Donnerstag, 23 August 2018 18:32

DAS Berlində Angela Merkelin iqamətgahı qarşısında aksiya keçirib - FOTO

Avqustun 22-də "Demokratik Azərbaycanı Seç" (DAS) ictimai-siyasi təşkilatı Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri ilə bağlı onun Berlindəki iqamətgahının qarşısında aksiya keçirib. Aksiya qurumun facebook səhifəsində canlı yayımlanıb.

Aksiyada təqribən 250 DAS üzvü və təəssübkeşi iştirak edib, xanım Merkelə tələblərini çatdırıb. Aksiya iştirakçıları “Siyasi məhbuslara azadlıq!”, “Kürü diplomatiyasına yox!”, “İnsan hüquqlarını neft maraqlarına qurban verməyin!” şüarları qaldırıb. İştirakçılar siyasi məhbus hesab etdikləri şəxslərin, o cümlədən həbsdə olan jurnalist və bloggerlərin portretlərini, həmçinin korrupsiyada adları hallanan bir sıra məmurların ifşaedici fotolarını qaldırıb.

Çıxışlarda Azərbaycanın hazırkli iqtidarının ünvanına kəskin tənqidlər səslənib və Angela Merkeldən Azərbaycana səfəri zamanı insan hüquqları, demokratiya, media azadlığı, korrupsiya, siyasi məhbuslar və mühacirlərə təzyiqlərə son verilməsi kimi məsələləri dövlət başçısının qarşısında qaldırması xahiş edilib. Bununla yanaşı, bütün çıxışlarda xanım Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini diqqət mərkəzində saxlaması xahiş edilib.

Aksiya Almaniya kanslerinə müraciətin oxunması ilə başa çatıb. Müraciətdə də çıxışlarda sadalanan məsələlər yer alıb.

Angela Merkel avqustun 23-25-də Cənubi Qafqaz ölkələrinə regional səfərə çıxacaq. A.Merkel avqustun 25-də Azərbaycana gələcək.

“Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatı 3 iyun 2018-ci ildə Almaniyada yaşayan bir qrup mühacir azərbaycanlılar tərəfindən təsis edilib.

DAS Berlin 4

DAS Berlin 3DAS Berlin 2das Berlin 1

Read 810 times
Login to post comments
Top