Adil İsmayılova vəkil həmkarından dəstək:“Vəkillik fəaliyyəti bərpa edilməlidir”

Bu məqaləni qiymətləndir
(0 səs)

Xəbər verdiyimiz kimi, tanınmış hüquqşünas Adil İsmayılov 1 il müddətinə vəkillik fəaliyyətindən məhrum edilib. JAMAZ.İNFO xəbər verir ki, Adil İsmayılovdan şikayəti onun həmkarı edib və müvafiq qərar Vəkillər Kollegiyası tərəfindən qəbul edilib.  

Adil İsmayılov sosial şəbəkədə yazdığı statusda rəsmi qərar açıqlanmayınca danışmaq istəmədiyini bildirib.

O deyib ki, məsələ ilə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırova rəsmi müraciət göndərib: "Baş verənlərlə bağlı sədr Anar Bağırovun rəsmi açıqlamasını gözləyirəm, inanıram ki, cəsarət tapıb bunu edəcək. Ondan sonra mən də məsələyə münasibət bildirəcəyəm".

Bundan əlavə, o, şikayət verən həmkarının da adını deməyib.

Artıq digər vəkil həmkarları onun müdafiəsinə qalxıblar. Tanınmış vəkil Elçin Sadıqov bununla bağlı Facebook hesabında Adil İsmayılova köməklik etməyə hazır olduğunu bildirib. “Dəyərli vəkil həmkarım Adil Ismayilovdan şikayət edənlərin yəqin ki, yeganə uğurları Adil İsmayılovun fəaliyyətinin bir illik dayandırlmasına nail olmaqdır. Güman ki, bunu özlərinin qələbəsi kimi sırımağa çalışacaqlar. Təəsüf edirəm”.

Sadıqov bildirib ki, Adil müəllim ifadə azadlığına müdaxilənin qurbanı olub. “Bu müdaxilənin demokratik cəmiyyətdə zəruri olmadığını, müdaxilənin qeyri-proporsional olduğunu və müdaxilənin Konstitusiya və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın prinsipiləri nəzərə alınmaqla qarşıya qoyulmuş məqsədə zidd olduğunu bildirirəm”.

Tanınmış vəkil mövqeyini də açıqlayıb: “Mövqeyim odur ki, VK RH bu məsələni yenidən müzakirə etməli, Adil İsmayılovun vəkillik fəaliyyətini bərpa etməlidir. Yenidən müzakirə edilərsə bu işlə bağlı “amicus curae” hazırlamağa hazıram”.

Oxu 55 dəfə