Montag, 17 Juli 2017 22:00

Məşhur riyaziyyatçı vəfat etdi

Məryəm Mirzəxani nüfuzlu mükafata layiq görülmüş ilk qadın və ilk iranlıdır
Üç il əvvəl riyaziyyat üzrə dünyanın ən nüfuzlu Fields Medalına layiq görülən ilk qadın Məryəm Mirzəxani (Maryam Mirzakhani) ABŞ-da vəfat edib.

40 yaşılı professor 2013-cü ildən sinə xərçəngindən əziyyət çəkirdi.

İranda böyüyən xanım Mirzəxani yeniyetmə olarkən Beynəxalq Riyaziyyat Olimpiadasının iki qızıl medalını qazanıb. O, elmlər doktoru dissertasiyasını ABŞ-ın Harvard Universitetində müdafiə edib və Stanford Universitetində professor işləyib.

2014-cü ildə "Riemann səthlərinin həndəsəsi ilə dinamikası və onların məkan modulları nəzəriyyəsinə verdiyi töhfəyə" görə Fields mükafatına layiq görülüb.

ABŞ-da yaşayan alim nüfuzlu mükafata layiq görülmüş ilk qadın və ilk iranlıdır.
Xatırladım ki, riyaziyyat üzrə Nobel mükafatı verilmir. Buna görə də Fields Medal mükafatı "riyaziyyatçıların Nobel mükafatı" adlandırılır.

1936-cı ildə təsis edilmiş mükafat hər dörd ildən bir 40 yaşına çatmamış iki və ya 4 riyaziyyatçıya verilir.

Read 1284 times
Login to post comments
Top