Freitag, 03 August 2018 22:00

Polis daun sindromlu gənci güllələdi

İsveçdə daun sindromlu gənc polis tərəfindən güllələnib.20 yaşındakı gəncin əlindəki oyuncaq tapancanı əsl bilən polis ona atəş açıb. Hadisə paytaxt Stokholmda qeydə alınıb. İsveç mediasının yazdığına görə, daun sindromlu  Erik Torell evdən qaçıb.

E.Torell evdən qaçarkən ona hədiyyə edilən oyuncaq tapançanı da özü ilə götürüb. O, şübhəli hərəkətləri ilə polisin diqqətini cəlb edib. Anasının polisdə ifadəsinə görə, Erik yalnız “ana” sözünü deyə bilirmiş.

İsveç polis Erikə “Dur” əmri verib lakin, o qorxaraq qaçmağa başlayıb. 20 yaşlı gəncin əlində tapança olduğunu görən polis onun zərərsizləşdirmək üçün atəş açıb. Erik yerə yıxılıb və ordaca keçinib.180803135333 eric torell family exlarge 169

Read 809 times
Login to post comments
Top