Freitag, 27 Dezember 2019 22:45

Qəzalı binada döşəmə uçdu, uşaqlar zirzəmiyə yuvarlandılar - Kürdəmirdə olay

"Yenil il şənliyinin Kürdəmir "Floklor evində keçiriləçəyini eşidən Kürdəmir müəllimlər lap əvvəldən bunu etirazla qarşılayıb, binanın qəzalı vəziyyətdə olduğunu söyləyiblər". 
 Bunu tanınmış hüquq müdafiəçisi Lətafət Məlikova arqument.az-a deyib. 
 "Rayonda büdcənun puluna tikilmiş Heydər Əliyev Mərkəzi, şəhər məktəblərinin böyük zalları olduğu halda yararsız, uçmaq təhlükəsi olan binada Yeni il şənliyi keçirmək nə dərəcədə düzgündür? "Hətta müəllimlər təklif ediblər ki, məktəb zalları boşdur və hər məktəb şənliyi özün keçirsin. Təşkilatçılar isə Rayon İcra Hakimiyyətindən o binanı məsələhət biliblər. Dekabrın 25-də şagirdləri şənliyə aparan məllimlər bərk qorxmuş halda elan ediblər ki, bina artıq uçmaq üzrədir. Mümkünsə, uşaqları saxlayın", - deyə o bildirib. 
 Lətafət Məlikova yazır ki, məmur uşaqlarının heç birinin tədbirdə iştirak etməməsi olduqca maraqlıdır: "Adi vətəndaşların, balaça uşqaların heyacanlı müşahidələri pul hərisi olan məmurların gözlərini kor edib , ürəklərin daşa döndərib. Şəhərdən xeyli uzaq, şagirdlərin vəsaiti hesabına avtobus tutulub, hər sinifdən 10 şagird olmaqla 5 manatdan pul yığılaraq, yarasız binada şənlik keçirilib. Bəlkə, o, bina 3 aydan sonra vaxtını bitirəcəkdi, pula həris olan məmurların sayəsində 3 gün davam gətirdi. Şənliyin qızğın çağında çürümüş döşəmə çöküb, uşaqların bir qismi zirzəmiyə yıxılaraq xəsarət alıb. İlham Əliyev son çıxışında demişdi ki, məmurlar xalqdan qorxmasalar da, Allahdan qorxsunlar. Kürdəmir İcra Hakimiyyətinin aparatı nəinki prezidentdən, hətta Allahdan da qorxmurlar. Qorxsaydılar rayonda boş qalmış zallardan şənlik üçün istifadə edərdilər".
 Onun sözlərinə görə, döşəmənin üçması nəticəsində zirzəmiyə düşən uşaqlar arasında yaralananlar var: "Onların arasında qolu və qıçı sınanalar, habelə bir çox bədən xəsarəti alanlar da az deyil. Araşdırmağa başlamışıq.Bu çinayətdir. Uşaqların həyatına təklükə yaradan binada yer ayıranlar haqqında çinayət işi başlanmalı, haqqlarında tədbir görülməlidir". 
Read 975 times
Login to post comments
Top