Freitag, 07 Dezember 2018 22:01

Orduxan Temirxana cinayət işi açıldı - Terrora çağrış

Azərbaycan Respublikası prokurorluğu, sosial şəbəkələrdə Orduxan Teymurxan kimi tanınan Hollandiyada yaşayan siyasi mühacir, bloger Orduxan Teymurxan oğlu Bəbirova qarşı cinayət işi qaldırıb. Onun haqqında rəsmi axtarış elan edilib. Məlumatda cinayət işinin qaldırılması barədə qərarın noyabrın 29-da Bakı şəhər Nəsimi rayon məhkəməsində verildiyi qeyd olunur. Orduxan Teymurxan 214-2 (terrorizmə açıq çağırış), 220.2 (kütləvi iğtişaşlarl təşkil edilməsi), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham olunur. Orduxan Teymurxan sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin sərt tənqidçisi kimi tanınır.(contact.az)

Read 665 times
Login to post comments
Top