Samstag, 07 Juli 2018 22:00

Əfqanın haqqında xəbər ala bilmirik – Jurnalistin həyat yoldaşı məlumat yaydı

Bir müddət əvvəl azadlığa çıxan jurnalist Əfqan Sadıqovun yendən həbs olunma xəbəri yayılıb. Jurnalistin həyat yoldaşı Sevinc Sadıqovanın verdiyi məlumata görə, Əfqandan heç bir xəbər ala bilmirlər: “İki gündür Əfqandan xəbər ala bilmirik, harda olmasından xəbərsizik. Müvafiq qurumlar heç bir söz demirlər. Əfqan ayın 6-da Cəlilabad rayonunda saxlanılıb. Deyilənə görə, onu Bakıya göndəriblər. Cəlilabad rayon Polis İdarəsi Əfqan haqqında məlumat verməli olduğu halda bizi təhdid edir. Bu, nə özbaşınalıqdır? Polisə bu səlahiyyəti kim verib ki, "Əfqanın harada olması barədə məlumat verməyə borclu deyilik, Bakıda oturub yekə-yekə danışma, Əfqanın harada olmasını bilmək istəyirsənsə dur, gəl Cəlilabad Polisinə", deyir? Çox böyük narahatlıq içindəyəm. Əfqan Sadıqov niyə saxlanılıb? Onun səhhəti necədir?! Günün günorta çağı adam oğurlayıb, ailəsinə də xəbər vermirsiniz. Qurtarın bu özbaşınalğı“.

Xatırladaq ki, Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də də saxlanılmışdı. O, Cəlilabad rayon icra hakimiyyətinin binasında qadını vurmaqda ittiham olunurdu. O, 2,5 il müddətinə həbs edilsə də, sonradan cəza müddəti 1,5 ilə endirilmişdivə təqribənikiay əvvəlazadolunmuşdu.

Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.

Read 1289 times
Login to post comments
Top