailə hakimiyyəti 26 sentyabr 2016-cı ildə saxta ümumxalq səsverməsi təşkil edib, ailənin digər üzvlərini, Mehriban Əliyevanı ölkənin ikinci adamı edib, vitse-prezident postuna təyin edib. Eyni zamanda İlham Əliyev xüsusi imtiyazlar qazanıb.

Ailə hakimiyyəti məğlub edilməz və əvəz olunmaz kimi xalqa sırınır. Hökumət xalqa hesabat vermir, hətta İlham Əliyevin harda olması haqqında ictimaiyyəti məlumatlandırmır.

Düşünürəm ki, ölkəni ağır duruma salan, xalqı təhlükəli gələcəklə üz-üzə qoyan rejim, getdikcə daha amansız olur. Qəsbkar hakimiyyəti durdurmaq xalqın birliyindən və davamlı mübarizəsindən keçir. Eyni hədəf uğrunda birləşməli, eyni zindanı çəkicləməliyik. Əks halda bütün yollaq uçuruma aparacaq bizi.

f8015bbf8e58ce266747d02be7f18a93 XL

 

 

 

 

 

 

 

 

 

 

Almaniyada yaşayan azərbaycanlı mühacir Valeh Hüseynli

Oxu 87 dəfə

Günün videosu