Donnerstag, 27 Juli 2017 22:00

Müsavatçı fəal gecə saatlarında bölməyə çağırıldı

30179855 2164671800209957 1783825722 nMüsavat Partiyası Səbail təşkilatının fəalı, MGT-nın üzvü Anar Rzayev dünən gecə saatlarında 9-cu Polis bölməsinə çağırılıb.

Təcili gəlməsi tapşırılan Anar Rzayev gecə saat 11:55-də bölməyə gedib.

Bu barədə Anar Rzayev özü “Basta”ya məlumat verib.

“Basta” əməktaşının hansı səbəbdən bölməyə çağırılması barədə sualını cavablayan Anar Rzayev 2 saat 9-cu Polis bölməsində dindirildiyini, onunla heç bir əlaqəsi olmayan “məhəllədə dava” hadisəsinə görə bölməyə çağırıldığını bildirib.

“Polısın dediyinə görə atamgilin yaşadığı məhlədə dava olub. Evə 2 polis gəlib məni axtarıb, məndən şikayət olduğunu bildiriblər. Kimin şikayət etdiyini, ümumiyyətlə məhlədə dava olub, olmadığını da, bilmirəm.  Mən hec o məhlədə yaşamıram, atamgil yaşayır. Atam 20 gün bundan qabaq infarkt gecirib, xəstədi. Mütamadi olaraq atama baş cəkirəm, dərmanlarını alıram, bazarlığını edirəm. Sadəcə bu vaxt o məhləyə gedirəm” – Anar Rzayev bildirib.

“Məndən harada işlədiyimi,  hansı partiyanın üzvü olduğumu soruşdular. Bu kimi müxtəlif suallar verdilər. Telefonumu açıq saxlamağımı tapşırdılar.” – Anar Rzayev əlavə edib.

Müsavatçı gənc hesab edir ki, onu məhz Müsavat Partiyasının üzvü olduğu, aktiv siyasi fəaliyyətinə görə narahat ediblər. Bu bir təzyiq, açıqca hakimiyyətin siyasi qısnamasıdır.

Xatırladaq ki, Müsavat Partiyası Səbail təşkilatının sədri müavini İlkin Bayram da, dünən polisə çağırılıb. Eynilə Anar Rzayevə verildiyi kimi, harada işlədiyi, hansı partiyanın üzvü olması barədə suallar verilib.

Read 1321 times
Login to post comments
Top