Freitag, 27 März 2020 16:54

Tofiq Yaqubludan xəbər var

Vəkil Elçin Sadıqlı Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu ilə görüşdüyünü yazıb: Tofiq Yaqublu ilə görüşdüm, əhvalı əla idi. Hər kəsə salamı var. Telefonu vasitəsi ilə facebook hesabındakı yazılarının silindiyini və bununla bağlı məhkəmə perspektivini də müzakirə etdik. T. Yaqublu bildirdi ki, polis idarəsinə aparılanda, polis idarəsinin qarşısında telefonunu həyat yoldaşına versə də polislər həyat yoldaşından telefonu zorla alıblar, idarədə onun yanında telefonu açmaq üçün cəhdlər ediblər. Telefonun açılmasında məqsədlərdən biri də “hadisə”-nin Tofiq Yaqublunun özü tərəfindən qeydə alınmış video yazının telefonun yaddaşından silinməsidir".

Read 995 times
Login to post comments
Top