Sonntag, 27 August 2017 22:00

Bacısının ölümündə suçlanan, qardaşının miras payını mənimsəyən keçmiş ədliyyə müşaviri kimdir? – İDDİA

“İki qardaşım əlbir olub bacımı iynə ilə öldürüblər, mənim anamdan qalan ev payımı mənimsəyiblər. Əlimdə fakt var, səs yazıları var. Hara şikayət edirəmsə, onların xeyirinə işi bağlayırlar. Bir qardaşım ədliyyə müşaviridir, biri də Vəkillər Kollegiyasının üzvüdür”.

Bu sözlər Xeber.İnfo-a müraciət edən Bakı şəhəri, Nərimanov rayonu, Etibar Qocayev küçəsi ev 2 ünvanında yaşayan Budaq Şakir Abdulla oğluna məxsusdur.

Ş.Budaq redaksiyamıza ünvanladığı məktubda qardaşlarını çox ağır cinayətdə ittiham edir. Həmin məktubu olduğu kimi dərc edirik.

 “"XƏBƏR.İNFO" REDAKSİYASINA

Bakı şəhəri, Nərimanov rayonu, Etibar Qocayev küçəsi ev 2 ünvanında yaşayan Budaq Şakir Abdulla oğlu tərəfindən Telefon: 055 744 74 56

ƏRİZƏ

Hörmətli Redaksiya! Yazıb Sizə bildirirəm ki, bir üç qardaş, bir bacı olmuşuq. Ev anamız Həmzəyeva Aliyə Ələkbər qızının adına olub. Anam 2004-cü ildə rəhmətə gedəndən sonra biz övladları olaraq öz adımıza çıxarış açdırdıq. Müəyyən vaxt keçdikdən sonra biz evi satmağı fikirləşirdik. Buna görə də biz 3 qardaş öz paylarımızı bacımız Budaq Esmiranın adına keçirdik. Buna səbəb evin satılmağı sənəd barədə daha asan olsun. Əslində isə bu qardaşlarım Budaqlı Yaşar Abdulla oğlunun və Budaqov Şahin Abdulla oğlunun bir oyunu imiş. Müəyyən vaxt keçdikdən sonra qardaşlarım bacıma verdikləri payları geri istəyirlər və bacım buna razılaşaraq payları geri qaytarır. Mən Azərbaycanda olmadığım müddətdə bu hadisələr cərəyan edir. Mən 2014-cü Azərbaycana qayıtdıqdan sonra mən də öz payımı bacımdan geri istədim və bacım buna etiraz etmədi. Lakin qardaşlarım bu hissədən payları olduqlarına görə notariusda buna razılıq vermədilər. 2015-ci ildə bacımın vəziyyəti pisləşir. Bacım mənə dedi ki, “sənin payın məndə qaldı hər ehtimala qarşı notariusu evə çağır və mən vəsiyyətnamə verim həm sənə, həm də oğlum Arslana”. Mən Nərimanov rayonu notariusunu evə çağırdım və bacım vəsiyyətnamə verdi, vəsiyyətnamədə Budaq Esmira yazır: - Məndə iki pay var. Bir pay kiçik qardaşım Budaq Şakir Abdulla oğluna, digər payı da oğlum Budaq Arslan Əli oğluna vəsiyyət edirəm.

Bu hadisə 17.11.2015-ci ildə baş verir, 4 gündən sonra mən evdə olmayan zaman ortancıl qardaşım Budaqov Şahin Abdulla oğlu gizilincə evə başqa rayondan notarius gətirərək bacımı ölümlə hədələyərək mənim payımı və bacımoğlu Budaq Arslanın payını keçirdir öz adına. Mən Nərimanov rayon məhkəməsinə bu barədə şikayət elədim, işi hakim Kəmalə Əmirxanova apardı və qərar verdi ki, mənə həmçinin bacımoğluna pay düşmür və iddiamı rədd elədi. Qeyd edim ki, ortancıl qardaşım Budaqov Şahin Abdulla oğlu məhkəmədə çıxış edərək dedi ki, guya ki, mən öz payımı bacıma hədiyyə eləmişəm. Mən buna etiraz etdim və dedim ki, biz 3 qardaş evi satmaq məqsədilə öz payımızı bacımızın adına keçirilməsinə razılıq vermişik. Bunu təsdiq etmək üçün qardaşım Budaqov Şahinin bu haqda səs yazısı olan diski təqdim etdim və dedim ki, diskin içərisindəki səs yazısında qardaşım Şahin bacım oğlu Budaq Arslana deyir ki, biz bunu ona görə etdik ki, Şakirin ailəsi evə qeydiyyata düşə bilməsin. Lakin hakim Kəmalə Əmirxanova bu diski qəbul etmədi, dedi ki, mən bu səs yazısına qulaq asmaq istəmirəm. Xüsusilə bildirim ki, bacım xəstə yatdığı zaman qardaşım Budaqov Şahin Abdulla oğlu ona iynə vuraraq qətlinə səbəbkar olmuşdur. Bu barədə bacım oğlu Arslanın qeydə aldığı səs yazsını Sizinlə görüşən zaman təqdim edəcəyəm. Həmin səs yazısında real olaraq qardaşım bildirir ki, bu haqda Arslan heç kimə bildirməsin. Bu ciddi bir cinayət faktıdır və tərəfinizdən araşdırılmalı olan cinayət işidir. Məhkəmə başlayandan hakim K.Əmirxanova mənə qarşı qərəzli mövqe tutaraq təqdim olunan sübutlara hüquqi qiymət verməmiş və rədd etmişdir. Bununla da mənə düşən payı qanunsuz olaraq verməkdən yayınmışdır. Nəzərinizə çatdırıram ki, mənim hər iki qardaşım - Budaqlı Yaşar Abdulla oğlu və Budaqov Şahin Abdulla oğlu həmin evdə yaşamırlar, ancaq qeydiyyatdadırlar və adlarına pay var. Mən də bir atanın oğlu və evin kiçiyi olduğum halda mənim adıma pay yoxdur. Bununla bağlı vəkilim də məni aldadır, apellyasiya şikayəti verəcəyim müddəti gecikdirir və məni daha da çətin vəziyyətə salır. Qeyd edim ki, qardaşım Budaqlı Yaşar Abdulla oğlu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O bu səlahiyyətlərindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləyən digər qardaşımız Budaqov Şahin Abdulla oğlunun köməkliyindən istifadə edərək məni anamızdan qalan mülkdən məhrum etmək, məni həbs etdirərək mülkü satmaq niyyəti daşıyır. Baxmayaraq ki, mən evin kiçik oğluyam, anamızdan qalan mülkdən pay almaq mənim də ixtiyarımdır. Lakin vəzifəcə və maddiyyətcə məndən üstün olan qardaşlarım hər çirkin vasitə ilə məni şərləmək və həbs etdirməyə ciddi cəhdlə çalışırlar. Xüsusilə nəzərinizə çatdırım ki, qardaşlarım öz səlahiyyətlərindən və vəzifələrindən sui-istifadə edərək məhkəmələrə ciddi təsir göstərir, öz xeyirlərinə qərar qəbul etdirməyə nail olurlar. Hal-hazırda mən evsiz qalmışam. Ancaq qeydiyyatdayam. Qardaşlarımın məqsədi məni qeydiyyatdan çıxardıb evi satmaq və mənə ata mülkindən heç bir pay verməməkdir. Sizə bildirəm ki, məsələ ilə əlaqədar mən dəfələrlə Bakı şəhər Prokurorluğuna müraciət etmişəm, lakin maraqlı məqam ondan ibarətdir ki, hər dəfə mənim şikayətimə eyni şəxs - Bakı şəhər prokurorluğu Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Tariyel Qurbanovdan eyni məzmunlu cavab gəlir ki, guya onun tərəfindən toplanmış materialda cinayət hadisəsi yoxdur. Mən buna qəti etirazımı bildirirəm. Baxmayaraq ki, bacımın meyidinin ekzumasiyası edilməmiş və səs yazıları incələnməmişdir, amma bu barədə məndə kifayət qədər səs yazma sübutları var. Mən Əfqənistan müharibəsinin veteranıyam, III qrup əliləm, 2 medal sahibiyəm və canla-başla bu vətən üçün vuruşmuşam. Sizdən bu məsələ ilə bağlı artıq dərəcədə xahiş edirəm ki, mənim halal ata mülkindən qalan payımı mənə geri qaytarılmasında köməklik edəsiniz və bu məsələni işıqlandırasınız.

sakir5

 

 

 

 

 

Hörmətlə: Budaq Şakir Abdulla oğlu

Tarix: "19" avqust 2017-ci il”.

Məktubda adı hallanan keçmiş ədliyyə müşaviri Budaqov Şahin Abdulla oğlunun mövqeyini öyrəndik. Ş.Budaqov qardaşını cinayətkar və saxtakar adlandırdı: “Şakir saxtakardı. Onun haqqında Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb. Dedikləri haqqında məhkəmə və prokurorluq araşdırma aparıb və bu barədə qərar var. Siz müraciət edin həmin qərarları versinlər”.

Ş.Budaqov, qardaşınız Şakir Budaq ata mirasından ona düşən payı niyə ala bilmir? – sualına cavab vermədi və “məhkəmənin qərarı var” dedi.

Şakir Budaq bacısının qardaşları tərəfindən iynə vurularaq öldürülməsi ittihamını səs yazısı ilə isbatlamaq istədiyini məktubda qeyd edir. Səs yazısında Şahin Budaqovun bacısı oğlunu öyrətdiyi iddia olunur. Şahin Budaqov, həmin səs yazısı sizə məxsusdurmu? – sualını da cavabsız qoydu.

https://www.youtube.com/watch?v=-9U6wzKaJC4&spfreload=10

Xeber.İnfo

Read 1224 times
Login to post comments
Top