Sonntag, 05 Januar 2020 17:36

“Amerika İraqdan çıxmalıdır” - İraq Parlamenti qərar verdi

İraq parlamenti İŞİD-lə mübarizə üçün yaradılmış koalisiya qüvvələri ilə müqavilənin pozulmasına və xarici qoşunların ölkədən çıxarılmasına səs verib.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Buna qədər belə bir təkliflə ölkənin baş nazirinin səlahiyyətlərini icra edən Adil Abdul Mehdi çıxış etmişdi. Onun sözlərinə görə, bu, ABŞ və digər dövlətlərlə münasibətlərin yenidən qurulmasına kömək edəcək, həm də suverenliyə hörmət və daxili işlərə qarışmamaq şərti ilə dostluq münasibətlərinin qorunmasına töhfə verəcək.

Bundan əvvəl ABŞ koalisiyası İraqdakı hərbi təlimlərini dayandırdığını elan edib. Eyni zamanda komandanlıq İŞİD-lə mübarizədə tərəfdaş olduqlarını da vurğulayıb.

Read 1462 times
Login to post comments
Top