"Qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaq” - Baş Polis İdarəsi

Bu məqaləni qiymətləndir
(0 səs)
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə bir qrup müxalifət fəalının paytaxtda icazəsiz aksiya çağırışlarına münasibət bildirilib. 
 
Bu barədə APA İnformasiya Agentliyinə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
 
O, bildirib ki,  ölkəmizdə ictimai-siyasi proseslər qanunla tənzimlənir: "Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaqdır”. 
 
Milli Şuranın sentyabrın 28-də mitinq keçirmək barədə xəbərdarlıq məktubuna Bakı Şəhər İcra Hakimiyyəti qanedici cavab verməyib.
 
Belə ki, Milli Şuranın mitinq keçirmək üçün paytaxtın mərkəzi hissələrində təklif etdiyi 3 yerdən heç birinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verməyib. İcra hakimiyyəti aksiyanın şəhərdən kənardakı Lökbatan qəsəbələrdə keçirilməsini təklif edib.
 
Milli Şura icra hakimiyyətinin təklifini qəbul etməyib, mitinqin paytaxtın mərkəzi hissəsindəki meydanlardan birində keçirəcəyində israrlı olduğunu bildirib.
 
 Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) oktyabrın 8-də Bakı İcra Hakimiyyətinin qarşısında aksiya təyin edib.
Oxu 25 dəfə