Sonntag, 07 Mai 2017 22:00

Şah İsmayılın büstünü parkdan və metrodan götürdülər

Bakı Metropoliteni tərəfindən Azərbaycanın tanınmış şəxsiyyəti, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə qarşı laqeyd münasibət göstərilib.

Metronun Xətai stansiyasında aparılan təmir işləri sonda stansiyanın adını daşıdığı Şah İsmayılın büstünün götürülməsi ilə yekunlaşıb.

Şah İsmayılın stansiyadakı büstünün olduğu dekorativ incəsənət kompozisiyasının yerinə mərmər vurulub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, stansiyada aparılan təmir-bərpa işlərindən sonra sərnişinlər stansiyanın sərnişinpaylama funksiyasını yerinə yetirən orta zaldan maneəsiz istifadə edəcəklər.

Stansiyanın istifadəyə verilən orta zalı görkəmini tamamilə dəyişib. Yol divarının aşağı hissəsində düzülmüş iki cərgəli mərmər üzlüklü səth ağ rəngli alüminium divar-tavan kompozisiyası ilə əvəzlənib.

Təmir zamanı orta zalda görkəmli dövlət xadimi və mütəfəkkir, şair Şah İsmayıl Xətaiyə həsr olunmuş memarlıq kompozisiyası demontaj olunub.

Buna səbəb kimi 27 il əvvəl qurulmuş kompozisiyanın stansiyanın ağır hidrogeoloji mühitinin, mürəkkəb və aqressiv mikroiqlim şəraitinin təsiri nəticəsində fiziki aşılanmaya məruz qaldığını göstəriblər.

Həmin kompozisiyanın vəziyyətini dəqiq qiymətləndirmək və yenidən qurulmasının mümkünlüyünü araşdırmaq üçün “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi Azərbaycan Rəssamlar İttifaqına müraciət edib və mütəxəssislərin daxil olduğu xüsusi komissiya yaradılıb.

Kompozisiyanın müəllifi Xəlil Əliyevin də daxil olduğu 8 Xalq rəssamından, eləcə də “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov, insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, hərəkət xidmətinin rəisi Etibar İsayev, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevdən ibarət olan komissiya “Xətai” stansiyasında quraşdırılmış dekorativ-tətbiqi sənət kompozisiyasına baxış keçiriblər.

Komissiyanın gəldiyi yekdil qərara görə, abidə yararsız hala düşmüş və bərpası mümkün deyildir. Bu barədə tərtib olunmuş akt Azərbaycan Rəssamlar İttifaqına və “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə təqdim olunub.

Hazırda “Bakı Metropoliteni” QSC rəhbərliyi burada eyni mövzuda fərqli memarlıq kompozisiyasının yer alması üzərində iş aparır.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Xətai rayonu ərazisində Şah İsmayılın heykəli olan park ləğv edilərək yol genişləndirilib.

Bakıda metrosunda Xətainin büstünü götürüb yerinə mərmər vurdular - FOTOLAR

Bakıda metrosunda Xətainin büstünü götürüb yerinə mərmər vurdular - FOTOLAR

Read 1337 times
Login to post comments
Top