Wednesday, July 24, 2019

BDU-də siyasi mövqeyinə görə tələbə sıxışdırılır Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)
Siyasi əqidəsinə görə tələbələri sıxışdırırlar! BDU tələbəsi Rüstəm İsmayılbəyli yazır:

“Universitetdə mənə qarşı xəbərim olmayan bir qanunsuzluq daha olub. İlk dəfədir ki, şəxsən müraciət edirəm ki, bu məsələni ictimailəşdirin. 6 yanvarda Mehman Hüseynov üçün iştirak etdiyim mitinqdən sonra universitet mənə töhmət veribmiş. Siyasidir, heç bir universitet nizamnaməsinə uyğun deyil. Və ən əsası da, mən bu töhmətlə tanış edilməmişəm. Tanış edilməyimin məcburiyyəti nizamnamədə qeyd edilib və mənim apellyasiya haqqım var idi. Haqqım oğurlanıb. İndi isə, dünən ictimaiyyətə də açdığım məsələylə bağlı Dekan Elxan Əzizov mənə ikinci töhməti verdirib universitetdən xaric etməyə çalışır. Bir məsələdə üç hüquqsuzluq, üç repressiv hərəkət var. Zamdekanlar və prorektorlar mənə hesab verməkdən qaçırlar. Rektor və dekan isə 2 gün universitetdə olmayacaq. İndi mən ilk dəfədir sizdən - bütün ictimaiyyətdən xahiş edirəm ki, məsələni aktual saxlayın. Hesab verməli olsunlar. Siyasi fəaliyyətə görə BDU'da repressiya var”. 

Xeberinfo.de

Oxu 107 dəfə