Wednesday, July 24, 2019

Bazar ertəsi, 22 İyul 2019 03:56

Bu gün Milli Mətbuat Günüdür

Yazan

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

APA-nın məlumatına görə, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edibilər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.

Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.

Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.

Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı "APA Group" kollektivi adından təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.

Bazar, 21 İyul 2019 01:01

Trola ciddi suallar ünvanlanmaz

Yazan

İki ay əvvəl olardı. Müsavatçı (bir zaman yüksək post tutub) bir dostumla Azərbaycanda siyasi məhbus mövzusunda danışırdıq. Söhbət Tofiq Yaqubludan düşdü. Müsavatçı dostum dedi ki, Tofiq Yaqublu qorxmaz və çox cəsarətli adamdı, hakimiyyətə qarşı sərt döyüşür. Amma Əli Kərimlinin troludur. 
Tofiq bəy haqqında dediklərinin birinci hissəsini qəbul etdim, ikinci hissəsi məni çoox təəccübləndirdi, Müsavat Partiyasında Divan üzvü olduğunu bildirdim. Adam daha iddialı danışdı...
Bir neçə gün əvvəl xidmətdə olan əsgərimizin əlindən silahının alınması ölkəmiz üçün böyük biabırçılıq oldu və hələ də hökumət adekvat cavab verməyib. Bu zaman Tofiq Yaqublu İranın Bakıdakı səfirliyi qarşısında peyda oldu. Xəbərin başlığını oxuyanda inanmadım. Çünki, Tofiq bəy həmin gəncləri götürüb, Gürcüstan səfirliyinin qarşısına getməliydi. Əlqərəz, sonra məlum oldu ki, İran Ermənistanla silah istehsalını təkzib edib və edir. Deməli, Tofiq bəy dəqiqləşdirmədiyi məlumata görə qonşu ölkənin səfirliyinə hücum edib. (Niyə Tofiq bəyin adını qeyd edirəm, axı orda başqaları da olub? Tofiq bəyin yaşı və təcrübəsi belə davranışla düzmütənasib olmadığı üçün). 
Bəli, lap elə hücum, yaxud basqın etmişdilər. Əsasım; Bakıda yeganə səfirlik İranındır ki, kim istəsə əlinə bir şüar tutub qapısının ağzını kəsdirə bilir. Bu dəfə basqın olduğu üçün polis risk eləmədi, Tofiq bəyin bandasının qarşısını aldı. 
Müvasatçı dostumun dediyi, görüntülərə baxanda bir də yadıma düşdü. Tofiq bəyin trol olduğuna inanmağa başladım. Həm də Ata Abdullayevin Əli Kərimliyə qarşı məlum hərəkətini xatırladım, bir az boy fərqi olmasaydı deyərdim, elə eyni davranışdır. 
İllərdir hörmətli Tofiq bəyə ünvanlamaq istədiyim bəzi suallar da var idi. Daha ehtiyac qalmadı, trola ciddi suallar ünvanlanmaz! Sonda deyim ki, hörmətli Əli bəyin trolu olduğuna hələ də inanmıram.

Cavid Cabbarlı

Cümə axşamı, 18 İyul 2019 01:25

Gömrükdə tender müəmması

Yazan
Bakı Şəhər Baş Gömrük İdarəsinin 2019-cu ilin iyun ayının 3-də sifarişçisi olduğu 3 (üç) lot üzrə keçirilən tenderlərdə bir sıra şübhəli məqamlar ortaya çıxıb. 
 
Arqument.Az-ın əldə etdiyi məlumata görə, Bakı Şəhər Baş Gömrük İdarəsinin 2019-cu ilin iyun ayının 3-də sifarişçisi olduğu 3 (üç) lot üzrə tenderin ümumi məbləği 68959 (altmış səkkiz min doqquz yüz altmış doqquz) manat olub. 
 
İdarənin "dəftərxana malları" lotu (35973 manat) üzrə sifarişçisi olduğu tenderin qalibi "Sapfira Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), "İdarənin xərcləri" lotu üzrə keçirdiyi tenderin qalibi (24976 manat) "Kommunikasiya" MMC və "Digər kommunal xidmət haqqı" lotu üzrə tenderin (8010 manat) qalibi isə "Təmir-Servis" MMC olub. 
 
Bakı Şəhər Baş Gömrük İdarəsinin 35973 manatlıq tenderinin qalibi olan "Sapfira Təchizat" MMC 2017-ci ilin aprel ayında təsis edilib. 
 
Nizamnamə kapitalı 5 (beş) manat olan şirkətin hüquqi ünvanı Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 9 saylı qəsəbədə yerləşir.
 
Şirkətin qanuni təmsilçisi isə 1996-cı il təvəllüdlü Hümbətalıyev İlkin Bayram oğludur. 
 
"Sapfira Təchizat" MMC-nin indiyədək hansı fəaliyyətlə məşğul olması, eləcə də maddi-texniki bazası, materialların alınması üçün hansı profil sertifikatının olması barədə heç bir məlumat verilmir. Həmçinin "Sapfira Təchizat" MMC-nin əlaqə telefonu, veb ünvanı da yoxdur. 
 
Bakı Şəhər Baş Gömrük İdarəsinin "idarənin xərcləri" üzrə sifarişçisi olduğu 24976 manatlıq digər tenderinin qalibi isə "Kommunikasiya" MMC 2019-cu ilin yanvar ayının 18-də təsis edilib. 
 
Nizamnamə kapitalı 5 (beş) manat olan şirkətin hüquqi ünvanı Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 10 saylı qəsəbədə yerləşir.  
 
Şirkətin qanuni təmsilçisi 1990-cı il təvəllüdlü Quliyev Zaur Behbud oğludur. 
 
"Kommunikasiya" MMC-nin də indiyədək hansı fəaliyyətlə məşğul olması, eləcə də maddi-texniki bazası, mal-materialların alınması üçün hansı profil sertifikatının olması barədə heç bir məlumat verilmir. Həmçinin "Sapfira Təchizat" MMC-nin əlaqə telefonu, veb ünvanı da yoxdur. 
 
Bakı Şəhər Baş Gömrük İdarəsinin 3-cü lotu - "digər kommunal xidmət haqqı" üzrə sifarişçi oldu tenderin qalibi "Təmir-Servis" MMC "Kommunikasıya" MMC ilə bir gündə - 2019-cu ilin yanvar ayının 18-də təsis edilib. 
 
Məlumata görə, bu şirkətin də nizamnamə kapitalı 5 (beş) manat, hüquqi ünvanı Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 10 saylı qəsəbə, qanuni təmsilçisi isə 1990-cı il təvəllüdlü Quliyev Zaur Behbud oğludur. 
 
"Təmir-Servis" MMC-nin də digər şirkətlər kimi indiyədək hansı fəaliyyətlə məşğul olması, eləcə də maddi-texniki bazası, mal-materialların alınması üçün hansı profil sertifikatının olması barədə heç bir məlumat verilmir.
 
Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsinə rəsmi sorğu göndərsək də, Arqument.az-ın sorğusuna cavab verilmədi. 
"Bu qurumun apardığı siyasət iflasa uğrayıb”
 
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Demokrat.az-a müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik:
 
- Mehman bəy, hakimiyyətin ciddi islahatlara gedəcəyinə ən çox inananlardan biri siz idiniz. Bir neçə ildir hər fürsətdə islahatlarla bağlı optimizm nümayiş etdirirsiniz, hətta bir ara buna görə sizə ironiya edənlər də var idi. Necə hesab edirsiniz, sizin xeyli vaxtdır anons etdiyiniz, gözlədiyiniz islahatlar başlayıbmı?
 
– Mən, sizə deyim ki, əslində hakimiyyət heç nə etmir – nəyin bahasına olursa-olsun, status-kvonu qoruyub saxlamaq istəyir. Yəni hakimiyyət ciddi dəyişikliklərə hazır deyil. Nə vətəndaş cəmiyyəti, nə azad media, nə siyasi partiya, ümumiyyətlə, cəmiyyətlə münasibətlərdə güzəştlərə getmək istəmir. Nə qədər bacarırsa, status-kvonu saxlamaq istəyir. Onun bugünkü siyasətinin məqsədi bundan ibarətdir.
 
- Ancaq çoxları hakimiyyətin islahata gedə biləcəyinə şübhə ilə yanaşanda siz az qala israr edirdiniz ki, ciddi dəyişikliklər olacaq…
 
– Mən deyirdim ki, islahatlar olacaq. Müəyyən qərarlar qəbul olunub. Ancaq bu qərarlar siyasi iradəyə bağlıdır. Siyasi iradə belədir ki, heç nə dəyişməməlidir. Odur ki, qəbul edilən qərarlar heç bir effekt vermir, bir növ imitasiya şəklinə keçib.
 
- İndi necə hesab edirsiniz, bu şəkildə də davam edəcək?
 
– Biz 2015-ci ildən böhrana daxil olmuşuq. Bu böhran getdikcə dərinləşir. Mən deyərdim ki, bu, cəmiyyət böhranıdır. Yəni sosial-iqtisadi məsələlərdir. Bütövlükdə böhran bütün sahələri əhatə edir. Biz bu illər ərzində cəmiyyətin fəallığını, hakimiyyətə qarşı neqativ münasibətini müşahidə edirik. Bunlar artan xətlə gedir. Belə siyasət çərçivəsində proses davam edəcək. Hakimiyyət bunu başa düşür. Sadəcə olaraq hakimiyyət dəyişikliyə getmək istəmir. Ona görə ki, hər bir dəyişiklik özündə risq daşıyır. Odur ki, "biz nə qədər bacarırıqsa, bu cür də idarə edək” yanaşması var. Düşünülür ki, başqa variant yoxdur. Təxminən belə bir vəziyyətdir. Sonda nə olacağını isə Allah bilir.
 
- Azərbaycan Avropa Birliyi ilə assosiativ saziş imzalamaq üçün danışıqlar aparır…
 
– Bizdə uzun müddətdir ki, bununla bağlı danışıqlar aparılır. Ermənistan kimi Rusiyadan asılı olan dövlət isə bu sazişi imzalayıb. Biz hələ gecikirik.
 
- Sözügedən sazişin imzalanması Azərbaycanda müəyyən islahatların aparılmasından xəbər verməyəcəkmi?
 
– Saziş ona görə imzalanmır ki, bu addımları atmaq istəmirlər.
 
- Əksəriyyət islahat deyəndə ilk növbədə kadr islahatlarından danışır, yaşlı, illərdir vəzifələrdə oturan kadrların gənc, müasir dünyagörüşlü insanlarla əvəz edilməsinin vacibliyini önə çəkirdi. Bu proses başlayıb, amma onun effekti haqda mübahisələr gedir. Sizcə, kadr islahatları, gənclərin vəzifələrə çəkilməsi effekt verirmi?
 
– Əgər sistem dəyişmirsə və mövcud siyasi strategiya saxlanılırsa, bu strategiya çərçivəsində hətta qərbdə super təhsil alan, istedadlı şəxsi belə sistem özünə uyğunlaşdıracaq. Yəni tanıdığınız ənənəvi məmurlardan birinə çevirəcək. Biz görürük ki, müəyyən kadrlar irəli çəkiliblər, gəncdirlər, enerjilidirlər. Amma özlərini nümayiş etdirə bilmirlər. Burada yaş rol oynamır.
- Ümumiyyətlə, yaşlı adamların vəzifələrdən uzaqlaşdırılması və gənc, qərb təhsilli kadrların irəli çəkilməsi çağırışlarına necə yanaşırsınız? Bu, nə dərəcədə lazımlıdır?
 
– Mənim 60 yaşım var. Mən ölkə, dövlət və millət üçün baxışlarımda nəzərdə tutduğunuz 30-40 yaşlı uşaqlardan xeyli üstünəm. Çünki mən azadam. Onlar isə mühafizəkardır.
 
- Bu yaxınlarda Prezident DİN və DTX-nın rəhbərlərini dəyişdi, bəzi məlumatlara görə qarşıda daha ciddi dəyişikliklərin aparılmasına hazırlıq gedir. Bu prosesi necə qiymətləndirirsiniz, bu kadr dəyişiklikləri ölkə üçün nə vəd edir?
 
– Əslində, bu dəyişikliklər güc strukturlarının koordinasiyası və vahid idarəetmənin gücləndirilməsinə xidmət edir. Bu da cəmiyyətdəki indiki sabitliyi və status-kvonu qorumağa hesablanıb. Yəni, dəyişikliklərə qalxan cəmiyyət və ya qrupların qarşısını almaq. Odur ki, burada müsbət dəyişikliklər məsələsi yoxdur.
 
- Çoxları hesab edirlər ki, bu dəyişikliklər gözlənilən idi və peşəkarlar irəli çəkilib…
 
– Bir daha qeyd edirəm ki, siyasi baxışlar, mövqe və strategiya dəyişməsə, heç nə dəyişməyəcək. Biz indiyə qədər kifayət qədər kadr dəyişiklikləri görmüşük, ancaq bu islahat deyil. İslahat ilk növbədə baxışlarda olmalıdır. Qərarı verənlərin özləri baxışlarını dəyişməlidir. Yəni istəməlidirlər ki, söz azadlığı olsun, siyasi rəqabət olsun, qanunun aliliyi təmin olunsun. Yəni real istək və bunu həyata keçirmək arzusu olmalıdır. İslahat, ilk növbədə daxildə olmalıdır. Əslində elə islahat daxildən başlayır. Hələlik bu yoxdur.
 
- Aşağılar islahata hazırdırmı və islahat istəyirmi?
 
– Aşağılar islahat istəyir və başa düşür ki, mövcud durumda inkişaf mümkün deyil. Ona görə bizdə cəmiyyət son 3 ildə sosial şəbəkələrdə xeyli fəallaşıb. Hətta biz küçələrdə aksiyalara baxsaq, görərik ki, əsas iştirakçılar siyasi xadimlər deyil, hansısa sahədə çalışan insanlardır. Yəni müəllimlərdir, kəndçilərdir, qaçqınlardır və s. Gəlirlər, tələblər edirlər.
 
- Amma bu aksiyalar daha çox sosial sahələrlə, bəzən kiçik miqyaslı məmurun özfəaliyyəti nəticəsində yaranan problemlə əlaqəli olur. Yəni siyasətlə bağlılığı olmur…
 
– Aydındır ki, sosial məsələlərdir. Bizdə sosial məsələlər həmişə problem olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra sosial sahələrdə problem həll edilməyib. Lakin son fəallıq birbaşa insanların siyasi savadlarının, informasiya biliklərinin artması, özlərinin təcrübəsinin, dünyaya baxışlarının artması ilə şərtlənir. Yəni insanlar düşünürlər ki, mübarizə aparmaq lazımdır. Artıq bu siyasi aspektdir. İnsanlar başa düşür ki, mübarizə aparmaq lazımdır.
 
- Bəzi siyasi şərhçilər belə hesab edirlər ki, hakimiyyət hansısa ciddi hadisəyə hazırlıq içindədir, yay ayları olmasına baxmayaraq, bir sıra ciddi addımların atılması – maaşların artırılması, güc strukturlarının rəhbərliyindəki dəyişikliklər və sairə, bu hadisəyə hazırlıq məqsədi daşıyır. Sizcə, nə baş verə bilər: növbədənkənar seçkilər, Qarabağda müharibə, yoxsa nə?
 
– Hakimiyyətdaxili problemlər, çəkişmələr var. Hansısa kadrların dəyişdirilməsi və yerlərinə başqalarının gətirilməsi hakimiyyətdaxili qrupların mübarizəsidir. Bir qrup daha çox güclənmək istəyir və ona görə kadrlarını yerləşdirir. Burada əsas məsələ budur. Mən başqa variantları əsassız hesab edirəm. Bilirsinizmi, hakimiyyətdaxili qruplar göz qabağındadır. Bu qruplar 1993-cü ildən sonra meydana gəliblər. Naxçıvan, Ermənistan, Qarabağlılar qruplaşması və digər qruplar var. Hər zaman onlar arasında mübarizə gedib və indi də davam edir. Hesab edirəm ki, ona görə də heç nə dəyişmir.
 
- Sizcə, son proseslərdən hansı qrup daha çox uduşla çıxdı?
 
– Mən deməzdim ki, hansısa qabağa düşüb, hələ savaş gedir. Hansısa bir qrupun dominantlığı yoxdur. Sözsüz ki, kimlərsə zəifləyib. Məsələn, Əli İnsanovun həbsi ilə ermənistanlı qrupu bir qədər zəifləmişdi. Müvəqqəti kimsə nəyəsə nail ola bilir, amma hakimiyyətdaxili mübarizə davam edir. Məncə, bu ölkənin əsas problemidir.
 
- Mehman bəy, iyul ayında – mətbuat ayındayıq. İstərdim bir qədər də medianın durumundan danışaq. Fəaliyyətini hər zaman tənqid etdiyiniz KİVDF qəzetlərin maliyyələşməsi prinsiplərini dəyişdi, bir sıra qəzetlərin maliyyəsini ikiqat artırdı. Bir neçə ay keçib, sizcə bu qərarlar mediada nə kimi yeniliklərə, inkişafa yol açıb?
 
– Bu sahədə durum kifayət qədər ağırdır. KİVDF-nin bir sıra qəzetləri artıq maliyyələşdirməməsi onu göstərir ki, durum kritikdir və bu qurumun apardığı siyasət iflasa uğrayıb. KİV DF bu gün bir struktur kimi mənasız bir quruma çevrilib. Bu struktur əsasnamə və məramnamə çərçivəsində fəaliyyət göstərə bilmir, qarşıya qoyulan məqsəd və vəzifələri həyata keçirə bilmir. Bu qurum əslində buraxılmalıdır.
 
- Nələrə, hansı faktlara əsaslanaraq belə hesab edirsiniz?
 
– Statistika Komitəsinin məlumatına görə, çap mediasının reklam bazarının həcmi bir neçə min manat olub. Qəzetlər demək olar ki, satılmır, ancaq abunə əsasında satılır. Bu qəzetləri də heç kəs oxumur. Belə bir vəziyyət yaranıb. Əslində bu prosesi sadəcə dayandırmaq lazımdır. KİVDF bu prosesi sağlamlaşdırmaq iqtidarında deyil. 10 il ərzində bunu edə bilməyiblər. Çünki KİVDF yaranan gündən qəzetlərin vəziyyəti pisləşib. Bu halda həmin qurum nəyə lazımdır? Mən real faktları deyirəm. KİVDF-nin maliyyələşdirdiyi qəzetlərin də satışı yoxdur. Özünüz köşklərə yaxınlaşıb soruşa bilərsiniz. Mən sizə dəqiq deyirəm, hər köşk günə 2-3 qəzet satdığını deyəcək.
 
- Siz nə təklif edirsiniz?
 
– Yuxarıda qeyd etdim ki, siyasi iradə dəyişməlidir. Bizim hakimiyyət istəməlidir ki, müstəqil, özünü təmin edən, rəqabət mühitində fəaliyyət göstərən, qanunlara riayət edən, etik normaları pozmayan uğurlu media olsun. Birincisi, bu olmalıdır. İndi hələlik sifariş başqadır.
 
- Yəni durum bu qədər acınacaqlıdır?
 
– Mən Statistika Komitəsinin rəqəmlərinə əsaslanıram. Daha keyfiyyət məsələsini demirəm. Məsələn, açıq şəkildə fəaliyyət göstərən saytlar var. Yəni bu saytların xəbərlərini hər bir insan açıq formada girib oxuya bilir. Belə saytlara dövlət təşkilatları aylıq abunə olurlar. Açıq informasiya saytına necə abunə olmaq olar? Siz bunu mənə başa sala bilərsinizmi? Bu artıq ələ almaq, rüşvətdir. Hələ demirəm ki, kimlər tapşırıq verir və bunun əsasında saytlara pullar verilir. Bunu yoxlamaq lazımdır ki, dövlət təşkilatları açıq fəaliyyət göstərən saytlara niyə abunə olurlar. Və bəzən abunənin həcmi 3-4 min manata gedib çıxır. Bu dəhşətli vəziyyətdir.
 
- Bəs, Sizcə mediada peşəkarlıq hansı səviyyədədir?
 
– Əslində peşəkarlıq yalnız rəqabətdə ola bilər. Çünki insanlar peşəkar yazılara baxmaq istəyir. Biz yeni təkamül nəzəriyyəsi yaratmırıq. Qabaqda gedən ölkələr var və orada media güclü istiqamətlərdən biridir. Onların tarixi göstərir ki, inkişaf birbaşa rəqabətə bağlıdır. SSRİ niyə dağıldı? Çünki rəqabət yox, plan var idi. Rəqabət olan yerdə inkişaf olar. Bizim mediada azad rəqabət olsa, keyfiyyət, inkişaf, pul və peşəkarlıq da olacaq.

Bakı Atatürk Mərkəzində rəssam İbrahim Qafar oğlu Səfiyev haqqında tədbir keçirilib. Bu barədə Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova Xeberinfo.de-ə məlumat verib.

Tədbirdə rəssasmın həyat və yaradıcılığından söz açan J.Cəfərova bunları deyib: “İbrahim Səfi 1898-ci ildə Naxçıvanın Şərur rayonunda dünyaya gəlmiş, üç yaşında atasını itirdiyi üçün çox çətinliklərlə üzləşib. Kiçik yaşlarından rəsmə həvəs göstərən İbrahim 12 yaşında “Araz balıqçıları” adlı ilk əsərini çəkmişdir. Bir müddət Moskvada təhsil alır və müharibənin başlaması təhsilini başa vurmağa imkan vermir. 1920-ci ildən sonra İbrahim bəy ömrünün sonuna qədər həm Avropada, həm də Türkiyədə saysız-hesabsız sərgilərə imza atır və bütün dünyada tanılır.

Təəssüf ki, belə böyük sənətkar haqqında doğma vətənində çoxları məlumatsızdır. Bu böyük rəssamın ictimaiyyətə tanıdılmasında “OXU“ Akademiyasının rəhbəri dəyərli Səməd bəy Vəkilovun xidməti ölçüyə gəlməzdir. İbrahim bəyin dünyasını dəyişdiyi zamandan 34 il keçir. Elşad bəyin də bizim də ən böyük istəyimiz bu böyük rəssamın İstanbuldakı evi özünə yaraşan bir mərkəzə çevirməkdir. Biz də çalışıb əlimizdən gələni əsirgəməyəcəyik”.

Sonda Jalə xanım Cəfərova rəssamın irsinin araşdırılması və təbliğində xidmətləri olan Sənaye Dövlər Universitetinin dossenti Elşad Səfizadəyə Milli Mədəniyyətin Təbliği İctimai Birliyi adından Fəxri Diplom təqdim edib.

Rəssamın əsərlərindən nümunələr nümayiş olunub:

jale1jale2jale9jale3jjale4jale5jale6jale7jale8

Xeberinfo.de-nin verdiyi məlumata görə, Azərbaycan Dillər Universitetində (ADU) XII beynəlxalq Çin dili üzrə “Çin dili körpüsü” müsabiqənin Azərbaycan üzrə seçim turu olub.

Müsabiqə “Çin dilini öyrən və öz gələcəyini qur” devizi altında məktəblilər arasında keçirilib.

Qiymətləndirilmə zamanı Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun şagirdi Əsgərova Xədicə I yerə laiq görülüb.

Məktəblilərin çıxışları Çin səfirliyinin Azərbaycandakı nümayəndələrinin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar.

xedice

Türkiyədə həbs olunan teoloq Adnan Oktarın qurduğu təşkilatla bağlı gedən istintaqda maraqlı faktlar üzə çıxarılıb.

Təşkilaıtn üzvü Ceyda Ertüzünün keçmiş bir nazir və bağlanan "Zaman" qəzetinin yazarına 2013-cü ilin sentyabrın 5-də atdığı elektron məktubda “Payızda Türkiyədə gözlənilən üsyandan öncə silsilə iclaslar keçirməyimizdə fayda vardır”,-deyə yazdığı aşkar edilib. Bu yazıyla Adnan Oktarın FETÖ-nün 2013-cü ilin dekabrın 17-25 dekabrında ilk çevriliş təşəbbüsünü gerçəkləşdirmək niyyətindən xəbəri olduğu bilinib.

Xəbərdə cinayət şəbəkəsinə yönəlik əməliyyat zamanı Ankaradakı bir evdə noutbuk aşkar olunduğu deyilir. “Ayşecelik” istifadəçi adı ilə işlədilən həmin portativ kompüterdə saxlanılan dosyelərin birində şübhəli şəxslərdən Fatma Ceyda Ertüzünün keçmiş xarici işlər naziri Y.Yakış və "Zaman" qəzetinin yazarı ilə yazışmaları da tapılıb. Yuxarıdakı cümləyə də həmin dosyenin incələnməsi zamanı rastlanıb.

Ceyda Ertüzün

Həmin yazışmada Ceyda Ertüzün Türkiyədə təşkil olunacaq beynəlxalq bir konfrans üçün gələn qonaqlara məlumat verilməsinin gərəkli olmasından bəhs edərək məşhur “Rza Zərrab işi”ndə adı keçən ABŞ-da FTB tərəfindən həbs olunmuş "Xalq bank"ın keçmiş vitse-prezidenti Hakan Atilla ilə bağlı keçirilən məhkəmədə eskpert olaraq təyin edilən Conatan Şanzeri Türkiyədə də görmək istədiklərini bildirir. C.Ertüzünün Y.Yakışa “Payızdakı Türkiyədə gözlənilən qiyamdan Oksfordlu rəsmilərlə telefonla görüşüb ABŞ-a bu gün cavab versək olarmı?”,- deyə yazdığı da göstərilib.

Xatırladaq ki, 2013-cü ilni 17-25 dekabrıda Türkiyə polis və prokurorluğunun FETÖ təşkilatına bağlı mənsubları tərəfindən hakim Ədalət və İnkişaf Parityasına yaxın şəxslərə, o cümlədən dövrün baş naziri, hazrıkı prezident Rəcəp Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan, habelə xüsusi xidmət orqanlarının işçiləri haqqında həbs qərarı çıxarılıb. Həmin qərar sonradan hökumətin vaxtında müdaxiləsi ilə dəyişdirilib və ilk dövlət çevrilşinin qarşısı alınıb.(Musavat.com)

Bazar ertəsi, 15 İyul 2019 13:30

Şəkidə ağac aşdı, 15 yaralı var

Yazan
Yaralıların beşi xarici turistlərdir
İyulun 14-də saat 11 radələrində Şəki rayonunda Xan Sarayının yanındakı Şərq çinarı ağacının bir qolu qırılaraq aşıb.
Nəticədə hadisə yerində olan xeyli adam yaralanıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi Dövlət Səfərova olayı təsdiqləyib.
O bildirib ki, xəstəxanaya 15 nəfər yaralı gətirilib, onlardan 5-i xarici, qalanları yerli turistlərdir. Hadisə nəticəsində ölən yoxdur.
İyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib.

Dünən (13.07.2019) Almaniyanın Köln şəhərində "Siyasi məhbuslara azadlıq" və "İlham Əliyev diktatordur" şuarlarıyla aksiya keçirilib. Bu barədə aksiyanın təşkilatçısı, siyasi mühacir Babək Allahverdiyev Xeberinfo.de-ə məlumat verib.  Onun sözlərinə görə, aksiyada Bakıdan gələn qonaqlar da iştirak ediblər: "Siyasi məhbuslara azadlıq tələbilə və dktatoru tanıtmaq məqsədilə keçirilən akisyanın təşkilatçıları Mammad Qarayev və mən (Babək Allahverdiyev) idim. Məqsədimiz Azərbaycanda siyasi məhbusların mövcudluğunu və diktator rejiminin xalqı işgəncələrə mərzu qoyduğunu dünyaya tanıtmaq idi. Bu istiqamətdə alman və azərbaycan dillərində çıxışlar oldu, şuarlar səsləndirildi. Aksiyada Azərbaycandan gəlmiş AXCP sədr müavini, keçmiş siyasi məhbus Fuad Qəhrəmanlı və Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli də iştirak etdilər". 

505dfd22 6dc1 4313 ae37 39bbfaac07f6

50511264 030c 405c 9b58 9372f7547cd7

Bu gün siyasi məhbus Əbulfəz Bunyadov şərti azadlığa çıxıb.
Qeyd edək ki, Əbulfəz Bunyadov "Nardalan işi"nə görə 15 il azadlıqdan məhrume dilmişdi, beynəlxalq təşkilatlar siyasi məhbus siyahısına adını salmışdılar. 
Daha bir siyasi məhbus Aydın Qurbanov Pentensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib.
Aydın Qurbanov 2018-ci ilin iyulunda Gəncədə baş verən olaylara görə həbs edilib.
Aydin Qurbanov 
1 -dən səhifə 224