Cümə axşamı, 23 May 2019 00:12

Müstəntiq deyir ki, xoşluqla bu cinayəti üstünə götür…

Ağdam rayonu Başqərvənd kənd sakini Rizayev Turan Firdovsi oğlunu Nəsimi Rayon Baş Polis İdarəsi saxlayıb. Bu barədə Xeberinfo.de-ə T.Rizayevin həyat yoldaşı Xalidə Əliyeva məumat verib.

X.Əliyevanın sözlərinə görə, Turanı bu gün oğurluq ittihamı ilə Nəsimi Rayon Polis İdarəsi saxlayıb: “Müstəntiqin dediyinə görə, 2018-ci il iyul ayında bir ev oğurluq hadisəsi baş verib. 2019-cu ilin mart ayında Nicat Sadiqov adlı müstəntiq Turanı çağırdı, birlikdə getdik. Oğurluq olan tarixdə biz birlikdə Şəki rayonu Cələbxanlı qəsəbəsində olmuşuq. Turan Şəki rayonunda qeydiyyatda olduğu üçün şəxsiyyət vəsiqəsini dəyişməyə getmişdik. Mart ayı yoldaşım izahat verdi. Heç bir sübut olmadığı üçün Turanı buraxdılar. Amma müstəntiq Nicat Sadiqov dedi ki, 2000 (iki min) manat verin, daha sizi narahat etməyim. Bu gün yenə çağırıb, həmin maddə ilə Nəsimi rayon Polis İdarəsində saxlayıblar. İddia edirlər ki, guya oğurluq olan evdə yoldaşımın barmaq izləri çıxıb.

Müstəntiq deyir ki, xoşluqla bu cinayəti üstünə götür ki, bizim də canımız qurtarsız“.

X.Əliyeva həyat yoldaşının etmədiyi cinayətə görə həbs ediləcəyindən qorxur: “İşgəncə və təhdidlə oğurluq cinayətini yoldaşımın boynuna qoymaq istəyirlər. Heç bir qohumu yoxdur, çox kasıb yaşayırıq. Bizdən müstəntiq pul istədi, vermədik. Əsil oğru kimdirsə, pulu alıb buraxıblar, yoldaşımı da onun yerinə həbs etməyə çalışırlar ki, cinayət işi bağlansın“.

Oxunuş sayı 4352 dəfə
Şərh vermək üçün giriş edin
Top