Dienstag, 05 Februar 2019 22:16

Azərbaycanda 6 bal gücündə zəlzələ olub

Respublika Seysmoloji Xidmət Mərkəzinin ilkin məlumatına əsasən zəlzələ yerli vaxtla saat 23:32-də baş verib. Zəlzələnin mərkəzi İsmayıllı rayonu olub.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

Bundan əvvəl xəbər verilirdi ki, fevralın 5-də axşam saatlarında respublika ərazisində zəlzələ baş verib.

İlkin məlumatlarda zəlzələnin Şamaxı və Ağsu rayonlarında daha çox hiss edildiyi bildirilir.

Hazırda Şamaxı və Ağsu rayonlarında sakinlərin küçələrdə olduğu qeyd edilir.

Yerli sakinlərin deməsinə görə, Şamaxı rayonunda bir çox yaşayış məntəqələrində elektrik kəsilib.

İnsan təlafatı haqqında məlumat yoxdur.

Read 722 times
Login to post comments
Top