Donnerstag, 04 Januar 2018 21:00

Hüseynqulu Bağırovun Zərdabdaki adami Zərdab meşələrinə qənim kəsilib?

Zərdab rayon Meşə Təsərrüfatı İdarəsinin müdiri Bəxtiyar Əhmədov rayon ərazisindəki meşə zolaqlarını öz maraqlarına qurban verib.

Bu barədə «Regionaz.tv»-nin ünvanına  Zərdab rayon sakinləri tərəfindən şikayyət məktubu ünvanlanıb. Həmin məktubu olduğu kimi təqdim edirik.

Şikayyətçilər bildirillər ki, ryonun Çallı, Məlikumudlu, Bıçaqçı, Gödəkqobu kənd ərazilərində yerləşən meşə zolaqları başqa-başqa şəxslərə icarəyə verilib ki, orada iri və xırda buynuzlu mal-qoyn otarılır.Nəticədə isə küllü miqdarda vəsait xərclənib yeni əkilmiş ağac tingləri məhv edilir.Böyük ağacları isə kəsib odun və tikinti materialı kimi satdırılır.Bəxtiyar Əhmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz maddi maraqlarına görə Zərdabda açıq-aşkar yaşıl soyqırıma start verməklə Azərbaycanın faunasını məhv edir.Bunun isə qarşısı məqsədli şəkildə alınmır.Çünki Bəxtiyar Əhmədov talançılıqla əldə etdiyi puldan yuxarı idarələrə haqq verir.Təqdim olunan fotoşəkillərə baxın Zərdab rayonunun Məlikumudlu kəndindəki meşə zolağını icarəyə götürən şəxslər mal-qarasının başını uzun kəndirlərlə bağlayblar nəticədə isə gördüyünüz kimi cavan ağac tingləri məhv edilir.Həmçinin Bəxtiyar Əhmədov dövlətin ayırdığı vəsaiti talan etmək məqsədi ilə sağlam böyük ağacları kəsdirib odun və tikinti materialı kimi satdırıb yerinə yeni ağac tingləri əkdirir.Yeni əkilmiş ağac tinglərinin inkişaf etməsi üçün mühafizə edilməsi əvəzinə mal-qaraya örüş üçün icarəyə verilmişdir.Bu yaşıl soyqırımın qarşısı dərhal alınmazsa yaxın zamanlarda Zərdab rayonunda meşə zolaqlarından əsər-əlamət qalmayacaq.Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, birinci vitse-preziden Mehriban xanım Əliyevaya və Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseyn Bağırova müraciət edib xahiş edirik göstərdiyimiz faktları yerində araşdırılıb Zərdab rayon Meşə Təsərrüfatı İdarəsinin müdiri Bəxtiyar Əhmədovun barəsində ciddi tərbirlər görülməsinə tapşırıqlar verəsiniz.

Məmmədov Qənimət Tehran oğlu

Əliyev Hümmət Yaqub oğlu

Qəhrəmanov Vəli Fərman oğlu

«Regionaz.tv» olarq hesab edirk ki, təqdim etdiyimiz yazı Ekologiya Nazirliyi tərfindən arşdırılıb, iddialara aydınlıq gətiləcək.

1442759555 1437045872 bbbaase

25564511 162005771225152 6322117 n25564536 162005797891816 1083851186 n 126241896 168953103863752 626058330 n

Read 978 times
Login to post comments
Top