Sonntag, 07 Januar 2018 21:00

“Salam” taksinin fırıldağı - ŞİKAYƏT

Paytaxt Bakıda əvvəl fərdi taksilər xidmət göstərsələr də, son 10 ildə taksi xitmətini şirkətlər üzərinə götürüblər. Bu şirktlərin manapoliyada olduğu heç kimə sirr deyil. Lakin taksi xidmətində müəyyən rəqabətin mövcudluğunu da təkzib etmək olmaz. Bakı sakinlərinin sosial vəziyyəti elə də ürəkaçan olmadığı üçün əsas rəqabəti qiymətdə axtarırlar. Elə buna görə də *9933 nömrəli “Salam” taksi xidmətinə daha çox üstünlük verirlər. Bunu, ətrafımdakı dostların dediklərinə görə qeyd edirəm. Amma bu taksi xidmətinin də sərnişinlərə qarşı haqsız davranışı və digər xoşagəlməz hərəkətləri barədə məlumatlar tirajlanmağa başlayıb.

“Salam” taksi xidmətindən istifadə edən Maqsud Abdulov Xeber.İnfo-a şikayət məktubu göndərib. M.Abdulov şikayətin ictimailəşməsini xahiş edərək, sakinlərin aldanılmasını istəmir. Məktubu təqdim edirik:

“Dünən “Semoşka” kimi tanınan xəstəxanadan Zabrat qəsəbəsinə getməliydim. Daha çox istifadə etdiyim *9933 nömrəsinə zəng vurub taksi sifariş etdim. Telefonda mənə dedilər ki, 7 azn ödəyəcəksiz, razısızsa taksi göndərərk. Mən razılaşdım və taksi gəldi. Taksiyə minəndə qiyməti bir daha dəqiqləşdirdim, sürücü telefondakı xanımın dediyini və razılaşdığımızı təsdiqlədi. Nəhayət mənzilə çatanda sürücü əlavə 3 azn də tələb elədi. Səbəbini soruşanda, dedi ki, biz bura bu qiymətə gəlirik. Bir az mübahisə elədik, amma yanımda başqa adamlar olduğu üçün dediyi məbləği ödədim getdi”.

M.Abdulovu daha çox marahat edən həmin taksi şirkətinə zəng etməsi, şirkət tərəfindən gördüyü münasibət qəzəbləndirib: “Mən həmin nömrəyə (055 207 9933) zəng vurub şikayət etdim. Dedim ki, mənə telefonda bir qiymət deyirsiniz,sürücü də razı olduğunu bildirir, amma mənzilə çatanda başqa söz deyir. Mənə şirkətin şikayətlər şöbəsinə zəng etmək üçün nömrə verdilər və ora zəng vurdum. Özünü həmin şöbənin rəisi kimi təqdim edən şəxs dedi ki, biz heç kimin şikayətinə baxmırıq. Sürücünün hərəkətlərinə görə məsuliyyət daşımırıq. Belə hallara görə də hər hansı bir tədbir görmək fikrimiz yoxdur”.

Sərnişinə qarşı tərbiyyəsizlik edərək, əvvəlcədən razılaşdıqları məbləğdən daha çox pul tələb edən sürücü barədə kim və hansı orqan məsuliyyət daşıyır? Belə hallar nə zamana qədər davam edəcək? İnsanları bu qədər alçaltmaq və aldatmaq olmaz. Normal və halallıqla xidmət göstərmək o qədərmi çətindir? – deyir, M.Abdulov.

Xeber.İnfo  

Read 1571 times
Login to post comments
Top