Freitag, 20 März 2020 11:35

Siyasi məhbus 7-ci məsum İmamın şəhadətilə bağlı başsağlığı verdi

Bu gün 7-ci məsum İmam Həzrət Musa bin Cəfərin (ə) şəhadət günüdür. Bu münasibətlə siyasi məhbus Rufullah Axundzadə bütün müsəlmanlara və azadlıq aşiqlərinə başsağlığı verib.

Xeberinfo.de vasitəsilə başsağlığını çatdıran R.Axundzadə, ömrünün 11 ilini Abbasi xəlifəsi Harun Ərrəşidin həbsxanasında keçirən və elə orda şəhid olan İmam Musa bin Cəfərin şəfaətinə sığındığını xüsusi qeyd edib və tezliklə zalımların məhv olacağına ümid etdiyini bildirib. Ləyaqətlə yaşamağı hər şeydən üstün bildiyini qeyd edən siyasi məhbus, zalım qarşısında dik durmağı tövsiyə edərək, bir an belə məyusluğa təslim olmamağı rica edib. 

Qeyd edək ki, Rufullah Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. 

Read 1616 times
Login to post comments
Top