… yeganə çıxış yolumuzdur!

Bu məqaləni qiymətləndir
(0 səs)

Tarixə nəzər salsaq, görərik ki, bizi biz edən dəyərləri bizdən qoparmaq üçün bizi idarə etməyə bizdən olmayanları təyin ediblər. Belə bir deyim var “Parçala, hökm sür“.

Nədən bütün çirkin əməllərini bizim üzərimizdə həyata keçirirlər? Nədən bizə qarşı bu qədər kin-nifrət və aqressiya var? Bunun səbəbini öyrənmək üçün bir az araşdırmaya ehtiyac var. Lakin bildiyim bəzi məqamları nəzərinizə çatdırmağa çalışacam.

Başı bəlalı Azərbaycan elə bir geosiyasi regionda yerləşir ki, hamının gözü bu zəngin dövlətin üzərindədir. Torpaqlarımız işğala məruz qalsa da, üzərimizə hücumlar hələ də davam edir.

Təribən 70 il sovetlər birliyinin tərkibində mili və dini dəyərlərimiz müxtəlif vasitələrlə sıradan çıxarıldı. Müstəqillik dövründə (son 28 il) daha ağır işgəncə və hücumlara məruz qalmışıq.

Ciddi iddialara görə, Azərbaycan hakimiyyətinin üst qatında erməni qarışığı olan şəxslər yer alıb. Bu da, ölkəmizin qaranlıq gələcəyindən xəbər verir.

Digər ölkələrdə aşağıda yazacaqlarım baş versəydi, bəlkə də xalqı küçələrdən yığışdırmaq olmazdı. Amma Azərbaycanda xalqın heç vecinə də deyil. Sanki belə olmalıymış, hökumət nümayəndələri yağ-bal içində, xalq isə yoxsulluqla yaşamalıymış.

Allahın bizə bəxş etdiyi təbii sərvətlərdən, bizdən başqa, hamı yararlanır. Çünki “ölkəbaşbilən“lərimiz erməni və kürd separatçılarına sevgi ilə tanınırlar. Masallı rayonunda borca görə məscidə verilən qaz xətti kəsilir, erməni kilsəsinə pulsuz qaz verilir. Qarabağ uğrunda döyüşən qazilərimiz ən ağır və biabırçı formada təhqir olunurlar.

Bu sadaladıqlarım ciddi problemlərdirlər. Şəxsi maraqları kənara qoyub, eyni hədəf uğrunda mübarizəmiz, yeganə çıxış yolumuzdur!

Valeh Hüseynli

Oxu 56 dəfə