Donnerstag, 07 Dezember 2017 21:00

Mühacirətdə olan partiya sədr müavini axtarışa verildi

Azərbaycan İslam Partiyasının mühacirətdə olan sədr müavini Şahin Əliyev axtarışa verilib. Bu barədə Xeber.İnfo-a Ş.Əliyevin yaxın qohumlarından biri məlumat verib.

Mənbənin sözlərinə görə, Ş.Əliyev Avropa ölkələrindən birində siyasi mühacir olaraq yaşasa da, valideynlərini və yaxın qohumlarını polis rahat buraxmır: “Ş.Əliyev Azərbaycan hakimiyyətini tənqid edirdi. Ona görə də hakimiyyət tərəfindən ciddi təhdidlə və həbs təhlükəsi ilə üzləşdi və 2 il əvvəl ölkəni tərk etmək məcburiyyətində qaldı. Lakin ona qarşı təyziq və təhdidlər dayanmadı. Yaşlı atasını polis tez-tez narahat edir, polis şöbəsinə aparırdı. Bu gün isə Neftçala Polis Şöbəsi tərəfindən axtarışa verilməsi ilə bağlı məlumat əldə etmişik”.

Qeyd edək ki, Ş.Əliyev siyasi hakimiyyəti kəskin tənqid etdiyi üçün, təhdid və təzyiqlərlə eyni zamanda həbs təhlükəsi ilə üzləşdiyinə görə 2015-ci ildə ölkəni tərk etmək zorunda qalaraq, Almaniyaya mühacirət edib və indi də orada yaşayır.

Read 1255 times
Login to post comments
Top