Donnerstag, 15 Februar 2018 21:00

Baş redoktorun məhkəməsi davam edir

Müxtəlif adamları qəzetində rüsvayedici yazılarla hədələyib onlardan pul almaqda təqsirləndirilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev 2016-cı ilin dekabrından həbsdədir. Onun işinə xeyli vaxtdır Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

xeberinfo.de xəbər verir ki, fevralın 16-da məhkəmədə H.Vəliyev özü ifadə verib. O, ittihamları qəbul etmədiyini bildirib. Deyib ki, özü də, onu həbs edənlər də, əleyhinə ifadə verənlər də iqtidar adamlarıdır və buna görə təəssüflənir: “Eybi yox, işdi, oldu. Mən ömrümü bu hakimiyyətin yolunda qoymuşam. Biz İlham Əliyevin siyasi kursunu həmişə dəstəkləmişik. İndi də dəstəkləyirik…

İsitintaq dövründə ,məhkəmə də də gördük ki, yazılanların hamısı cəfəngiyyatdır, gördünüz ki, heç bir ittiham sübuta yetirilmədi”.

Təqsirləndirilən baş redaktorun sözlərinə görə, ona Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılovun şikayəti əsasında ittiham verilib. H.Vəliyev iddia edir ki, sabiq icra başçısının şikayəti şər-böhtan idi: “Digər ittihamlar isə əxlaqsız yuvaları ilə bağlıdır. Hamı bilir ki, mən bununla mübarizə aparmışam, qəzetimdə həmişə onları ifşa eləmişəm. Burada ifadə verən bəzi zərərçəkmişlər vardı ki, mən ümumiyyətlə, onları tanımıram, birinci dəfə burada gördüm”.

H.Vəliyev bildirib ki, o, cinayətkar deyil, seçki komissiyasının üzvü olub: “İki dəfə deputat, prezident , bələdiyyə seçkiləri keçirmişəm. YAP-ın təşkilat şöbəsində iştirak etmişəm. Rüşvət almamışam. Bu ölkənin torpaqlarının qorunmasında iştirak etmişəm”.

Baş redaktor onu həbs edən Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətindən də razılıq edib: “Nə olsun ki, məni onlar həbs edib, həqiqətən peşəkardılar. Onları yox, yalandan şikayət edənləri qınamaq lazımdır”.

Fevralın 27-də təqsirləndirilən baş redaktora prokuror cəza istəyəcək.

Read 846 times
Login to post comments
Top