Mittwoch, 21 November 2018 20:18

Bakıda Latviya müstəqilliyinin 100 illiyi qeyd olundu - FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Milli Mədəniyyətin Təbliği ictimai birliyinin "Vətənimi sevirəm və sevdirirəm"layihəsi çərçivəsində Latvıya Respublikasının müstəqilliyinin 100 illik yubleyi qeyd olundu.

Xatırladaq ki, artıq bu layihə 6 ildir davam edir. Yubiley gecəsini idarə edən, ictimaixadim, sülhsəfiri, MMTib -nin rəhbəri Jalə Cəfərova öncə Latviyanın müstəqilliyi uğrunda həlak olmuş insanları yad etməklə sayğı duruşunu elan etdi və hər iki ölkənin dövlət himnləri səsləndi. Daha sonra təşkilatının fəaliyyəti, illərdir Latvıya Azərbaycan arasında keçirilən müxtəlifsəpgili təqdimatları əks etdirən videoçarxa baxıldı. Dəvət olunan qonaqlar təbriklərini çatdırdılar.. İlk söz Nərimanov rayonunda yerləşən 39 saylı məktəbin direktoru Tahirə xanım Şükürova verildi: "Çox sevınirəm ki, bu gözəl, əhəmiyyətli layihənin ilk təqdimatı 2012-ci ildə məhz bizim məktəbdən başladı. İllər ərzində bir daha şahid olduq ki, bu iki ölkənin dostluğu sarsılmazdı. Mən eyni zamanda Milli Mədəniyyətin Təbliği ib -nin rəhbərliyinə təşəkkür edirəm ki belə layihələr uşaqlarda bütün xalqlara qarşı hörmət və sevgi aşılayır".

Ümid Partiyası sədrinin ictimaiyyətlə və xaricdə yaşayan yurddaşlarımızla iş üzrə müavini Rüfət Muradlının .ASAN radionun rəhbəri Emin Musəvinin çıxışları maraqla qarşılandı. Daha sonra öz məzmunlu, səmimi çıxışıyla heç kəsi biganə qoymayan Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatının təşkilat komitəsinin rəhbəri(DAGAH) ,Qarabağ qazisi Rövşən Əhmədliyə söz verildi: "Mən də çox şadam ki uzun illərdir ki bu layihə çərçivəsində həm Bakıda, həm də Latvıyada təqdimatlarda iştirak etmişik. Hər iki ölkənin müstəqillik yolu xeyli çətinlikdən keçib. Tarıxə nəzər salsaq görərik ki hər iki xalqın taleyində nə qədər oxşar məqamlar olub. Bu gün bizim Qarabağ dərdimiz, yükümüz var. DAGAH-nın təşkilat komitəsi adından dost ölkəni təbrik edirik və inanırıq ki hərəkatımızın işində bizə hər zaman olduğu kimi mənəvi dəstəyinizi əsirgəməyəcəksiz".

Tədbirin bədii hissəsində məktəblilər bir neçə xalq mahnısı ifa etdilər qonaqlara latış dilində (tərcüməsiylə birgə) tapmacalar, atalar sözləri səsləndirdilər.

Söz Latvıyanın ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri cənab Yuris Maklakovsa verildi. Cənab səfir Latvıyanın müstəqillik yolundan və Azərbaycandakı üçillik fəaliyyətindən söz açdı. Bütün tədbir iştirakçılarına və Milli Mədəniyyətin Təbliği ib-nin rəhbəri Jalə xanıma dərin təşəkkürünü bildirdi. Səfirə DAGAH-ın rəhbərliyi, eləcə də MMTib tərəfindən yubiley hədiyyələri təqdim olundu. Sonda üzərində Latviyanın bayrağı əks olunan tortu səfir kəsib qonaqlarla xatirə rəsmləri çəkdirdi.

Xeber.İnfo

Latviya4

Latviya5

Latviya 6

 

Latviya3

Latviya 1Latviya2

Read 782 times
Login to post comments
Top