Dienstag, 30 Januar 2018 21:00

İcra başçısı prezidentin müşavirəsində yatdı

Prezidentin son müşavirəsində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov yatıb.

Yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyevin müşavirədə çıxışı zamanı Bayram Səfərovu yuxu tutub və o, mürgüləməyə başlayıb.

Həmin an kameralara tuş gəlib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xeber.İnfo həmin görüntünü oxuculara təqdim edir.

Read 938 times
Login to post comments
Top