Şiddət və zorakılıq – Valeh Hüseynli yazır Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Öncəliklə deyim, şiddətin və zorakılığın hər türünə qarşıyam. Çünki insanı başqa məxluqlardan ayıran davranışlardan biri də digərinə qarşı zorakı olmamağıdır. Başqasına qarşı anlayış göstərmək insani dəyərdir.

Bəs ölkəmizdə, yaşadığımız cəmiyyətdə zorakılıq halları varmı, yaxud belə hallar necə qarşılanır? Xüsusən qadınlara və uşaqlara qarşı işgəncə və zorakılıq hansı səviyyədədir? Təəssüflər olsun ki, cəmiyyətimizdə bəziləri tərəfindən qadın və uşaqların döyülməsi normal hal kimi qəbul edilir.

Eyni problemi izah etmək üçün yaşadığım Almaniya ilə müqayisə etmək istəyirəm. Almaniyada qadına və uşağa əl qaldırmaq yolverilməzdir. Hətta dövlət uşağı ailədən ala bilər. Uşağa qarşı kiçik zorakılıq valideyn hüququndan məhrum olmaqla nəticələnə bilər. Çünki bütün halda uşaq dövlətin hesab olunur. Uşağın necə böyüməsinə dövlət nəzarət edir. Lakin alman dövləti çalışır ki, uşaqlar ailədə böyüsünlər. Buna görə hər bir şərait yaradır. Amma Azərbaycanda uşağa münasibət tam fərqlidir. Dövlət uşaq da daxil olmaqla heç bir vətəndaşına sahib çıxmır.

Cəmiyyətimizdə uşaqların valideyn və hətta müəllimlər tərəfindən döyülməsi adi hal kimi qəbul edilir. Belə hallar onun şəxsiyyət kimi formalaşmasına ciddi maneələr yaradır. Nəticədə itirən cəmiyyət və elə dövlət olur.

Sizcə, zorakılığın və şiddətin kökündə nə diyanır? Hesab edirəm ki, bu məsələnin kökündə ailənin sosial və iqtisadi vəziyyətinin xeyli aşağı olması, eyni zamanda dövlətin vətəndaşına sahib çıxmaması dayanır. Rejimin ölkədə yaratdığı özbaşınalıq, hüquqsuzluq və qeyri-insani rəftar insanlarda aqressiyanın ciddi şəkildə körükləyir.

Təəssüf olsun ki, Azərbaycanda şiddəti və zorakılığı dünya ölkəkəri ilə müqayisə etsək, hər halda ön sıralarda olduğumuzun şahidi olarıq.

Sonda tanınmış siyasətçinin ailəsində baş verən hadisə haqqında mövqeyimi belə ifadə etmək istəyirəm: qızı tərəfindən yaılanlar həqiqətdirsə, siyasətçini təqdir edə bilmərik. Amma unutmayaq ki, hökumət təməlini şiddət üzərində,hər gün hər yerdə dövlət adından xalqa qarşı zorakılıq baş verir.

Biz sağlam və müqavimət gücü olan cəmiyyət qurmaq istəyiriksə, zorakılığa və şiddətə yox deməliyik!

Oxu 75 dəfə