Siyasi mühacirin fəaliyyətinə görə dostuna təzyiq olunur - VİDEO

Bu məqaləni qiymətləndir
(0 səs)

Siyasi mühacir, “Son Söz“ səhifəsinin admini, AXCP üzvü Valeh Hüseynliyə qarşı təhdid və təzyiqlər davam edir. V.Hüseynli mühacirətdə olduğu üçün onun yaxınları və dostları təyziqlərə məruz qalır.

Belə ki, Xəzər rayonu Binə qəsəbəsində yaşayan dostu Zahid Abdullayevin evinə gələn polis əməkdaşları və sahə müvəkkili Xaliq Şahbazov onu təhdid ediblər. Səbəb isə Valeh Hüseynlinin facebook səhifəsində paylaşdığı statuları bəyənməsi olub.

Qeyd edək ki, həmin vaxt Zahid Abdullayev evdə olmadığı üçün sahə müvəkkili V.Hüseynlinin facebook səhifəsindən çıxardığı şəkilləri Abdullayevin anasına göstərərək, oğlunu həbs edəcəklərilə təhdid edib.

Valeh Hüseynli bildirib ki, polis axtarışına səbəb olacaq heç bir cinayət əməli törətməyib. Ancaq siyasi fəaliyyətinə görə təyziqlərə məruz qaldığını, deyib.

Oxu 91 dəfə