Montag, 24 Juli 2017 22:00

Daha bir jurnalist həbs təhlükəsi olduğunu bəyan edib

Rüzgar Mövsüm: ''Həyatım təhlükədədir. Hakimiyyət orqanları bu xəbərlə mənə mesaj verirlər''

Artıq bir neçə gündür ki, hökumətyönümlü saytlar müstəqil jurnalist Rüzgar Mövsümün Almaniyadan deportasiya olunması barədə məlumat yayır. Bildirilir ki, onun fəaliyyəti araşdırılır. “Haqqın.az” saytı da Almaniya mediasına istinadən Rüzgar Mövsümün deportasiya edilməsindən yazıb. Jurnalist Meydan TV-yə açıqlamasında deyib ki, bu xəbərin yayılması onu Azərbaycanda təhlükənin gözlədiyini göstərir: “Bu xəbərin yayılması mənə bir daha sübut etdi ki, Azərbaycanda mənim azadlığım və həyatım təhlükədədir. Xüsusilə də 1 il ərzində olan yazılarıma görə hakimiyyəti qıcıqlandırmışam. Hakimiyyət orqanları bu xəbərlə mənə mesaj verirlər ki, etmədiklərini edəcəklər və yolumu gözləyirlər”.

Rüzgar Mövsümün Azərbaycana qaıytması, onu böyük təhlükə vəd edir

Read 1722 times
Login to post comments
Top