Samstag, 15 Dezember 2018 20:47

Vidadi Isgəndərlinin atasının qəbrini Əli Həsənov təhqir elətdirib - İddia

Bir müddət əvvəl hüquq müdafiəçisi, Fransada mühacir həyatı yaşayan keçmiş prokuror Vidadi İsgəndərlinin mərhum atasının qəbrinə hörmətsizlik edilmişdi. Bu barədə ciddi müzakirələr getdi. Hələ o zaman Vidadi İsgəndərli iddia edirdi ki, atasının qəbrinə qarşı hörmətsizliyi İlham Əliyev etdirib. Və tələb edirdi ki, İlham Əliyevin bu çirkin əməldən xəbəri yoxdursa, bu hərəkəti edən şəxsləri cəzalandırmalıdır.

Qəbrə qarşı tərbiyyəsizlik edənlərin saxlanılıb, sonra sərbəst buraxılması ilə bağlı Əli Oğuz adlı bir facebook istifadəçisi status yazıb. Ə.Oğuzun həmin statusunu olduğu kimi təqdim edirik:

“Aldığım məlumata görə, bir müddət əvvəl hüquq mühafizə orqanları Vidadi İsgəndərlinin atasının qəbrini əclafcasına mundarlayan şəxsləri saxlayıb. Bunlar Azərbaycan-Azərbaycan səhifəsinin admini, sfera.az saytının rəhbəri Emil Məmmədovun dayısı uşaqları olub. Adamlar deyiblər ki, bunu bizə Emil etdirib. Emil isə bunu tapşırıqla etdiyini deyib. Emilin səhifəsi prezidentin köməkçisi Əli Həsənova məxsus BMM-də yerləşir. Onlara ofis ve aylıq maliyye ayrılır. Amma nədənsə sonra adamlar sərbəst buraxılıb. Maraqlı odur ki, prezidenti və ailesini hədəfə gətirən bu adamlara sifarişi kim verib, bunları kim sərbəst buraxdırıb. Detalları da yəqin özləri deyəcəklər“.

Read 865 times
Login to post comments
Top