Freitag, 25 August 2017 22:00

Görkəmli yazıçıdan Mehman Əliyevin həbsinə sərt etiraz

Azərbaycan hakimiyyəti Rusiyanın axmaq nümunələrini təkrar edir

Azərbaycanın görkəmli yazıçısı Çingiz Hüseynov “Turan” agentliyinin direktoru Mehman Əliyevin həbsinə sərt şəkildə etiraz edib. Yazıçı fb səhifəsində bu həbsə münasibət bildirərək, bunu “rüsvayçılığın davamı” adlandırıb. Ç.Hüseynov yazıb:

Azərbaycanda görkəmli jurnalist Mehman Əliyevin həbs edilməsindən çox hiddətləndim. Azərbaycan hakimiyyəti Rusiyanın axmaq nümunələrini təkrar edir. (Bu, rejissor Serebryanikovun həbsinə bənzəyir). “Turan” möhtəşəm bir xəbər agentliyidir, Azərbaycanın simasına azadlıqları boğanların arzuladıqlarından fərqli bir rəng qatır. Hadisələrin sonrakı inkişafını gözləyirəm ki, daha ətraflı mövqe bildirim. Hələliksə, «bu, yalnız rüsvayçılığın davamıdır» deyə bilərəm.

Read 1027 times
Login to post comments
Top