Donnerstag, 28 Juni 2018 22:00

İcra başçısının oğlu 1 milyon manata obyekt alıb

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb.

İcra başçısının oğlu Dəyanət Seyidəliyev paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki “Bellezza” gözəllik mərkəzini istifadəyə verib.

Bundan əlavə icra başçısının oğlunun yeni yaşayış binasının 1 və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi bildirilir.

Qeyd edək ki, D. Seyidəliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində çalışır.

Read 1271 times
Login to post comments
Top