Samstag, 31 März 2018 22:00

Şamaxıda nişanlı gəncin intihar səbəbi bəlli oldu – ŞOK

Gənclər “mavi balina” oyununun qurbanlarıdır

Yadınzdadırsa, bir neçə gün əvvəl Şamıxa rayonu Ovculu kəndində Müzadil Alıyev adlı nişanlı bir gəncin özünə qəsd etməsi ilə bağlı məlumat yayılmışdı. Xəbərdə bildirilirdi ki, gənc maddi vəsait problemi səbəbindəNovruz bayramı ilə əlaqədar nişanlı olduğqızıevinə bayram sovqatı apara bilmədiyi üçüyaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib. Xeber.İnfo-a etibarlı mənbədən daxil olan məlumata görə, intiharın səbəbi maddi sıxıntı deyilmiş. Mərhum M.Alıyev “mavi balina” oyununun qurbanı olub. Mənbə bildirir ki, təkcə Müzadil bu oyunun qurbanı olmayıb. Onun intiharından 3 gün sonra başqa bir gənc eyni üsulla intihar edib. Hər iki gənc intihar etdikləri gün heç nə yeməyiblər və ancaq mobil telefonları ilə məşğul olublar. İntihar hadisəsindən sonra gənclərin mobil telefonlarına baxış zamanı məlum olub ki, telefonlar format olunub, bütün əlaqələr və proqramlar silinib.

Mənbə, intihar edən gənclərin kifayət qədər imkanlı olduqlarını bildirir.

Read 1878 times
Login to post comments
Top