Montag, 28 August 2017 22:00

Əziz Orucovun istintaq müddəti 3 ay uzadıldı

Kanal13 internet televiziyası Bakı ofisinin rəhbəri Əziz Orucovun istintaq müddətini 3 ay uzadıblar. Bu barədə Ə.Orucovun həyat yoldaşı Lamiyyə Orucova məlumat verib: “Əziz Orucovun istintaq müddətini 3 ay uzatdılar. Orxan Babayev işi yekunlaşdıra bilmirmiş. O qədər “fərasətli”di ki, 4 ay kifayət etməyib ona. Əzizə 3 ay da versələr, 3 il də versələr o, dağlar qartalıdır, məskəni isə uca dağlar zirvəsidir. Əziz kimi ruhən azad insanları, azad düşünənləri hec vaxt həbs edə bilməzsiniz. Əziz Orucov hər zaman azad olub, yenə də azaddır. 4 divar hec vaxt onun azadlığını mehdudlaşdıra bilməz. Əksinə onu daha güclü və mübariz edəcək. Səninlə fəxr edirəm azad insan!”

Qeyd edək ki, Əziz Orucov 2 may 2017-ci il tarixində polisə müqavimət ittihamı ilə saxlanılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib.

Həbs müddətinin bitdiyi 1 iyun 2017-ci il tarixində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Əziz Orucov ittihamları qəbul etmir.

Read 1608 times
Login to post comments
Top