Donnerstag, 26 März 2020 23:48

Siyasi məhbus Polad Aslanovun səhhəti pisləşib

Siyasi məhbus Polad Aslanovun səhhətində ciddi problemlər var. Bu barədə məhbusun həyat yoldaşı məlumat yayıb.

Onun sözlərinə görə, dəfələrlə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəməyə müraciət olunsa da, vəsatət təmin olunmayıb: “Polad Aslanovla danışanda bildirdi ki, çox güclü baş ağrısı olur və öksürürdü. Polad ürək-damar xəstəsidir, 44-45 kq çəkisi və qan azlığından əziyyət çəkir. Tez-tez baş dönmələri olur. İmnuteti isə çox aşağıdır. Səhhəti qiriplə mübarizə aparacaq durumda deyil. Heç olmazsa, həbs qətimkan tədbirlərini evdustaqlığı ilə əvəz edin.
Polad Aslanovu jurnalist fəaliyyətinə görə şərləyib, cəmiyyətdən təcrid edə bilərsiniz, amma onun həyatına qəsd edə bilməzsiniz“.

Read 1253 times
Login to post comments
Top