Jurnalist 4 ay həbs olundu Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Polad Aslanov haqında 4 ay həbs qətimkan tədbiri seçilib. Bu barədə onun həyat yoldaşı məlumat verib: "Dostlar, Səbail rayon məhkəməsində (14iyun) Polad Aslanovun məhkəmə prosesi keçirildi. Məhkəmə qapalı keçirildi. Polad Aslanova 4ay həbs qətimkan tədbiri seçildi. Polad Aslanov özünü təqsirli bilməyib, ona qarşı irəli sürülən ittihamın şərr-böhtan olduğunu, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib. Belə ki, Polad Aslanov hazırda onu həbs edən DTX-nin əməkdaşlarının Məşəd və Kərbəla ziyarətinə gedən hər bir zəvvara görə Sərhəd Keçid Məntəqəsində şirkət rəhbərlərindən rüşvət alması ilə bağlı yazılar yazırdı. Biz ailəsi olaraq Poladın həbsinin yazılarıyla bağlı olduğunu düşünürük".

Oxu 69 dəfə

Günün videosu