Samstag, 09 September 2017 22:00

Mitinq təşkilatçısının qardaşı həbs edildi

21584655 1461568083908643 351253907 n Almaniyada mühacir həyatı yaşayan ictimai-siyasi fəal Pərviz Abdullayevin qardaşı Ramin Abdullayev həbs  edilib. Bu barədə Xeber.İnfo-a daxil olan məlumata görə, Ramin Abdullayev Mingəçevir Rayon Polis İdarəsinə  bir neçə dəfə aparılıb, təhdid və təzyiqlərə məruz qalıb nəhayət barəsində 25 sutka həbs cəzası seçilib.

 Qeyd edək ki, R.Abdullayevin Almaniyada mühacir həyatı yaşayan qardaşı Pərviz Abdullayev 02 sentyabr 2017-  ci il tarixdə Almaniyanın Duysburq şəhərində "Siyasi məhbuslara azadlıq" çağırışı ilə keçirilən mitinqin  təşkilatçılarından olub. R.Abdullayevin də məhz buna görə həbs olunduğu iddia edilir. 

Read 2226 times
Login to post comments
Top