Samstag, 25 August 2018 17:53

Elmar Vəliyevin VİDEO-su yayıldı

Gəncənin icra başçısı Elmar Vəliyevin tam sağaldığını əks etdirən yeni görüntülər yayılıb.

 İcra başçısının müalicə aldığı xəstəxananın rəsmi sosial şəbəkə hesabında paylaşılan videoda E. Vəliyevin gəzə bildiyi əks olunub. 
 Məlumat üçün bildirək ki, bu gün icra başçısının daha bir videosu yayılıb. Lakin sosial şəbəkələrdə bu videonun köhnə tarixə aid olduğu, hətta videodakı şəxsin E. Vəliyev olmadığı iddia edilib.
 Qeyd edək ki, Yunis Səfərov adlı şəxs iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
 Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayəti məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.
 
Read 788 times
Login to post comments
Top