Donnerstag, 24 August 2017 22:00

Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırır

Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırması barədə bəyanat yayıb. 

Bəyanatda deyilir: 

"Turan agentliyinin direktoru Mehman Əliyevin saxlanması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub.

Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir.

Yaranmış vəziyyəti nəzərə alaraq, Turan-ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracaq.

Çalışacağıq ki, yaxın vaxtlarda öz şəxsi vəsaitimiz və entuziazm hesabına saytın işini davam etdirək. Xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək.

Belə çətin anlarda Mehman Əliyevə və bizə dəstək olan hər kəsə təşəkkür edirik.

Turan-ın kollektivi".

Read 1024 times
Login to post comments
Top